Torpağa bağlı ömür

 

Əlizaman müəllimin uşaqlıq illəri acı xatirələrlə yadda qalıb. 1950-ci ildə Ermənistanın Vedi rayonunun Taytan kəndindən köçürüləndə cəmi 12 yaşı vardı. O zaman bu köçün hara üz tutacağını doğru-dürüst bilməsə də qadınların gizlin-aşkar göz yaşları axıtdıqlarını, kişilərin xaraba qalan ev-eşiklərinə, sıralanan dağlara baxıb dərindən ah çəkdiklərindən anlayırdı ki, bu məcburi bir köçdür, heç kimin ürəyincə deyil və hər nədirsə kimsə açıq-açığına buna etiraz edə bilmir.

Beləliklə, minlərlə Qərbi azərbaycanlılar kimi Əlizaman Rəsulovun da ailəsi min illərlə yaşadıqları yurd-yuvalarından didərgin salındı, erməni-rus siyasəti ilə deportasiya edildilər. Əvvəl Azərbaycanın Salyan rayonunda müvəqqəti məskunlaşma oldu, sonra Puşkin (indiki Biləsuvar) rayonunun Arxanqelovka kəndinə köçürüldülər. Əlizaman dədə-baba yurdunun həsrətini burada çəkdi. Dağlar qoynunda yaşamış insanlar buradakı istilərə tab gətirə bilmirdilər.

Bütün çətinliklərə baxmayaraq, həyat davam edirdi. Əlizaman 1956-cı ildə orta məktəbi bitirdi, iki il istehsalatda çalışdı. Amma ali təhsil almaq istəyi onu rahat buraxmırdı.

1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik üzümçülük fakütəsinə daxil oldu. Aqronom ixtisasına yiyələnib, 1963-cü ildə təyinatla Naxçıvan MR Sədərək üzümçülük sovxozuna getdi, burada üzümçülük şöbəsinə müdir təyin edildi. Sədərək üzümçülük sovxozu təzə təşkil olunmuşdu. Yerli əhali uzun illər tumba sistemi ilə həyətyanı sahələrdə üzüm becərdiklərindən onlar şpalr sistemində üzüm becərmək təcrübəsini mənimsəmişdirlər. Ə.Rəsulov kəndlərə gedərək adamlarla görüşür, geniş söhbətlər aparır, onlara üzümçülüyün elmi əsaslarla becərilməsini öyrədirdi. Sonrakı illər Naxçıvan MR rəhbərliyi Ə.Rəsulovun elmi təcrübəsini yüksək qiymətləndirib, onu yeni təşkil olunmuş üzümçülük təsərrüfatında üzümçülük şərabçılıq trestinə baş aqronom vəzifəsinə irəli çəkdilər. O dövrlərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində belə bir fikir formalaşmışdı ki, Naxçıvan MR-da üzüm tənəkləri qış vaxtı şaxtadan mühafizə məqsədilə üstü torpaqla örtüldüyündən üzüm məhsulunun maya dəyəri yüksək olur ona görə muxtar respublikada üzümçülüyün sənaye üsulu ilə geniş sahələrdə inkişaf etdirilməsi məqsədəuyğun deyil. Ə.Rəsulov Naxçıvanın qədim üzümçülükdə kifayət qədər əmək vərdişi olduğunu həm elmi şəkildə, həm təcrübədə sübut etməklə bu fikri rədd etdi. Muxtar respublikanın rəhbərliyi Ə.Rəsulovu müdafiə etdi, bilik təcrübəsini göstərmək üçün onu böyük üzümçülük təsərrüfatı olanArpaçayüzümçülük sovxozuna direktor təyin etdi. Sovxozda vəziyyət heç ürəkaçan deyildi. Belə ki, 1972-ci il təsərrüfat ilində sovxozda 625 hektar məhsul verən üzüm bağından 370 ton üzüm toplanmış üzümlüklər xəstəliyə tutulmuşdu. Ə.Rəsulovun gərgin əməyi nəticəsində 625 hektar üzüm bağında növbəti il 7700 ton məhsul toplandı təsərrüfat iki milyon rubl xalis gəlir əldə etdi, fəhlə qulluqçulara 870 min publ mükafat əlavə əmək haqqı verildi. Bundan sonra sovxozda üzümçülüyün inkişafı sürətləndi, ildən-ilə daha böyük uğurlar əldə edildi. Amma bu bəzi rəhbərlərin xoşuna gəlmirdi. Min cür bəhanə ilə onu vəzifədən kənarlaşdırıb, məhkəmə məsuliyyətinə cəlb etdilər. Bundan sonra elmi işlə məşğul olan Ə.Rəsulov on üç ildən sonra öz haqqını bərpa etdi həmin ədalətsiz rəhbərin özü vəzifədən kənarlaşdırıldı.

