Azərbaycanı regiondakı ictimai-siyasi proseslərin önünə çıxaran lider

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin payızından ölkəmizə daha böyük beynəlxalq nüfuz qazandıran fəaliyyəti keçirilmiş iki seçkidə ardıcıl olaraq böyük səs çoxluğu ilə qalib gəlməsi barədə dünya siyasətçiləri politoloqlar dərin məna məzmuna malik çoxlu ifadələr işlədiblər. Elə dövlət başçımızın Milli Olimpiya Komitəsinin prezidenti, YAP sədrinin müavini, Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri respublikanın Baş naziri vəzifələrində çalışdığı illərdə onun fəaliyyətini yüksək səviyyədə təqdir edən yüzlərlə mükəmməl ifadə eşitmişdik. Həmin ifadələrin əksəriyyəti qəzetimizdə özünə yer tapmışdır. Ancaq qədirşünas Azərbaycan xalqının öz liderinin təvəllüd gününü qeyd etdiyi bu günlərdə bilavasitə türk dünyasının ən qüdrətli dövlətinin rəhbərindən sitat gətirməyi daha məqsədəuyğun saydıq.

Cənab Abdullah Gül 2008-ci il oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkilərinibütün bölgəyə örnək olacaq siyasi hadisəadlandırır. Ölkəmizdə keçirilmiş 2003-cü il prezident seçkilərindən sonra da türk dünyasının ən görkəmli şəxsiyyətlərindən olan dünya şöhrətli həkim alim İhsan Doğramacı çox orijinal bir ifadə işlətmişdi: “Mən İlham Əliyevin cümhurbaşqanı seçilməsi münasibətilə onun özündən çox xalqını təbrik edirəm. Çünki bu seçim Azərbaycan xalqına çox lazım idi”.

Beləcə, türk dünyası başda olmaqla beynəlxalq aləmdəki bütün mütərəqqi qüvvələr Azərbaycanı xaos anarxiyadan, aclıq, işsizlik məhrumiyyətlərdən təcrid işğaldan xilas etmiş Heydər Əliyev siyasi kursunun seçkilərdə qalib gəlməsini ölkəmiz, region dünya üçün mühüm əhəmiyyətli bir hadisə kimi qiymətləndirir, təqdir edirlər. Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunu, xüsusən həmin kursun uğurla davam etdirilməsinə nail olan Prezident İlham Əliyevi dəstəkləyəndə çox sadə, eyni zamanda dərin arqumentlərlə əsaslandırılmış məntiqə istinad edirdi: “Xalq üçün firavan həyat, sabitlik, ərazi bütövlüyü dövlətçiliyin qorunub saxlanılmasından başqa heç lazım deyil. Cənab İlham Əliyev bütün bunları indiki Azərbaycan siyasətçilərinin heç birinin reallaşdıra bilməyəcəyi səviyyədə reallaşdırır ona görə biz onu növbəti dəfə Prezident görmək istəyirik”.

Firavanlıqbu amil özünü əhalinin yoxsulluq həddinin 49 faizdən 14 faizə endirilməsində, ölkənin bütün regionlarının paytaxtla bərabər şəkildə inkişaf etdirilməsində, beş ildə 740 mindən çox yeni yerinin yaradılmasında, MDB ölkələrindən heç birində olmayan infrastruktur yeniləşməsində, iki seçki arasında 1200 məktəb binasının tikilməsində, səhiyyə, elm, təhsil, mədəniyyət sahələrinə göstərilən dövlət qayğısının ildən-ilə deyil, aydan-aya artmasında göstərir. Ölkə daxilindəki sabitlikbu amil özünü cinayətkarlığın azaldılmasında, qanunazidd əməllərin qarşısının qətiyyətlə alınmasında, milli dini ayrıseçkilik kimi ziyanlı düşüncələrin birdəfəlik yox edilməsində (bütün beynəlxalq təşkilatlar Azərbaycanı dünyanın ən tolerant ölkələrindən biri adlandırırlar), oğurluq, qarət soyğunçuluq kimi əməllərə qarşı amansız mübarizə aparılmasında göstərir. Ölkənin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə təkcə bir fikri demək kifayətdir: Ermənistan siyasətçiləri diplomatları açıq şəkildə etiraf edirlər: “Dünya ermənilərinin son iki yüz ildə böyük qanlar mübarizələr bahasına əldə etdiyi vardısa onu ikinci Əliyev beş ildə darmadağın etdi”. Son beş ildə Azərbaycan özünün siyasi-diplomatik gedişləri ilə Ermənistanın tamamilə təklənməsinə nail olmuşdur. Əsrin ilk illərində əksər beynəlxalq təşkilatlardakı erməni lobbisi, Azərbaycanın mövqelərinə zidd qərarların qəbul edilməsinə nail ola bilirdisə, indi artıq bütün beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyini vurğulayırlar. Hətta, artıq vurğulamaqla kifayətlənmir, bunu israrla tələb edirlər.

