Texniki Universitetdə elmi-texniki konfrans

 

Dünən Azərbaycan Dövlət Texniki Universitetində ənənəvi elmi-texniki tədris-metodiki konfrans öz işinə başlamışdır. Konfransı giriş sözü ilə açan Texniki Universitetin rektoru, professor Havar Məmmədov bildirdi ki, ənənəvi olaraq, konfranslarda elm, texnika istehsalat nümayəndələri iştirak edirlər. Bu konfransda isə AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru professor Adil Qəribov iştirak edir.

Azərbaycan Respublikasının iqtisadiyyatının yüksək templi inkişafı elm texnikanın tərəqqisinə təkan verir. Konfransda ediləcək məruzələri analiz etdikdə elm texnikanın, demək olar ki, bütün müasir istiqamətlərinin onlarda əks olduğunu görmək olar. Bunlara telekommunikasiyadan başlayaraq maşınqayırma sənayesində tətbiq edilən yeni texnologiyaları da aid etmək olar.

Sevindirici haldır ki, bizim müəllim magistrlərin işləri istehsalatda qəbul olunur. Bu il universitetimizin müəllimləri ilə istehsalat nümayəndələrinin bir neçə görüşü keçirilmişdir. Bundan əlavə, məzunlarımıza istehsalatda yüksək tələbat olduğunu da qeyd etmək istəyirəm.

Ümidvaram ki, əldə olunan nəticələrlə kifayətlənməyib, daha yeni nailiyyətlər uğrunda çalışacağıq.

Bütün görülən işlər əldə etdiyimiz nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bizə göstərdiyi qayğının yüksək təzahürüdür. Bugünkü konfransın açılışı cənab Prezidentimizin ad gününə təsadüf edir. Biz hörmətli Prezidentimizə gələcək işlərində daha böyük uğurlar arzulayırıq.

Konfransın gedişində 391 məruzə dinləniləcək. Tədbirdə professor-müəllim heyəti aspirantlarımızla yanaşı, digər təşkilatların nümayəndələri məruzələrlə çıxış edəcəklər. Bundan əlavə, konfransda Türkiyə Misir Ərəb Respublikasından olan dissertantlarımız da çıxış edəcəklər”.

Sonra Azərbaycan AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Adil QəribovMüasir enerji mənbələri nüvə enerjisinin perspektiv enerji təminatında rolumövzusunda çıxış etdi.

Eyni zamanda Texniki Universitetin kafedra müdiri, texnika elmləri namizədi, dosent V.MusayevTədris prosesində kompyuter texnologiyalarımövzusunda geniş məruzə etdi.

Dünən həmçinin konfransın işi bölmələrdə davam etdirilmişdir.

Konfrans dekabrın 26-dək davam edəcək.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2008.-25 dekabr.- S.10.