Bölgələrin qış qayğıları

 

Qışın gəlişi ilə əlaqədar əhalinin, təchizat və xidmət sahələrinin qayğıları artıb. Harada ki, mövsümə hazırlıq tədbirləri vaxtında görülüb, orada qışın daha az çətinlik yaradacağı şübhəsizdir. Yox, əgər hazırlıq dövründə fürsət əldən verilibsə, bu, elə ilk sınaqda özünü göstərəcək. Neftçala və Masallı rayonlarında olarkən 2008-2009-cu illərin qış mövsümünə hazırlığın vəziyyəti ilə maraqlandıq. Müvafiq idarə və müəssisələrin rəhbərləri ilə görüşdük və öyrəndik ki, hər iki rayonda qışa hazırlıqla bağlı bir sıra zəruri tədbirlər həyata keçirilib, lakin görüləsi işlər də var.

 

NEFTÇALA

 

Neçə ildir ki, Neftçalada qışa hazırlıq məsələsi hələ ilin ortalarından gündəmə gəlir. Əvvəlki mövsümdə buraxılmış nöqsanlar ciddi təhlil edilir, geriliyə yol verilməməsi üçün tədbirlər planı işlənib-hazırlanır və nəzarətə götürülür.

Bu il həmin məqsədlə rayonda xeyli iş görülüb. Magistral, məntəqədaxili qaz kəməri xətlərində və qurğularında, elektrik xətləri və yarımstansiyalarında, yaşayış evlərində, su-kanalizasiya sistemində, avto-nəqliyyat müəssisəsinin obyektlərində, telekommunikasiya qovşağında, təhsil, səhiyyə və mədəniyyət sahələrində bir sıra təmir işləri aparılıb. Amma müvafiq təşkilatların işi nöqsanlardan da xali deyil. Rayon icra hakimiyyətində keçirilən müzakirələrdə bu barədə ciddi söhbət aparılıb, zəruri tapşırıqlar verilib.

Neftçala İstilik Təsərrüfatı İdarəsinin balansında 14 qazanxana var. Bunlardan 3-ü fəaliyyət göstərir. Qazanxana sistemi vasitəsilə Bankə qəsəbə 2 saylı orta şəhər internat məktəbləri, eləcə icra hakimiyyətinin inzibati binası qızdırılır. Şəhər 1, 2, 3 4 saylı məktəblərdə daxili istilik sistemləri yenidən qurulub. Lakin qaz verilmədiyindən hələlik işləmir.

Rayon Qaz İstismarı İdarəsi mövsümə hazırlıqla bağlı 6 bənddən ibarət tədbirlər planı hazırlayıb bu sahədə müəyyən işlər görüb. Lakin bəzi nöqsanlar qalıb, qaz itkisi ilə bağlı problemlər həllini tapmayıb.

Neftçala Paylayıcı Elektrik Şəbəkəsi imkanları daxilində işləri həyata keçirib. Hava xətlərinin yararsız izolyator naqilləri, onlarca dayaq dəyişdirilib. Lakin bəzi yaşayış məntəqələrində quraq naqillər hələ qaldığından küləkli havalarda təchizat kəsilir fasilələr yaranır.

Telekommunikasiya Qovşağında 2008-2009-cu ilin payız-qış mövsümünə hazırlıq məqsədilə 17 maddədən ibarət tədbirlər planı tərtib edilib yerinə yetirilməsinə əsasən nail olunub.

Neftçala Şəhər İstehsalat Təmir İstismar Sahəsinin, Mənzil Kommunal Müəssisələri Kombinatının Xıllı qəsəbə kommunal idarəsinin qışa hazırlığı əsasən yaşayış binaları ilə əlaqədar olub. Məhəllələrdə məişət tullantıları üçün yeni yerlər tikilib, bəzi yaşayış evlərində cari təmir işləri aparılıb. Amma bir çox dam örtükləri təmirsiz qalıb, pilləkən qəfəsələrinbə pəncərələrin şüşələnməsi başa çatdırılmayıb, giriş qapılarının işıqlandırılması problemi yaranıb. Şəhər inzibati ərazi nümayəndəliyi, mənzil-istismar idarəsi rayon PEŞ-inə bu məsələ ilə bağlı lazım olan işləri qısa müddətdə yerinə yetirmək tapşırılıb.

