Hüquqi maarifləndirmə sahəsində yeni nəşrlər

 

Bu günlərdə Azərbaycan Arbitraj Mediasiya Mərkəzinin (AAMM) xüsusi buraxılışı çapdan çıxmışdır. Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin (BKAM) fəaliyyətinin 5 illiyinə beynəlxalq əlaqələrinə həsr olunmuş xüsusi buraxılış Azərbaycan ingilis dillərində nəfis tərtibatla çap edilmişdir.

Xüsusi buraxılışda Almaniya, Qahirə, Rumıniya, Avstraliya, Honqkonq, Avstriya, Milan, Venesiya, Dubay, Malayziya, Ukrayna arbitraj institutlarının fəaliyyət prinsipləri, bu institutlarla BKAM-ın qarşılıqlı əlaqələri, BKAM-ın təmsilçilərinin beynəlxalq tədbirlərdə iştirakına dair məlumatlar, həmin qurumların rəhbərlərinin BKAM-ın 5 illik fəaliyyəti Azərbaycan Arbitraj Mediasiya Mərkəzinin yenidən təşkil edilməsinin əhəmiyyətinə dair rəy mülahizələri, təbrikləri əksini tapmışdır. Həmçinin, beynəlxalq arbitraj mediasiya sahəsində dünyada nüfuzlu mütəxəssislər kimi tanınan, BKAM-ın beynəlxalq arbitrləri siyahısında təmsil olunan arbitrlər haqqında məlumatlar da bu nəşrdə yer almışdır.

Bundan əlavə, 2008-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Hüquqi İslahatlara Yardım Mərkəzi (HİYM) tərəfindən hüquqi marifləndirmə sahəsində əhəmiyyətli olan iki sanballı kitab nəşr olunmuşdur. İzahlıRusca-Azərbaycanca hüquq lüğətiAzərbaycan dilli hüquqşünas, iqtisadçı digər mütəxəssislərin rus dilində, rus dilli mütəxəssislərin isə dövlət dilimizdə sənədlərlə işləməsində mövcud olan çətinlikləri aradan qaldırmaq məqsədi daşıyır.

Azərbaycanda 1923-cü ildə qəbul olunmuş ilk Mülki Məcəllədən başlayaraq, 2000-ci ilədək qüvvədə olmuş vərəsəliyə aid bütün normativ aktlar, məhkəmə təcrübəsinə aid qərarlar ilk nəşrlərinə istinadla orijinal mətnlərdə toplanaraq peşəkar hüquqşünas şərhi iləVərəsəlik (Normativ aktlar, qərarlar şərhlər. 1923-2000-ci illər)” kitabında HİYM tərəfindən nəşr olunmuşdur.

Yaxın vaxtlardaMediasiya (mübahisələrin məhkəmədənkənar həlli üsulu kimi)” kitabı da oxucuların ixtiyarına veriləcək. İnkişaf etmiş ölkələrdə geniş yayılmış mübahisələrin alternativ həlli üsullarının biri olan mediasiyanın mahiyyəti, üstünlükləri, aparılma qaydaları, hüquqi əsasları, beynəlxalq hüquqda təsbiti sair məsələlər bu nəşrdə ilk dəfə olaraq Azərbaycan dilində ətraflı şərh olunacaqdır.

 

Xalq qəzeti.-2008.-25 dekabr.- S.9.