Nəsimi rayonunda narkomaniyaya qarşı

mübarizəyə dair müşavirə keçirilmişdir

 

Narkomaniya qlobal problemdir və bu bəla ilə mübarizə dünya birliyinin qarşısında duran ən ümdə məsələlərdən biridir. Müstəqil ölkəmizdə bu problemlə mübarizə məsələləri həmişə dövlətimizin diqqətində olub və həmin istiqamətdə zəruri tədbirlər həyata keçirilməkdədir.

Hələ 1996-cı ildə bu məqsədlə respublikamızda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyəsi ilə mübarizə üzrə Dövlət Komissiyası fəaliyyətə başlayıb. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Azərbaycan Respublikası Prezidentinin fərmanları əsasında iki dövlət proqramı qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmişNarkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsi narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramının (2007-2012-ci illər) icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevin 14.08.2007-ci il tarixli sərəncamı ilə imzalanmış tədbirlər planı aidiyyatı təşkilatlara göndərilmişdir. Rayonda bu məqsədlə yaradılmış komissiya həmin dövr ərzində zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Nəsimi Rayon İcra Hakimiyyətində Narkomanlığa narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət komissiyası ilə rayon komissiyasının birgə keçirdiyi müşavirədə 2008-ci ildə bu sahədə görülmüş işlər qarşıda duran vəzifələr barədə danışılmışdır.

Tədbiri açan Nəisimi Rayon İcra Hakimiyyəti başçısının müavini, narkomanlığa narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Zahid Xəlilov görülən işlər bəradə məlumat verərək bildirmişdir ki, il ərzində tədbirlər planına uyğun olaraq yerlərdə sağlam həyat tərzi, narkomanlığın cəmiyyətə ziyanı, asudə vaxtın səmərəli keçirilməsi ilə bağlı müxtəlif məşğələlər, elmi-praktiki konfranslar təşkil edilmiş, tədris-təlim proqramlarına narkomanlığın sağlamlığa ziyanı ilə əlaqədar mövzular daxil edilmiş, kütləvi idman tədbirlərinin keçirilməsi üçün lazımi şərait yaradılmış, əyani təbliğat vasitələrindən geniş istifadə edilmişdir.

Rayonda orta ümumtəhsil məktəblərinin əksəriyyətində məktəb həkimlərinin, polis işçilərinin, Gənc Ailənin Reproduktiv Mərkəzinin həkimlərinin iştirakı iləNarkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya müasir gənclik” “Uşaq gənclərin narkomanlıqdan qorunması”, “Narkomaniya əsrin bəlasıdır s. mövzularda elmi-praktik konfranslar, seminarlar, plakat-sərgi müsabiqələri keçirilmişidr.

Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə yay tətili dövründə şagirdlər arasında müsabiqələr, idman növləri üzrə yarışlar, ekskursiyalar təşkil edilmiş, müharibə veteranları, görkəmli pedaqoq psixoloqlarla görüşlər keçirilmişdir.

Komissiyaya daxil olmuş məktublara icra vərəqələrinə baxılaraq müsadirə edilmiş narkotik maddələr rayon polis idarəsinin həyətində xüsusi ayrılmış yerdə yandırılaraq məhv edilmişidr.

Natiq bildirmişdir ki, bu sahədə görülmüş işlər müntəzəm olaraq komissiyanın iclaslarında müzakirə edilmiş, problemlərin həlli ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyatı idarə şəxslərə müraciətlər edilmişdir. Hazırda komissiya bu istiqamətdə işləri daha da gücləndirmək məqsədilə rayonun müvafiq orqanları ilə birgə tədbirlər planı hazırlamışdır.

Bildirilmişdir ki, narkomanlığa narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı mübarizə üzrə Nəsimi rayon komissiyası öz fəaliyyətini narkomanlığın ilkin profilaktikası, antinarkotik təbliğat maarifləndirmə, məktəblilərin sağlam həyat tərzi ilə bağlı fiziki hazırlıqlarının inkişaf etdirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, valideynlərini itirmiş azyaşlılar arasında narkomanlığın yayılmaması məqsədilə onlara qəyyum himayəçilərin təyin edilməsi istiqamətində qurmuşdur.

Sonra müşavirədə çıxış edən 19 saylı məktəbin direktoru Məmməd Qəmbərov, 5 saylı məktəbin direktoru Nərminə Gündüzlü, Bakı Şəhər Narkodispanserinin həkimi Emin Abbasov başqaları görülən işlərdən danışmışlar.

Yekun sözlə Narkomanlığa narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri Araz Əliquliyev çıxış etmişdir. O, Dövlət Komissiyasının fəaliyyətindən danışmış narkomanlığa qarşı mübarizəyə yönəlmiş tədbirlər planının həyata keçirilməsində rayon komissiyasına tövsiyələrini vermişdir.

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.-2008.-25 dekabr.- S.11.