Su-kanal idarəsində qış mövsümü ərəfəsində müəyyən işlər görülüb. Kür çayı sahilində yerləşən baş suvarma nasosxanasında elektrik avadanlığı təmir olunub, qurğular tozdan təmizlənib. Nasosxana binasının dam örtüyü, pəncərələri, maşinist otağı digər otaqlar əsaslı təmir edilib. Amma əldən qalan işlər var. Məsələn, çirkab su anbarları nəzarətsiz buraxılır, quyular lildən təmizlənmir, şəhərdaxili su xətlərinə profilaktik nəzarət zəif yerinə yetirilir. İdarənin rəhbərliyi qısa müddətlə qüvvələrini bu işlərə səfərbər etməlidir ki, əhali arasında narahatlıq yaranmasın.

Neftçalaya xidmət göstərən 39 saylı Yol İstismar İdarəsinin maşın mexanizmləri təmir edilib, yanacaq ehtiyatı yaradılıb, magistral yollarda təmir aparılıb. Asfalt zavodunda, bitum mazut xətlərinin izolyasiyası, qışda təhlükəli ola bilən yol hissələrinə, o cümlədən körpülərə qum daşınması sahəsində isə müəyyən gerilik var.

Qış mövsümü ərəfəsində Neftçala məktəblərində əsaslı ya cari təmir işləri görülüb, daxili istilik sistemləri qurulub. Problem yalnız qaz verilməsi ilə bağlıdır. Odun sobası elektrik qızdırıcılarından daha çox istifadə olunur. Təhsil şöbəsi əlaqədar orqanlarla birlikdə məktəb qazanxanalarının işə başlaması üçün təxirəsalınmaz tədbirlər görməlidir.

Rayonun səhiyyə obyektlərində xeyli görülsə , xəstəxanaların qızdırılması primitiv üsullarla həyata keçirilir. Şəhər, kənd qəsəbə inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr qışa hazırlığın lazımi səviyyədə olması üçün köməkliklərini əsirgəməməlidirlər.

 

MASALLI

 

Bu cənub rayonunun aqrar sektorunda qışlama uğurla gedir. Ötən il bir çox kəndlərdə taxıl əkini vaxtında və aqrotexniki qaydada aparılıb. Rayon ərazisində şumlama üçün yetərincə texnika cəlb edilib. Bu da əkinçiliklə məşğul olan fermerlərin, fiziki və hüquqi şəxslərin vaxtında torpaq sahələrini şumlamasına və payızlıq əkin aparmasına imkan yaradıb. Bu sahədə vəziyyət əvvəlki ildəkindən xeyli yaxşıdır.

Masallı Rayon Paylayıcı Elektrik Şəbəkəsi 34298 daimi abonenti sayğacla təmin edib. Amma 1500-dən artıq sayğaca tələbat qalmaqdadır. İlin əvvəlindən rayonda 2 ədəd yanmış transformator yenisi ilə əvəz edilib, 30 ədəd nasaz transformator cari təmir olunub. Amma bu, heç də görülən işlərin uğurlu nəticəsi deyil. Bu sahədə nöqsanlar da var. Məsələn, rayondan Şirvan təmir emalatxanasına göndərilmiş müxtəlif markalı transformatorların səkkizi oradan Bakıdakı ünvanı bəlli olmayan sexə ötürülüb və hələ də həmin transformatorlar təkrar istismara qaytarılmayıb. Yarımçıq qalmış işlər də çoxdur. Ehtiyat hissələr çatışmır, vətəndaş müraciətlərinə baxılması yubadılır, qüsurlu sayğaclarla əlaqədar cavab tədbirləri vaxtında görülmür və sair.