Rusiya Federasiyasının paytaxtında Rusiya, Azərbaycan Ermənistan prezidentlərinin imzaladıqları məlum Moskva Bəyannaməsi Ermənistan siyasətçilərini elə təlaşa salıb ki, artıq öz bəyanatlarında hətta, siyasi-diplomatik etiketlərə əməl etməyi unudurlar: “Dmitri Medvedev Ermənistanın mənafelərini ayaq altına atdı” (Ermənistanın ən yaxın müttəfiqlərindən birinin məhz Rusiya olduğunu başa düşən erməni siyasətçi bu sayaq ədəbdənkənar ifadə işlədirsə, deməli, bəyannamənin rəsmi Yerevan üçün o qədər yaxşı gələcək vəd etmədiyini açıq şəkildə başa düşürlər). Yaxud, “Erməni lobbisi Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik edən istənilən Prezidentin öhdəsindən asanlıqla gələcəkdirdeyən rəhbərlərimiz indi İlhamın (ifadə Ruben Osipyanındır) əlində əsir-yesir qalıblar”. Yəni Azərbaycan diplomatiyasının beynəlxalq hüququn normalarına, münaqişələrin həlli prosesində mövcud olan dünya təcrübəsinə haqq-ədalət prinsiplərinə uyğun atdığı addımlar, eləcə beynəlxalq ictimaiyyətin ədalətin kimin tərəfində olduğunu biləndən sonra göstərdiyi qətiyyət Ermənistan dövlətini erməniləri artıq çıxılmaz vəziyyətdə qoymuşdur.

Azərbaycan xalqının öz liderindən gözlədiyi istədiyi növbəti məsələ milli dövlətçiliyin möhkəmləndirilməsi qorunub saxlanılmasıdır. Əslində bu məsələni ulu öndərimiz Heydər Əliyev ötən əsrin 90-cı illərindən etibarən mərhələ-mərhələ təmin etmişdir. Ancaq indi ölkəyə rəhbərlik edən şəxsin həmin siyasi kursu davam etdirməsi, milli dövlətçiliyinin daha da qüdrətlənməsi üçün islahatları getdikcə dərinləşdirməsi çox mühüm məsələdir. 2003-cü il prezident seçkilərindən sonra cəmiyyətin demokratikləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Son beş ildə Seçki Məcəlləsinin Avropa standartları dünya təcrübəsi əsasında təkmilləşdirilməsi məqsədilə bu dövlət sənədinə 10 dəfə dəyişiklik edilmişdir. Qeyd edək ki, bütün dəyişikliklərin müəllifi beynəlxalq təşkilatların ekspertləri olmuşlar. 2005-ci il parlament seçkiləri ərəfəsində Prezident İlham Əliyev seçki prosesinin daha şəffaf ədalətli keçirilməsi üçün iki dəfə mühüm sərəncam imzalamışdı. 2008-ci ildə keçirilmiş prezident seçkiləri isə təkcə rekord sayda beynəlxalq müşahidəçilərin iştirakına görə deyil, eləcə həmin müşahidəçilərin söylədiyi təqdiredici fikirlərlə yadda qaldı. ABŞ kimi güclü demokratiyaya malik ölkənin təmsilçisi dedi ki, Azərbaycanda gördüyüm seçki eynilə bizim ölkədəki seçkilərə oxşayırdı. Bütün bunlar cəmiyyətin daha da demokratikləşdirilməsidirsə, demokratikləşmə dövlətin qüdrətlənməsi deməkdir. Deməli, Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu davam etdirməklə milli dövlətçiliyimizin əbədiləşdirilməsinə xidmət edir.

Azərbaycan Prezidentinin ən böyük nailiyyətlərindən biri ölkənin geosiyasi əhəmiyyətindən təbii sərvətlərindən məharətlə istifadə edərək respublikamızı regionun dünyanın aparıcı, sözükeçən ölkələrindən birinə çevirməsidir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş BakıTbilisiCeyhan neft BakıTbilisiƏrzurum qaz ixrac kəmərlərinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm amillərdən birinə çevrilməsi Prezident İlham Əliyevin nailiyyətidir. BakıTbilisiQars dəmir yolu layihəsi, Qazaxıstanın BTC- qoşulması, NABUKKO — qaz ixrac kəmərinin layihəsi ətrafındakı müzakirələrin daha da genişləndirilməsi, Xəzərin statusu ilə bağlı danışıqların intensivləşdirilməsi, enerji sammitinə ev sahibi olmağımız, türk dünyası ölkələri ilə hərtərəfli əməkdaşlığın yeni mərhələsinin başlanması onlarla bu kimi layihələr Azərbaycan Prezidentinin nailiyyətləri sırasındadır. Deməli, ulu öndər Heydər ƏliyevinMən ona özüm qədər inanıram” — dediyi İlham Əliyev təkcə Azərbaycanın Prezidenti kimi deyil, həm regionun ən görkəmli siyasətçisi dünya azərbaycanlılarının lideri kimi möhtəşəm bir nüfuz qazanmışdır. Xalqımız haqlı olaraq öz liderinin doğum gününü qeyd edir. Onun ünvanına dünyanın bütün ölkələrindəki soydaşlarımızın mütəşəkkil qüdrətli səsindən yaranmış təbriklər göndərilir.

 

İttifaq MİRZƏBƏYLİ 

 

Xalq qəzeti .- 2008.-24 dekabr.- S.1.