Ümummilli lider Heydər Əliyev və milli həmrəylik məfkurəsi

 

    31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür

 

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, bu günündə və gələcəyində göstərdiyi tarixi xidmətlər həyatımızın demək olar ki, bütün sahələrini əhatə etmişdir. Ümummilli liderin həyat və fəaliyyəti müasir Azərbaycanın dövlətçilik və hakimiyyət fəlsəfəsi, milli birlik və həmrəylik məfkurəsi ilə olduqca sıx bağlıdır. Birlik və həmrəylik məfkurəsi həmişə hər bir millət üçün taleyüklü məsələlərdən olmuşdur. Müxtəlif geosiyasi maraqların çərçivəsində olan Azərbaycan bu məfkurədən uzun müddət aralı düşmüş, əvvəllər ümumislam, sonralar isə ümumavropa dəyərləri sistemində yaşadığından hətta bəzən “mən kiməm” sualına konkret cavab verməkdə belə çətinlik çəkmişdir.

XX əsrin əvvəllərində xalqlar oyanıb milli kimliyini təsdiq etməyə çalışanda “tatar”, “müsəlman” adları ilə çağırılan azərbaycanlılar ağır sınaqlarla üz-üzə gəldilər. Birliyin və həmrəyliyin olmaması, əski yaddaşla rabitənin qırılması öz fəsadlarını ötən əsrin əvvəllərində yaranan Azərbaycan Demokratik Cümhuriyyətinin taleyində də büruzə verdi. Cümhuriyyət yarandı, lakin çox yaşamadı. Cümhuriyyət dönəmi bitdikdən sonra isə sovet dönəmi başladı. Uzun fasilədən sonra ilk dəfə olaraq Azərbaycanın şimal xanlıqlarında yaşayan azərbaycanlılar toplum olaraq vahid dövlətin tərkibinə qatıldılar tamamilə başqa, milli olmayan bir ideologiyanın təsirinə məruz qaldılar.

Repressiyalara, kütləvi terrorlara məruz qalan Azərbaycanda XX əsrin 60- illərindən başlayaraq milli ideya gizli şəkildə olsa da dirçəlməyə başlayır. 1969-cu ildən başlayaraq isə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi bu sahədə yeni bir inkişafın başlanğıcını qoyur. Ulu öndər ilkin olaraq millətin özünümüdafiəsi üçün əsas faktorlardan biri, bəlkə birincisi olan milli dilin işlək rəsmi dilə çevrilməsinə nail olur. Milli kadrların hazırlığı məsələsi respublikanın əsas prioritetlərindən biri kimi ön plana keçir. Milli ideya kimi azərbaycançılıq məfkurəsi cəmiyyətdə özünə möhkəm yer tutur. Azərbaycan məmləkətinin orada yaşayan insanlara - bu ölkənin vətəndaşı olan hər bir azərbaycanlıya məxsus olması ideyası nəinki aşılanır, bu ideya reallığa çevrilir. Elmi, siyasi-fəlsəfi eləcə bədii ədəbiyyatlarda azərbaycançılıq ideyası birləşdirici faktor kimi geniş spektrdə ifadəsini tapmağa başlayır. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi birinci dövr ərzində artıq milli birlik ideyasının möhkəm əsasları yaradılır.

Əsrin axırlarında Sovetlər birliyi süquta uğradıqdan sonra Azərbaycan Respublikası da müstəqillik əldə edir. Müstəqilliyin ilk illərində ölkə olduqca çətin problemlərlə üz-üzə gəlir. Hakimiyyətdə olanlar həmin dövrdə xalqa dövlətə daha çox nəyin lazım olduğunu düzgün olaraq dərk etmədilər. Nəticədə milli ruhdan uzaq olan, səriştəsiz rəhbərlərin fəaliyyətsizliyi nəticəsində Azərbaycanın cənubunda, şimalında qərbində qiyamçı separatçı qüvvələr baş qaldırdı. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə qarşılaşdı. Xalqımızın ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi. Həmin dövrdə ulu öndər birinci olaraq xalqa milli birlik ideyasını təklif etdi. Ümummilli lider Heydər Əliyev özünün əməli fəaliyyəti ilə sübut etdi ki, hər hansı millət xalq yalnız milli birliyə nail olduqda milli həmrəylik məfkurəsinin mahiyyətini düzgün dərk etdikdə güclü olur öz məqsədlərinə asan çata bilir.

Azərbaycançılıq ideyası ətrafında bütün milləti səfərbər edən ulu öndər Azərbaycan dövlətini millətini dünyanın ən qabaqcıl dövlətləri millətləri sırasına çıxarmaq üçün genişmiqyaslı fəaliyyətə başladı. Dünyada yaşayan azərbaycanlıları bir araya gətirmək, müstəqil Azərbaycan dövlətini harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vətəni olduğunu onlara başa salmaq sevdirmək ulu öndərin başlıca prinsipinə çevrildi. Ümummilli liderin yorulmaz səyləri nəticəsində azərbaycanlıların həmrəylik ideyası ictimai təşəbbüslərdən arzulardan əməli işə çevrildi dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldı. Azərbaycanlıların yığcam yaşadığı ölkələrdə onların təşkilatlanması, birlik mütəşəkkilliyinin gücləndirilməsi üçün məqsədyönlü aparıldı. 2001-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda ulu öndər özünün proqram xarakterli çıxışı ilə qarşıda duran vəzifələri müəyyənləşdirdi, onun qurultaydakı çıxışı azərbaycanlıların öz milli dövləti - Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesinə güclü təkan verdi. Bu qurultay xalqımızın milli birlik ideyasının inkişafında mühüm rol oynadı.