Masallının qaz təsərrüfatında vəziyyət daha yaxşıdır. Qazdan istifadə edən abonentlərin sayı ilin əvvəlindəki 5700-dən 7500-ə çatdırılıb. Bu müddətdə 2150 ədəd əlavə sayğac qoyulub. İl ərzində Qaz İstismarı İdarəsi tərəfindən yüzədək tənzimləyici quraşdırılıb. Təzə Alvadı qazpaylayıcı stansiyasından şəhərin Heydər Əliyev prospektinə 160 millimetr diametrində 3500 poqonometr tənzimləyici xətt çəkilib. Rayon mərkəzinin qaz təchizatını yüksəltmək məqsədilə dairəvi sistemlə xətlərin birləşdirilməsi işləri aparılır. Bundan başqa, əhalinin şəxsi vəsaiti ilə təmir olunan xətlər hesabına altı kənd və qəsəbədə, Masallının bəzi küçələrindəki evlərdə təchizat yaxşılaşıb. Qəriblər və İsi kəndlərində 100-ə yaxın abonent üçün sayğac qurulub və qaz verilişi təmin olunub. Kolatan kəndində də təmir başa çatıb və artıq 400 abonent qaz alır. Bir sıra digər kəndlərdə isə hələ davam edən təmir-bərpa işlərindən sonra 3000-dən artıq abonent qazla təmin olunacaq. Hazırda rayon mərkəzinin küçələrində, kommunal evlərda qazla təchizat işi davam edir.

Masallıda turizmin inkişaf etdiyi ərazilərdə meşə mühafizəsi qismən yaxşılaşıb. Lakin cari ildə əhalinin odunla təminatı üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən limit verilmədiyindən meşə mühafizəçiləri daha ayıq-sayıq olmalıdırlar ki, neqativ hallar baş verməsin.

Şəhərin mənzil istismar idarəsi qış mövsümünə hazırlıq üçün daxili imkanlar hesabına bir çox kommunal evlərin kanalizasiya xətlərini təmizləyib, bir binanın xəttini yenisi ilə əvəzləyib. “Qarabağ”, C.Cabbarlı, H.Əliyev və digər küçələrdəki onlarca kommunal binanın həyətinə icra hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə asfalt döşənib, eyvan məhəccərləri, fasadlar rənglənib.

Masallı Rayon Kommunal Təsərrüfatı İstehsalat Birliyinin son vaxtlaradək lazımi texnikası yox idi. Hazırda Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikaya gətirilmiş müvafiq texnikadan cənub bölgəsində ən çox Masallı üçün ayrılıb. Mənzil İstismar İdarəsi, bələdiyyələr və idarələr Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə müqavilə bağlamaqla bərk tullantıların daşınmasını daha da yaxşılaşdırmalıdırlar.

Rayon rəhbərliyinin təşəbbüsü ilə şəhərə 5,5 kilometr magistral su xətti 19,5 kilometr şəhərdaxili şəbəkə xətti çəkilib. Ərkivan-Qızılağac xətti (15 km) bərpa edilib, Təzə Alvadı-Həsənli-Xırmandalı-Ərəb xətti (17 km) tam bərpa ərəfəsindədir. Yol təmiri asfalt işlərinin sürəti xeyli artırılıb. Telekommunikasiya Qovşağı 30 ATS-i bütünlüklə generatorlarla təmin edib, stansiyaların binaları təmir olunub, akkumulyatorlar fasiləsiz işləyir, kabel qurğularının əsaslı təmiri həyata keçirilib, əksər ATS-lər elektronlaşdırılıb.

Rayonun əksər təhsil ocaqları bu qış istilik sistemi ilə qızdırılır. Qalanları isə oduncaqla təmin edilir. Səhiyyə obyektlərində bu məsələ müsbət həllini tapır.

Göründüyü kimi, həm Neftçala, həm Masallı rayonlarında qışa hazırlıq üzrə xeyli görülüb. Bəzi çatışmazlıqlar da mövcuddur. Onların aradan qaldırılması üçün təcili əməli tədbirlər reallaşdırılmalıdır.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2008.-23 dekabr.- S.5.