Böyük siyasətin davamı

 

Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin böyük salonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin geniş mənzərəsini əks etdirən “Böyük siyasətin davamı” çoxcildliyinin işıq üzü görmüş 5 cildinin təqdimat mərasimi oldu.

İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev giriş sözündə rəhbərlik etdiyi ali məktəbin kafedra müdiri, professor, Azərbaycan Sosial Rifah Partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlının ağır və məsuliyyətli zəhmətinin məhsulu olan bu çoxcildliyin Prezident İlham Əliyevin ad günündə, müəllifin çalışdığı kollektivdə geniş oxucu kütləsinə təqdim edilməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Rektor çoxcildli nəşrin mövzusuna və ideya-siyasi yönünə toxunaraq qeyd etdi ki, bu nəşr, əslində, çağdaş siyasi tariximizin əhatəli salnaməsi kimi diqqəti cəlb edir. Çoxcildlik ümummilli lider Heydər Əliyevin adı ilə bağlı böyük siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət başçısının miqyaslı fəaliyyətini xronikal materiallarla, dərin təhlil və ümumiləşdirmələrlə müasirlərimizə iri planda təqdim edir.

Milli Məclisin komissiya sədri, akademik Ziyad Səmədzadə mərasimdə çıxış edərək dedi:

Azərbaycanın bizim günlərdə hərtərəfli inkişafa qovuşması ulu öndər Heydər Əliyevin istər sovet dövründə, istərsə müstəqillik illərində həyata keçirdiyi irimiqyaslı proqramların, vətəndaşlıq rəşadətinin nəticəsidir. Prezident İlham Əliyev öz sələfinin siyasi iqtisadi kursunu yüksək səviyyədə davam etdirir. Böyük siyasətin sükanı etibarlı əllərdədir. Ölkəmiz öz tarixi inkişafında çox yüksək səviyyəyə çatıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf sürətinə görə dünyada ön mövqeyə çıxıb, iqtisadi qüdrəti ilə regionda lider dövlətə çevrilib. “Böyük siyasətin davamıçoxcildliyi bu həqiqəti təfərrüatı ilə əhatə edir, tarixi nailiyyətlərimizə gur işıq salır. Müəllif bu çətin şərəfli işin öhdəsindən məharətlə gəlir. Biz tariximizi əsl vətəndaşlıq yanğısı ilə indiki nəsillərə axıradək çatdırmalıyıq. “Böyük siyasətin davamıbu yöndə atılan ciddi gərəkli bir addımdır.

Milli Məclisin üzvü Havva Məmmədova çıxışında aşağıdakıları söylədi:

— “Böyük siyasətin davamıçoxcildliyi, adından da göründüyü kimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlı tarixi missiyanın onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin geniş mənzərəsini əks etdirir. Ölkə başçısının çoxcəhətli fəaliyyətinin ilk illəri artıq işıq üzü görmüş 5 cilddə ardıcıl yer alıb.

Siyasi xronika cildlərdə dərindən təhlil olunub, cari rəylərə, qiymətlərə geniş yer ayrılıb, ümumiləşmələr aparılıb. Prezident İlham Əliyevin məşğul olduğu bütün məsələlər, həyatımızın bütün sahələri barədə materiallar cildlərdə əhatəli verildiyindən bu nəşr zəngin bir mənbə kimi diqqəti cəlb edir. Çoxcildlikdə ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər geniş yer tutur.

Bu nəşrdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dövlət başçısının yeritdiyi konstruktiv siyasət geniş əksini tapıb. Prezidentin bu məsələ ilə bağlı keçirdiyi qəbullar, iştirak etdiyi görüşlər barədə çoxcildlikdə kifayət qədər material var. Dövlət başçısının qaçqın köçkünlərə diqqət qayğısı da nəzərdən qaçmayıb. Biz Dağlıq Qarabağın azərbaycanlı icması bu mövzu ilə sıx bağlı olduğumuzdan belə bir mənbədən çox bəhrələnəcəyik.

Milli Məclisin üzvü Fəttah Heydərov yeni nəşrin əhəmiyyətindən danışaraq bildirdi:

Mən çoxcildliyə ön sözlər yazarkən, əslində, onun ilk oxucusu olmuşam. Məqsəd, məram yüksəkdir: ulu öndər Heydər Əliyevin siyasətinin uğurlu davamının canlı salnaməsini yaratmaq. Çoxcildliyə müasir siyasi tariximizin ən həlledici yönüPrezidentin gündəlik fəaliyyətinin sistemli xronikası daxil edilib.

