Dünya azərbaycanlılarının milli həmrəyliyi
və
birliyi dövlətimizin
gücünü və nüfuzunu artırır
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günüdür
Ötən əsrin sonunda müstəqilliyimizi bərpa edəndə ermənilərin haqsız torpaq iddiaları ilə üzləşdik. Onda gördük ki, dünyada təklənmişik, xüsusən, ermənilərin yüz, iki yüz ildən bəri formalaşdırdıqları diasporlarının köməyi ilə Azərbaycan həm də informasiya blokadasına alınıb, haqq səsimiz dünya ictimaiyyətinə çatdırılmır. Odur ki, dünyanın əksər ölkələri erməni qəsbkarlarını müdafiə edirdi.
Diaspor quruculuğu müstəqilliyimizin elə ilk günündən xüsusi əhəmiyyət kəsb etməyə başladı. Amma bu taleyüklü vəzifəni düzgün, səmərəli formada yerinə yetirmək təcrübə, bacarıq, uzaqgörənlik və əlbəttə ki, qətiyyət tələb edirdi. Məhz bu taleyüklü məsələ də ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda rəhbərliyə qayıdandan sonra mümkün oldu. Ulu öndər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olanda onun təşəbbüsü ilə Ali Məclis 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi haqqında qərar qəbul etdi. Həmin qərarla 31 dekabrın hər il bayram edilməsi üçün Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırıldı.
Doğrudur, 1993-cü ilə kimi diaspor quruculuğu işində elə bir ciddi dönüş olmadı. Ulu öndər xalqın təkidli xahişləri ilə Azərbaycanda hakimiyyətə qayıdandan sonra bu istiqamətdə çox böyük işlər görüldü. Tədricən azərbaycanlıların həmrəyliyi və birliyi ideyası bütün dünyada yaşayan soydaşlarımızın düşüncəsinə hakim kəsildi.
Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi vətənlərinə bağlılığını təmin edən azərbaycançılıq ideologiyasının müəyyənləşdirilməsi də ulu öndərimizin xidmətləridir. Azərbaycançılıq bu gün həm ölkəmizdə, həm də bütün dünyada yaşayan azərbaycanlıların əsas ideyasıdır. Ümummilli lider dünya azərbaycanlılarını mahiyyəti öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, həmçinin onların ümumbəşəri dəyərlərlə sintezindən bəhrələnməklə hər bir insanın inkişafını təmin etməkdən ibarət olan bu ideya ilə silahlandıraraq, müstəqil Azərbaycan dövləti ətrafında birləşməyə çağırırdı.
Ümummilli liderimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqətdə saxlayırdı. Azərbaycan diaspor cəmiyyətlərinin problemlərinə böyük həssaslıqla yanaşırdı. Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini müəyyən etmişdi. Bütün xarici səfərlərində həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşür, onların qayğıları, problemləri ilə maraqlanır, tarixi vətənləri Azərbaycanla əlaqələrinin yaranması üçün tapşırıq və tövsiyələrini verirdi. Təbii ki, bu tapşırıq və tövsiyələr səmərəsiz qalmırdı. Tədricən diasporların formalaşması səmərəli forma alırdı.
Nəhayət, on il sonra — 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin təşəbbüs və himayəsi ilə Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması baxımından tarixi dönüş nöqtəsi oldu. Çünki artıq xarici ölkələrdə təşkilatlanmağa başlayan diasporları bir araya gətirmək, əlaqələrini qurmaq, fəaliyyətlərində ümumi məqsədə nail olmaq üçün bir mərkəzdə birləşdirmək zəruri məsələydi.
Həmin qurultayda ümummilli liderimiz Heydər Əliyev nitqində bildirmişdir: “Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir”.
Bu qurultayın səmərəsi çox oldu. Diaspor nümayəndələri bir araya gəldilər, qarşılıqlı fəaliyyət planları qurdular. Görəcəkləri işlər bir az da aydınlaşdı, dəqiqləşdi. Məhz bundan sonra dünyanın hər yerində Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti genişləndi. Azərbaycan dövlətinin də diaspor quruculuğu istiqamətində səyləri gücləndi. Amma bu istiqamətdə sistemli dövlət siyasəti həyata keçirmək zəruri idi. Məhz buna görə də ulu öndər Heydər Əliyev 2002-ci il iyulun 2-də “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı. Daha sonra, elə həmin il Milli Məclis “Xarici ölkələrdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” qanun qəbul etdi. Bundan sonra diaspor quruculuğu işində dövlət siyasəti sistemli xarakter aldı və uğurlar əldə edildi. Məhz bunun sayəsində ermənilərin qondarma, məkrli təbliğat kampaniyaları uğursuzluqlara düçar olmağa başladı.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin bir mərkəzdən koordinasiya edilməsinə, həmçinin onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar açdı, eyni zamanda, diasporların lobbiyə çevrilməsində yeni mərhələnin başlanğıcı oldu.
2003-cü ildən sonra bu sahədə
dövlət siyasəti
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməyə başlandı.
Cənab İlham Əliyev ilk gündən bəyan etdi ki, hər
bir dövlətin xarici siyasətinin uğuru onun formalaşdırdığı diaspor və lobbinin imkanlarından
bilavasitə asılıdır
və məhz buna görə də diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri
kimi qiymətləndirdi.
Buna görə də 2006-cı il martın 16-da cənab İlham Əliyevin iştirakı ilə Bakıda Dünya Azərbaycanlılarının
II qurultayı keçirildi.
Bu tədbir
I qurultaydan az
olmayan bir əks-səda doğurdu. Əvvəla, ötən beş ildə
kifayət qədər
iş görülmüşdü,
diasporlar formalaşmışdı,
lobbiyə çevrilmə
prosesi uğurla aparılmışdı. İkincisi, həmin
diasporların tarixi vətənləri ilə
əlaqələri möhkəmlənmiş,
bu məqsəd uğrunda fəaliyyətləri
genişlənmiş, ən
əsası ortada konkret uğurlu nəticələr vardı.
Daha bir uğurlu nəticə o idi ki, Azərbaycan diasporları türk diaspor təşkilatları
ilə qarşılıqlı
fəaliyyət qurmağa
başlamışdı. Və bu II qurultaydan sonra daha da
genişləndi, səmərəli
forma aldı.
Ümummilli liderimizin
təşəbbüsü və himayəsi ilə keçirilən Dünya Azərbaycanlılarının
I qurultayında yaradılan
Əlaqələndirmə Şurasının
bu il
dekabrın 18-də keçirilən
növbəti iclası
“Azərbaycan–Şərqin
dünyaya açılan
qapısı” mövzusuna
həsr olunmuşdu. Toplantıda görülmüş işlər,
qarşıya çıxan
problemlər, gələcək
vəzifələr müzakirə
olundu.
Artıq bu faktdır ki, lobbiyə çevrilən
Azərbaycan diasporları
fəaliyyətini günbəgün
genişləndirir, xarici
ölkələrdə Azərbaycan
həqiqətlərini təbliğ
edir, ermənilərin
böhtan kampaniyalarının
qarşısını ala bilirlər,
dövlətimizin nüfuzunun
yüksəlməsində səmərəli
rol oynayırlar. Odur ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü istər tarixi Vətənimizdə,
istərsə də xaricdə yaşayan hər bir azərbaycanlının
bayramına çevrilib,
azərbaycanlıların birliyinə,
həmrəyliyinə xidmət
edir.
Zemfira MƏMMƏDOVA,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası
Mərkəzinin
əməkdaşı
Xalq qəzeti.-2008.- 25 dekabr.- S.8.