Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
mətbuat xidmətinin məlumatı
2008-ci il dekabrın 19-da
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən
Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin
tələbinə əsasən Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəyinin alınması
üçün təqdim olunmuş “Azərbaycan
Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər
edilməsi haqqında” Referendum Aktının layihəsi ilə
bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun iclası dekabr ayının 24-ü saat 11:00-a təyin
olunmuşdur.
Xalq qəzeti.-2008.-23 dekabr.- S.1.