Bu müddətdə Ə.Rəsulov Azərbaycan Elmi Tədqiqat Üzümçülük Şərabçılıq İnstitutunun İsmayıllı rayon dayaq məntəqəsində elmi işçi kimi çalışır. Tarixən maldarlıqla məşğul olan İsmayıllı rayon əməkçilərinə üzümçülüyün inkişaf etdirilməsi sahəsində elmi-təcrübi köməklik göstərir. O vaxt burada rayon partiya komitəsinin birinci katibi işləmiş Qəşəm Aslanovla əl-ələ verib İsmayıllı rayonunda üzüm istehsalını 6 min tondan 66 min tona çatdırır.

Bir müddətdən sonra Ə.Rəsulov yenidən Naxçıvan MR-ə dəvət olunur vaxtilə həyata keçirdiyi səmərəli tədbirləri davam etdirir. Gərgin zəhmət nəticəsində Naxçıvan MR- üzüm istehsalı heç vaxt çatmadığı həddə – 100 min ton həddini keçib 150 min tona çatdırılır.

Ə.Rəsulovun elm istehsalatda əldə etdiyi yüksək nailiyyətlər dövlət tərəfindən həmişə lazımınca qiymətləndirilib. O, “Şərəf nişanıordeni, Naxçıvan MR “Fəxri fərmanı, “Maarif əlaçısıadları ilə təltif olunmuşdur. Əmək veteranıdır. Uşaqlıqdan üzüm bağlarında valideynləri ilə çalışan Ə.Rəsulovu həmin həvəs gətirib üzümçü aqronom ixtisasına yiyələndirib. Daim təhsilini davam etdirmək haqqında düşünüb. İşləyə-işləyə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük-Meyvəçilik Subtropik Bitkilər İnstitutunun aspiranturasında təhsil alıb. Üzümçülük sahəsində dissertasiya işini müdafiə edib, kənd təsərrüfatı elmləri namizədi adı alıb. Əlizaman müəllim 20- qədər elmi əsərin müəllifidir.

Elmi istehsalat fəaliyyəti ilə yanaşı Ə.Rəsulov cəmiyyətdə ictimai-siyasi fəaliyyətdən kənarda qalmamışdır. Belə ki, o, iki çağırış Şərur rayon sovetinin deputatı Naxçıvan Vilayət Partiya Komitəsi plenumunun üzvü olmuşdur. Ulu öndərimiz Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olan zaman Əlizaman müəllim Ali Məclisdə bölmə müdiri işləyib. Onun təşəbbüsü təşkilatçılığı ilə 1992-ci il 24 noyabr tarixliŞərq qapısıqəzetindəNaxçıvan MR kənd təsərrüfatı mütəxəssislərinin kənd əməkçilərinə müraciətibaşlığı altında məqalə dərc etdirilib. Məqalədə dahi şəxsiyyət Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsi təşəbbüsü irəli sürülmüşdü. Müraciətə imza atanlar Azərbaycanın xilasını bunda gördüklərini əsaslandırmışdılar. Onu da qeyd edək ki, Ə.Rəsulov Yeni Azərbaycan Partiyasının ilk təsis konfransının iştirakçısı olmuşdur.

Əmək veteranı Ə.Rəsulov hazırda Ekologiya Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Meşəçilik İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. Elmi fəaliyyətini davam etdirir. Mətbuatda müntəzəm olaraq elmi məqalələrlə çıxış edir. O, 70 illik yubileyi münasibətilə Ekologiya Təbii Sərvətlər Nazirliyinin Həmkarlar İttifaqı Komitəsi Meşələrin inkişafı departamentinin fəxri fərmanları pul mükafatı ilə təltif olunub.

 

Paşa ZAMANOV,

AMEA Torpaqşünaslıq və

Aqrokimya Elmi-Tədqiqat

 İnstitutunun laboratoriya

müdiri, kənd təsərrüfatı

elmləri doktoru, professor

 

Xalq qəzeti.-2008.-21 dekabr.- S.7.