Hökməli: köhnə ünvan, təzə tanışlıq

 

Hökməli özünəməxsus xüsusiyyətləri ilə təkcə Abşeronun deyil, bütövlükdə Azərbaycanın fərqli yaşayış məskənlərindən biridir. Burada ta qədimlərdən hər şeyə qarşı dövlətin qoyduğu qayda-qanunlarla yanaşı, “Allah-bəndə” ölçüsü ilə də münasibət göstərilir. Yəni hökməlilər hansısa bir işə başlayanda onun qanunlar çərçivəsində olması ilə yanaşı, “Allaha da xoş getməsinə” tam əminlik hiss etməsələr, necə deyərlər, o işin qulpundan yapışmazlar. Qəsəbənin mərkəzindəki bir ünvan ilk baxışdaca diqqəti çəkir. Bu ünvanda o qədər də əzəmətli və cazibəli görünməyən, sadə görünüşlü, kiçikhəcmli bir bina var. Camaatın ən çox üz tutduğu bu binada qəsəbənin bələdiyyəsi yerləşir. Bələdiyyəyə isə xeyirxahlığı ilə hökməlililərin rəğbətini qazanmış Mirnemət Miradiyev rəhbərlik edir. Müqəddəs bir ocağın nümayəndəsi olan Mirnemət Miradiyev ona öz adı ilə deyil, daha çox “seyid” deyə müraciət edən həmyerliləri arasında doğrudan da, böyük hörmət və nüfuz qazanıb. Bunun da sadə bir səbəbi var: o, camaatın xeyir-şərində ürəklə iştirak edir, dərd-sərlərinə yanır, on illərlə yığılıb qalmış problemlərin həllinə nail olmaq üçün var qüvvəsini əsirgəmir, əksinə, gücü çatdığından da artığına səy göstərir və bütün bunlardan daha önəmlisi isə camaatdan biri olmasını heç vaxt yadından çıxartmır. Bir ağsaqqalın dedikləri lap yerinə düşür:

— Seyid qapısına gedənlərin ürəklərində arzu-istəkləri olur, niyyət edirlər ki, arzu-istəklərinə çatsınlar. Bir də “seyidin qapısı”nı döyənlər yüz faiz əmin olurlar ki, heç kimi naümid qaytarmayacaq.

Hökməlinin tarixi qədimdir. Bu qədimliklə qürur duyur, fərəhlənir iftixar hissi keçirirlər. Ancaq təəssüf hissi ilə qeyd etmək məcburiyyəti yaranır ki, burada bir çox problemlərin tarixçəsi az qalaqədimləşib”. Heç ürəkaçmayan buqədimliyiaradan qaldırmaq üçün bələdiyyənin göstərdiyi təşəbbüskarlığı isə yalnız alqışlamaq lazımdır. Çünki burada kəndin ən vacib problemləri xüsusi ardıcıllıqla qeyd olunur hər birinin həll olunması üçün yorulmaq bilmədən işlər aparılır, səy göstərilir. Bələdiyyənin fəaliyyətə başladığı doqquz il ərzində irili-xırdalı xeyli məsələ öz həllini tapıb. Məhz buna görə müsbət yönlü dəyişiklik ilk baxışdan duyulur. Qeyd edildiyi kimi, 2000-2008-ci illər arasında xeyli dəyərli işlər görülmüşdür. Əlbəttə, bütün bunlar barədə daha geniş, daha müfəssəl danışmağa ehtiyac yoxdur, necə deyərlər, hər şey göz qabağındadır. Ancaq tarixə qovuşmaq ərəfəsində olan 2008-ci ildə Hökməli bələdiyyəsinin reallaşdırdığı tədbirlərin bəzisini qeyd etmək istəyirəm.

 

Su aydınlıqdır

 

Mən buna qəti əminəm ki, ölməz sənətkarımız Rəşid Behbudovun böyük şövq ilə ifa etdiyi məşhurküçələrə su səpmişəmmahnısı hamımızın qəlbində lirik hisslər, incə duyğular yaradıb. Ancaq hökməlililərin qəlbində isə incə, lirik duyğularla yanaşı, həm heyfsilənmək qibtə hissini yaratmadığına isə heç bir əminliyim yoxdur. Ən azı ona görə ki, bəzən küçələrə səpmək üçün su tapmaq da bir bəxtəvərlikdi. Uzun illər su sarıdan korluq çəkən Hökməli kəndindəki kimi.

Son illər isə kəndin su ilə təchizatı əməlli-başlı yaxşılaşıb bu istiqamətdə ardıcıl işlər aparılır. Qəsəbədə su nasosxanasının tikilməsi 2008-ci ilinpayına düşüb”, mütəxəssislərin rəyinə görə bu, doğrudan da, su qıtlığını aradan qaldırmaq üçün mühüm əhəmiyyət kəsb edən bir addımdır. Bələdiyyənin sədri deyir ki, camaatımız artır, yəqin ki, buna görə bu məsələ həmişə aktual olacaq.

 

Qazımız da var, işığımız da...”