Qurultaydan sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanun qəbul edildi. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması daha da gücləndi, milli-mənəvi ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən, Azərbaycan xalqına millətinə mənsubluq hissinə əsaslanan azərbaycançılıq ideyası bütün dünyada yaşayan azərbaycanlılar arasında geniş yayıldı. Ulu öndərin ən böyük xidmətlərindən biri məhz, bu oldu ki, müstəqilliyin ilk vaxtlarında vətəndaş qarşıdurmasının hökm sürdüyü cəmiyyətimiz üçün azərbaycançılıq ideyasının yeganə birləşdirici faktor olduğunu vaxtında doğru olaraq müəyyənləşdirdi bunun hər bir azərbaycanlı üçün əməli olduğunu sübut etdi. Bununla da Heydər Əliyevin milli birlik həmrəylik məfkurəsi müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərindən birinə çevrildi. Zaman göstərdi ki, ümummilli lider Heydər Əliyevin həmrəylik məfkurəsi müstəqil Azərbaycan dövlətinin gücü, müstəqilliyimizin əbədi dönməzliyi deməkdir. Bu məfkurə harada yaşamasından asılı olmayaraq Azərbaycan dövlətinin dünyadakı bütün azərbaycanlılara məxsus olmasını dövlətin hər bir azərbaycanlıya sahib çıxmasını sözdə yox, əməldə göstərdi.

Ümummilli lider Heydər Əliyevin həmrəylik birlik məfkurəsi Azərbaycan polisinin həyatından da təsirsiz ötmədi. Qısa vaxt ərzində yeni yaranan cəmiyyətlər üçün vacib olan polis - vətəndaş həmrəyliyi bərqərar oldu ki, bu da hüquqi dövlət quruculuğu istiqamətində əldə olunan ən böyük nailiyyətlərdən biri kimi dəyərləndirilməlidir. Maddi-texniki bazasının inkişafına, yüksək təhsil nizam-intizam səviyyəsinə görə dünya standartlarına cavab verən Daxili İşlər Nazirliyinin Polis Akademiyasının fəaliyyəti isə savadlı hüquqşünas - polis kadrlarının hazırlanması baxımından cəmiyyətimizə verilən ən gözəl töhfə hesab oluna bilər.

Bütövlükdə müstəqilliyimizin 1993-2003-cü illəri əhatə edən dövründə Azərbaycanda vətəndaş cəmiyyətinin, ölkədə sabitliyin əmin-amanlığın ideoloji əsasları yaradıldı.

2003-cü ildə dövlət başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində siyasi dünyagörüşündən, etnik dini mənsubiyyətindən asılı olmayaraqMən hər bir Azərbaycan vətəndaşı üçün yaxşı prezident olacağamdeməklə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq fəlsəfəsini yeni dəyərlərlə daha da zənginləşdirdi.

2007-ci ilin 2 iyulunda Azərbaycan polisinin 90 illiyi Polis Akademiyası məzunlarının buraxılışı münasibəti ilə təşkil olunmuş mərasimdə iştirak edən Prezident İlham Əliyev Azərbaycan polisinin üzərinə düşən vəzifələrdən danışaraq vətəndaş cəmiyyəti quruculuğunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətini mühüm faktor kimi dəyərləndirdi. Bununla da Azərbaycan Prezidenti İlham Əliyev müasir Azərbaycan cəmiyyətində vətəndaş-polis münasibətlərinə yeni istiqamət verdi.

Göründüyü kimi milli birlik həmrəylik ideyası olduqca kəşməkəşli bir mərhələ keçmişdir. Bu ideyanın bitkin bir şəkildə formalaşması isə konkret olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması şəksizdir.

Milli həmrəylik azərbaycançılıq ideyasının ölkədə vahid bir ideologiya milli konsepsiya kimi formalaşması, möhkəmlənməsi istiqamətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin atdığı məqsədyönlü addımlar təkcə kifayət edir ki, ulu öndər dünyada yaşayan bütün azərbaycanlıların qəlbində əbədi olaraq böyük insan abidəsinə çevrilsin. Azərbaycan dövlətinin xalqımızın xoşbəxt gələcəyi bizdən daim ulu öndərin həmrəylik ideyası ətrafında sıx birləşməyi tələb edir.

 

Hikmət EYVAZOV,

Polis Akademiyasının “Daxili

işlər orqanlarının inzibati

 fəaliyyəti” kafedrasının baş

müəllimi  

 

Xalq qəzeti.-2008.-23 dekabr.- S.3.