Almaniya Bundestaqında
Azərbaycan
şairlərinin alman dilinə çevrilmiş əsərlərindən
ibarət antologiyanın təqdimat mərasimi
Dekabrın 16-da Almaniya
Bundestaqında Azərbaycan klassik ədəbiyyat nümunələrindən
hazırlanmış antologiyanın eksklüziv təqdimatı
keçirildi. Azərbaycanın klassik məhəbbət
poeziyası ilk dəfə Almaniyada “Mattes&Seitz” nəşriyyatı
tərəfindən nəşr edilib.
Antologiyada 40-dək Azərbaycan şairi yer alır. N. Gəncəvi,
M. Füzuli, İ.Nəsimi,
M.Gəncəvi, Xətai
kimi dahilərlə yanaşı, sufi və hürufi şairlər - Nəimi, Xəlili, Gülşəni
və digərlərinin
əsərləri ilk dəfə
alman dilində antologiya şəklində
nəşr edilib. Antologiya Almaniyada fəaliyyət göstərən
N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu
tərəfindən nəşrə
hazırlanıb. Əsərləri alman dilinə institutun direktoru, şairə Nuridə Atəşi və alman şair Jan Vaynert çevirib. Təqdimat Bundestaqın Qafqaz Parlament Qrupunun təşkilatçılığı və dəstəyi ilə keçirildi.
Mərasimdə Bundestaqın
bir çox millət vəkilləri, Almaniya Xarici İşlər Nazirliyinin,
Berlin Senatının və
digər dövlət
orqanlarının görkəmli
nümayəndələri, jurnalistlər, naşirlər
və ictimaiyyətin təmsilçiləri iştirak
etmişlər.
Rəsmi hissədə
tədbirə xüsusi
dəstək verən
Avropa Şurası Parlament Assambleyasının
hüquq və insan haqları məsələləri komissiyasının
keçmiş sədri
və xarici işlər komissiyasının
daimi üzvü Edvard Lintner geniş məruzə ilə çıxış
etmiş, antologiyanı
Azərbaycan və Almaniya mədəniyyətləri
arasında önəmli
körpü adlandırmış
və təqdimatın
məhs Bundestaqda keçirilməsindən böyük
qürur duyduğunu dilə gətirmişdir.
Bundestaqın Qafqaz Parlament Qrupunun sədri Steffen Reiche mərasimdə çıxış etmişdir. O, Füzuli,
Nəsimi, Xətai, Məhsəti kimi dahilərin alman oxucularına təqdimatının
böyük bir hadisə olduğunu qeyd etmişdir.
Nəşriyyatın direktoru doktor Andreas Rötzer bu antologiyanın alman xalqı tərəfindən
məmnunluqla qarşılandığını
dilə gətirmişdir. Tədbirdə çıxış edən
Azərbaycan diplomatı
Anar Hüseynov da antologiyanın Azərbaycan Mədəniyyət
İlinə çox dəyərli bir töhfə olduğunu bildirmişdir. Mərasimdə
iştirak edən Avropa Şurası Parlament Assambleyasının
hüquq və insan haqları məsələləri komissiyasının
sədr müavini və Avropa siyasəti Komissiyasının
məruzəçisi, Şlezviq
Holstein əyalətinin keçmiş
naziri, Bundestaqın deputatı Raynder Stteenblok Nuridə Atəşinin ölkəmizin
Almaniyada təbliği
yolunda göstərdiyi
xidmətləri yüksək
qiymətləndirmiş və
öz gələcək
dəstəyini təklif
etmişdir. Bədii hissədə tərcüməçi
şairlər Nuridə
Atəşi və Jan
Vaynert antologiyadan qəzəllər oxuyaraq tamaşaçıları Azərbaycan
klassiklərinin qüdrətinə
heyran etmişlər.
Mərasimin sonunda ziyafət
olmuşdur.
İbrahim
ÖMƏROV
Xalq
qəzeti.-2008.-24 dekabr.- S.2.