Reklamda bəzi ifadələrin işlədilməsi
dünya praktikasında
yolverilməzdir
Müsahibimiz
Ümumdünya Reklamçılar Assosiasiyasının
üzvü, “Kann şirkətləri” Beynəlxalq reklam
festivalının nümayəndəsi, professor Cahid Həsənovdur.
— Cahid müəllim, son
zamanlar Azərbaycanın reklam bazarında müəyyən
proseslər gedir. Ümumdünya Reklamçılar
Assosiasiyasının üzvü və bu işə dərindən
bələd olan bir mütəxəssis kimi, bunlar sizi qane
edirmi?
— Müəyyən
inkişaf təzahürləri nəzərə çarpsa da,
bu sahədə nöqsanlar kifayət qədərdir. Reklam
kampaniyalarının keçirilməsinin özünəməxsus
spesifik xüsusiyyətləri vardır. Bu işin
qurulmasında təbii ki, Amerika, Avropa dövlətlərində
uzun illik təcrübələri olan peşəkarlar, mütəxəssislər
aparıcı rol oynayırlar.
İncəsənətin müxtəlif sahələrində olan sənətçilərin və bu sahəyə qədəm qoymaq istəyənlərin ən əsas işi ictimaiyyətlə əlaqələrin düzgün qurulmasıdır. Çox təəssüf ki, bu iş bizdə qənaətbəxş deyildir. Bu vəziyyətdən səhnəyə qədəm qoyan müğənnilər, hətta təcrübəli sənətçilər də gen- bol istifadə edirlər.
Son illər meyxana, rep, estrada janrında oxuyanlar tərəfindən qeyri-etik reklamlardan daha çox istifadə edilir. Bu janrlarda çıxış edən, hətta uzun illər səhnədə olan sənətçilərin belə tamaşaçılarla ünsiyyət qurması mexanizmi olmadığına görə, onlar asan yol kimi ucuz vasitələrə əl atırlar. Bir də görürsən ki, nə vaxtsa bir mahnısı ilə tamaşaçı qəlbinə yol tapan müğənni, xeyli müddət efirdə görünmədiyi halda, gündəmə gəlmək üçün qeyri-etik reklamlara əl atır.
Yaxud bəzən belə olur ki, səhnəyə yeni qədəm qoyan hansısa bir müğənni tanınmaq məqsədilə ucuz reklam dalınca qaçır. O, uzun illər Azərbaycana olan hansısa bir sənətçinin adını hallandırmaqla, ona meydan oxumaqla özünü gündəmə gətirir. Təbii ki, buna cavab olaraq uzun illər səhnədə olan sənətçi də müəyyən aspektdə ona cavab vermək məcburiyyətində qalır. Beləliklə, qeyri-etik reklam kampaniyası başlanır ki, bu müstəvidə səhnəyə yeni qədəm qoyan müğənni, sözün əsl mənasında, reklam olunur.
Burada bir əsas nüans vardır ki, səhnəyə yeni qədəm qoyan müğənni bu yolla heç də tamaşaçı qəlbinə yol tapmır. Belə reklam kampaniyaları əksər hallarda anti-reklam kimi onun ziyanına olur, imicinə mənfi təsir göstərir.
Digər ənənə də mövcuddur ki, burada, qısa bir vaxt ərzində tamaşaçılara bir-iki mahnısı ilə tanınan hansısa bir gənc müğənni öz müsahibələrində “ən”, “yalnız”, “təkcə”, “N1" kimi ”reklam haqqında qanun"a zidd olan terminlərdən istifadə edir.
— Belə terminlər Azərbaycanın reklam bazarında baş alıb gedir. Dünya təcrübəsində belə
hallara yol verilirmi?
— Dünya
bazarında məhsulun
nümunəsindən asılı
olmayaraq ən yaxşı göstərici
əmtəənin satışının
çoxluğu və
ya azlığı ilə, yaxud reytinqi aldığı mükafatlarda müəyyən
olunduğu halda, disk və kasetlərin satışından xəbəri
olmayan müğənnilərin
özlərini N1 adlandırmağa
ixtiyarları yoxdur.
Dünya təcrübəsinə istinadən,
ictimaiyyətlə əlaqələrin
qurulması, sağlam
rəqabət peşəkar
işçi qrupları
tərəfindən aparılır. Bu işin təşkilində
ilk növbədə ictimai
rəy öyrənilir
və onun əsasında reklam strategiyası qurulur.
Nəticədə təqdim olunan
sənətçi, sözün
əsl mənasında,
sənətçi kimi
populyarlaşır.
Reklam kimi məsuliyyətli bir sahənin primitivləşməsi yolverilməzdir. Primitiv yolla
reklam olunmaq istəyənlərin, sonrakı
müddətdə özlərinə
ziyan gətirən bir amil də
mövcuddur. Azərbaycanda fəaliyyət göstərən
yüzlərlə reklam
şirkəti vardır.
Bu şirkətlər, dünya ölkələrində
olduğu kimi, özlərinin reklam siması olaraq, adətən tanınmış
sənətçilərdən istifadə edirlər.
Bizdə
bir sıra tanınmış sənətçilərin
primitiv reklam aparmaları onların hər hansı bir şirkətin reklam siması kimi formalaşmasına
mane olur.
Bütün bu mənfi hallarla yanaşı, bəzi kanallarda və digər kütləvi yayım vasitələrində
“ən”, “təkcə”,
“yalnız”, “N1" kimi
mənbəyə əsaslanmayan
qeyri-dəqiq reklamlardan
istifadə olunur. Dünya reklam təcrübəsinə istinadən
demək olar ki, əgər eyni vaxtda bir
verilişə 100 000 nəfər,
digər verilişə
10 000 nəfər baxsa
belə, 100 000 nəfər
tamaşaçısı olan
verilişin aparıcısının
yenə də ”N1" və s. bu kimi terminlərdən
istifadə etmək hüququ yoxdur.
Tamaşaçı şüurunda
qeyri-dəqiq reklam terminlərindən istifadə
edilməsinin özü
qeyri-etik reklam adlandırılır ki, buna da sivil
dünya ölkələrində
ciddi nəzarət edilir... Yerli-yersiz işlədilən belə terminlərdən istifadə edənlər qanun qarşısında cavab verirlər.
Küçə reklamlarında da istehlakçıya düz
informasiya verilmir. Burada da “ən”, “təkcə”, “yalnız”,
“N1" kimi qeyri-dəqiq
terminlərdən geniş
istifadə olunur. Eyni ərzaq məhsulu istehsal elən müxtəlif şirkətlərin hər
biri özü-özlüyündə,
məsələn: ”ən yaxşı" və ya “ən
dadlı” sözünü
işlədir. Burada da
istehlakçıda çaşqınlıq
yaranır. Yaddan çıxarmaq
olmaz ki, “ən yaxşı”, “ən dadlı” və digər bu kimi sözləri
yalnız və yalnız tamaşaçı,
istehlakçı deyə
bilər.
Q. PİRİYEV
Xalq qəzeti.-2008.-23 dekabr.- S.6.