 

deyir Hökməli bələdiyyəsinin sədri. əlavə edir: Əgər bunlar olmasa onda bizim elədiklərimizin heç bir əhəmiyyəti qalmaz ki. Məhz buna görə bu sahələrin qaydada olmasına xüsusi diqqət yetiririk. 1 ədəd 1000 kilovoltluq, 5 ədəd 400 kilovoltluq, 2 ədəd 250 kilovoltluq, cəmi 8 transformator quraşdırmışıq. Qəsəbədə, həmçinin bələdiyyənin ərazisi sayılanAt yalıyaşayış massivində 2500 metr elektrik naqili çəkdirmişik ki, işıq sarıdan çətinliyimiz olmasın. Bu il həmçinin yeni qazpaylayıcı stansiyanı da tikib camaatın ixtiyarına vermişik, qəsəbədə At yalında 1500 metrdən çox yeraltı qaz xətti yeni yerüstü xətlə əvəz olunub. Yeri gəlmişkən, bu il həm 2000 metrdən çox kanalizasiya xətti çəkdirmişik.

 

Yol mədəniyyətdir

 

Bu, Hökməli bələdiyyəsinin devizidir. Təsadüfi deyil ki, burada yolların, küçə dalanların abadlaşmasına təmirinə xüsusi tələbkarlıqla yanaşılır. Elə bu tələbkarlığın nəticəsidir ki, bələdiyyənin əhatə etdiyi ərazidə bərbad yollarınməsafəsisürətlə azalır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, il ərzində səliqə-sahman yaratmaq üçün daxili yollara 400 maşın qum-çınqıl tökülərək yayılmışdır.

 

Mədəniyyət demişkən...

 

2008-ci il Hökməli bələdiyyəsininfəaliyyət dərəcəsinin genişliyi baxımından da əvvəlki illərdən fərqlənir. Çünki bu il qəsəbənin sosial-iqtisadi inkişafı istiqamətində hərtərəfli işlər görülmüşdür. Bu sırada qəsəbənin uşaq bağçasının, klubunun kitabxanasının əsaslı təmir olunmasını məmnuniyyət hissi ilə xüsusi vurğulamaq lazım gəlir. Bələdiyyə sədri Mirnemət müəllimin bu barədə orijinal mülahizəsi var: birtərəfli, yarımçıq görmək bizə yaraşmaz, gördüyümüz hər adımıza layiq olmalıdır. Rayon ölkə rəhbərliyinin etimadını doğrultmaq üçün yaradılmış imkanı düzgün qiymətləndirmək, sözsüz ki, özümüzdən asılıdır.

 

“...Evin tikilsin

 

Çoxumuz bu ifadəni işlədirik, həm tez-tez sevə-sevə. Bu, bəlkə milli mənliyimizin təməl prinsiplərini təşkil edən xeyirxahlıq, insansevərlik duyğularının lakonik ifadəsidir. Hökməli bələdiyyəsinin sədri Mirnemət Miradiyev ev tikməyi xoşlayan bələdiyyə sədrlərindəndir. Onun təşəbbüsü, yardımı, diqqət qayğısı sayəsində Hökməlidə çoxlu yeni evlər tikilib, təmirə ehtiyacı olanları da təmir edilib. Təkcə bu il bir imkansız hökməlili ailəsinə yeni mənzil tikilib, üç ailənin isə evinin yararsız halda olan dam örtüyü dəyişdirilib. Həmçinin qəsəbədə polis məntəqəsi tikilib.

 

Milli dəyərlərə ehtiram hissi ilə

 

Xalqımız üçün əziz olan bayramlarda əlamətdar günlərdə imkansızları yada salmaq onlara yardımlar etmək Hökməli bələdiyyəsi üçünyazılmamış qanuna çevrilib. Bələdiyyə sədri deyir ki, hər şey insana münasibətdən başlayır, bütün xidmət insanlar üçündür.

Onun bu sözlərini haqlı saymamaq mümkün deyil. Bir ki, söz başqa, başqa. Burada deyilən sözə əməl edirlər, yəni söz bir olur, . İmkansız, əlil şəhid ailələrinə Novruz bayramında 1,5 ton ət 25 ton un, Ramazan bayramında 1,2 ton ət, Qurban bayramında isə 800 kiloqram ət paylanmış maddi yardımlar edilmişdir.

Yeri gəlmişkən, Bakı İslam Universitetində təhsil alan iki hökməlili gəncinElnur Tağıyevin Zahid Qəribovun təhsil haqlarını digər xərclərini Mirnemət Muradiyev ödəyir. Məncə, bu da cəmiyyətimiz üçün örnək bir haldır mesajdır.

Bunu da xüsusi vurğulamağa ehtiyac duyuram ki, Hökməli bələdiyyəsinin sədri ərazidə məskunlaşmış məcburi köçkün ailələrindən qayğısını əsirgəmir. Fəaliyyətini burada davam etdirmək məcburiyyətində qalan Laçın rayonu orta məktəbinin direktoru Rəhman müəllimin dediyi bir cümlə hər şeyi dəqiqliyi ilə ifadə edir: Mirnemət müəllimin qayğısı burada məskunlaşmış məcburi köçkünlərin ölmüş ümidini yaşamaq istəyini özlərinə qaytardı...

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.-2008.- 23 dekabr.- S.5.