Azərbaycan hər birimizin vətənidir

 

Erik Yevdayev gənc olsa da BMT-nin ofisində işləyir. Quba rayonundakı yəhudi qəsəbəsində doğulub. “Millətlər evi” sayılan BMT-yə gedib çıxana qədər Amerikada mükəmməl təhsil alıb.

Eriklə bu günlərdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə ŞurasınınAzərbaycan-Şərqin dünyaya açılan qapısı” — mövzusunda keçirilən iclasında tanış olmuşam. Məlum oldu ki, o, Bakıya fəal üzvü olduğu Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azərinin dəvəti ilə gəlib. Bir azdan onlar Slavyan Universitetinə tələbələrlə görüşə gedəcəkdilər. Tomris xanım həmkarım Paşa Əmircanova tədbirlə bağlı təəssüratları barədə danışırdı. Mən Erik Yevdayevdən qəzetimiz üçün müsahibə verməsini xahiş etdim. Məmnuniyyətlə razı oldu. Əvvəlcə bunları dedi:

— “Azərbaycan-Şərqin dünyaya açılan qapısıtədbirinin təşktilatçıları çox düzgün ad seçiblər. Həqiqətən bu gün müstəqil Azərbaycan demokratikliyi, bəşəri dəyərlərə bağlılığı, dini tolerantlığı, sosial-mədəni yüksəlişi ilə gözəl bir nümunəyə çevrilib.

Bu tədbirin başqa bir özəl cəhəti var. Bu günlərdə, daha dəqiq desək, 31 dekabrda dünya azərbaycanlıları bayramlarını qeyd edəcəklər. Mən yaxşı bilirəm ki, bu gözəl bayramın yaradıcısı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub. Bu dahi siyasətçinin şöhrəti dünyanın hər yerinə yayılıb. Okeanın o tayındaAmerikada siyasətdən az-çox başı çıxan hər kəsin Heydər Əliyevin Azərbaycanda müstəqil dövlət quruculuğundakı əvəzsiz xidmətləri barədə məlumatı var.

Mən həm sevinirəm ki, bu gün Azərbaycan dövlətinin gənc, enerjili lideri İlham Əliyev Azərbaycanın istər siyasi, istər iqtisadi sahələrdə sanballı uğurlar əldə etməsinə nail ola bilir. Xaricdə çalışan Azərbaycan, türk yəhudi diasporlarının əlaqələrini gücləndirmək təşəbbüsü məhz cənab İlham Əliyevdən gəlir. Bu çox vacib amildir. Necə deyərlər, bunun gec-tez bəhrəsi olacaq. Əslində, müəyyən uğurlar artıq əldə olunub.

Heç kəsə sirr deyil ki, erməni lobbisi Azərbaycanı dünya ictimaiyyətinin gözündə daim nüfuzdan salmağa cəhd edir...

Bilirsinizmi, mən şəxsən belə düşünürəm ki, rəqibi pisləməkdənsə, özümüzün yaxşı cəhətlərini göstərmək daha təsirli nəticələr verir. Azərbaycanın o qədər yaxşı, müsbət cəhətləri var ki... Azərbaycanlılar başqa xalqlara hörmətlə yanaşan, dostluq etməyi bacaran insanlardır. Azərbaycanın qədər zəngin tarixi mədəniyyəti var! Bunları dünyaya sadəcə təqdim etmək lazımdır.

Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işləri yalnız alqışlamaq olar. Mehriban xanım təkcə YUNESKO-nun xətti ilə qədər effektli təbliğat aparır ki, adamın qəlbindənafərinsözü qopur. Beləcə, hamı çalışmalıdır. Azərbaycan bizim hər birimizin vətənidir.

Sabah Bakıda tədbir başa çatandan sonra Qubaya gedəcəyəm. Orada mənim doğmalarım yaşayır. Bəlkə eşidibsiniz. Mənim atam Xayəm Azərbaycanın şimal zonasında məşhur rəssam kimi tanınır. Onun Quba şəhərini tən yarıya bölən Qubyalçayın sularını təsvir edən rəsmini BMT-dəki ofisimin divarından aşmışam. Yəni mən Nyu-Yorkda Qubanı hər gün görürəm (gülümsəyir).

Eşitmişəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Quba tərəfə olduqca rahat yol çəkilir. Yollar ölkə iqtisadiyyatının güzgüsüdür. Ölkənin yolları necədirsə, onun iqtisadiyyatı da elədir. Azərbaycanda yol inftrastrukturuna haqlı olaraq bu qədər önəm verirlər.

Bir neçə gündən sonra yenidən Nyu-Yorka qayıdacaqsınız. Oraya hansı təəssüratları aparırsınız?

Hər kəs vətənini tərəqqi edən, zəngin görəndə, əlbəttə, sevinir. Mən Bakıda gördüyüm bu sürətli inkişafdan heyrətə gəlmişəm. Bəlkə bakılıların bu dəyişikliklərə gözləri alışıb. Amma mənim üçün , burada olan başqa qonaqlar üçün Azərbaycan paytaxtının bu qədər cazibədar olması çox sevindiricidir. Əlbəttə, Bakı təəssüratlarımı Nyu-Yorkdakı dostlarımla bölüşəcəyəm.

 

Söhbəti yazdı: Məsaim ABDULLAYEV

 

Xalq qəzeti.-2008.-24 dekabr.- S.6.