Bu, çox incə ağır işdir. Təsəvvür edin ki, hər cilddə dövlət başçısının fəaliyyətinin təxminən 3-4 aylıq bir dövrü yer alır. İlk 5 cilddə 2 ilk xronika əhatə olunub. Ölkəmizin həyatındakı irili-xırdalı bütün məsələlər Prezidentin fəaliyyət dairəsində, diqqət mərkəzində olduğundan onlar hamısı bütövlükdə, çağdaş tariximizin məzmununu təşkil edir kitabda ardıcıl əksini tapır.

Xanhüseyn müəllim böyük bir heyətin hasilə gətirə biləcəyi çox gərəkli işin öhdəsindən bacarıqla, səriştə ilə gəlir. Çoxcildlikdə Prezidentin fəaliyyətinin müxtəlif yönlərinə işıq salan çoxsaylı fotolar da verilib.Böyük siyasətin davamıhəm bugünümüz, həm sabahımız üçün çox faydalı bir mənbədir. Müəllifə bu yöndə uğurlar arzulayıram.

Milli Məclisin üzvü Hüseynbala Mirələmov təəssüratını belə ifadə etdi:

Çoxcildlik barədə çox danışmaq olar, amma mən onun bir neçə mühüm məqamına qısaca münasibət bildirmək istəyirəm. Bizdə ulu öndər Heydər Əliyev Prezident İlham Əliyev barədə çoxsaylı kitablar çıxır. Onların hər biri hansısa bir mövzuya, məsələyə həsr olunub. “Böyük siyasətin davamıisə Heydər Əliyev yolunu, siyasətini bütün istiqamətləri ilə bir yerdə davam edən bir məzmunda mövzu seçib.

Çoxcildlik həm xronikaldır, həm elmidir, həm populyar bir səpkidədir. Prezidentin fəaliyyəti öz məzmununa, tarixi yönünə görə ayrı-ayrı hissələrdə, fəsillərdə paraqraflarda qruplaşdırılaraq, təhlil edilərək təqdim olunur. Nəşrdə Prezidentin həyat fəaliyyətini tamamlayan, qiymətləndirən çoxsaylı əlavə material da yer alıb. Bu kitab məktəblidən tutmuş alimədək, fəhlədən tutmuş siyasətçiyədək oxucuların geniş dairəsi üçün gərəklidir. Nəhayət, bir məqam: yaxın gələcəkdə tarixçilər bizim günlərin tarixini yazandaBöyük siyasətin davamılazım olan materialın böyük bir hissəsini hazır şəkildə onlara çatdıracaq.

Bildirildi ki, 5 cilddə Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ilk 2 ili əks olunub. Əlavə etmək istəyirəm ki, ilk cilddə 9 ay yer alıb, sonrakı cildlərdə bu müddət 4-3 aya enir. Bu rəqəmlər həm Prezident İlham Əliyevin fəaliyyətinin aylar keçdikcə intensivləşdiyinin, həm müəllif Xanhüseyn Kazımlının mövzuya daha dərindən nüfuz etməsinin göstəricisi kimi diqqəti cəlb edir.

Mərasimdə daha sonra çıxış edən millət vəkili Yevda Abramov, Bakı Dövlət Universitetinin prorektoru İsmayıl Əliyev digər natiqlər. Böyük siyasətin davamıçoxcildliyinin Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri izləməkdə, müasir tarixi prosesləri öyrənməkdə əvəzsiz bir mənbə olduğunu söylədilər, müəllif Xanhüseyn Kazımlıya, nəşrin elmi redaktoru Əli Həsənova, rəyçilər Əli Əhmədova Əli Abbasova növbəti cildləri hasilə gətirməkdə uğurlar arzuladılar.

Sonda professor Xanhüseyn Kazımlı deyilən dəyərli sözlərə yüksək qiymətə görə minnətdarlığını bildirdi, qarşısına qoyduğu məqsədə çatmaqçoxcildliyin nəşrini davam etdirmək üçün bilik bacarığını bundan sonra da əsirgəməyəcəyini söylədi. Müəllif öz qəhrəmanınaPrezident İlham Əliyevə xalqımızın tərəqqisi yüksək rifahı naminə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı arzuladı.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.-2008.-25 dekabr.- S.6.