Təbiət diqqət sevir

 

Azərbaycan olduqca zəngin təbiətə malikdir. Bu zənginliyi qorumaq üçün biz insanlar ona hər cür qayğı, nəvaziş göstərməliyik. Təbiət qayğı görəndə daha da gözəlləşir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u ölkəmizin ərazisində müşahidə edilir. Suyun oksigenin mənbəyi olan meşələr hava təmizləyicidir. Cənub bölgəsi həm zəngin sərvətləri, həm flora faunası ilə fərqlənir. Təbiət bu bölgədən heç nəyini əsirgəməyib. Burada Xəzərin sahili, zəngin meşə örtüyü, Talış dağları, Qızılağac Dövlət Təbiət Qoruğu, Hirkan Milli Parkı, Zuvand yasaqlığı, Kiçik Qızılağac Dövlət Təbiət yasaqlığı mövcuddur.

Qızılağac Dövlət Təbiət Qoruğu dünyada ən iri, zəngin flora faunaya malik olan qoruqlardan biridir. Qoruğun direktoru Qağayı Məmmədov bu vəzifəyə yenicə təyin olunub. İşgüzar, təşəbbüskar adamdır. Əvvəllər Lənkəranın müxtəlif təsərrüfat təşkilatlarında məsul vəzifələrdə çalışıb. Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru təyin edildiyi ilk gündən bütün qüvvələri ümumi işətəbiətin gözəlliklərini qorumağa səfərbər edib. O deyir:

Respublikamız müstəqillik qazandıqdan sonra ölkəmizdə təbiətə ətraf mühitin mühafizəsinə diqqət qayğı daha da artmışdır. Azərbaycanda ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən 5 milli dövlət proqramı təsdiq edilmiş, ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları hökumət qərarları təkmilləşdirilmişdir. Ölkəmiz beynəlxalq əlaqələrini genişləndirərək 20-dən çox beynəlxalq konvensiyalara qoşulmuşdur. Prezident İlham Əliyev ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafına böyük diqqət göstərir. Hazırda xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. 2003-cü ilədək ərazisində bir Milli Parkı olmayan respublikamızda hazırda 8 Milli Park, 14 Dövlət Təbiət Qoruğu 21 yasaqlıq fəaliyyət göstərir. Bu da Azərbaycan ərazisinin 8,91 faizini ya 771907,7 hektar sahəni təşkil edir.Gələcəkdə bu göstəricinin 10 faizə çatdırılması nəzərdə tutulmuşdur.

Qızılağac Dövlət Təbiət Qoruğu 80 ildir ki, qoruq statusunu alıb. 1929-cu ildə SSRİ Xalq Komissarları Sovetinin 3 iyun tarixli qərarı ilə Qızılağac körfəzi ətraf sahil zolağı ilə birlikdə qoruq elan edilib. Qoruqda əvvəllər flora faunanın qorunmasına diqqət yetirilib. Sonralar elmi-tədqiqat işlərinə meydan verilib. Maraqlıdır ki, dünyanın bir çox ölkələrinin alimləri burada elmi-tədqiqat işləri aparıblar. Onu da qeyd edim ki, qoruq Xəzər dənizinin cənub-qərbində 99 min 60 hektar ərazidə yerləşmişdir. Böyük Qızılağac körfəzi Lənkəran, Masallı Neftçala rayonlarının bir hissəsini əlatə edir. Qoruğun ərazisi ilin soyuq aylarında şimaldan gələn su quşları üçün qışlaq, yay dövründə isə Yaxın Şərq Afrikadan köçən quşlar üçün yaylaqdır. Qızılağac həmçinin nadir gözəlliyə malik turacın qorunduğu ərazi, qiymətli balıqların kürütökmə yeridir. Hazırda qoruqda 23 növ məməli, 270 növə yaxın quş, 12 növ sürünən 47 növ balıq yaşayır, 310 növ bitki vardır. 20- yaxın quş növüQırmızı kitaba daxil edilmişdir.

Yəqin ki, qoruğun zəngin təbii landşaftı iqliminin mülayimliyi dünyanın müxtəlif yerlərindən bura quşların gəlməsinə səbəb olur...

Qızılağac Dövlət Təbiət Qoruğu dünyanın bir çox ölkələrindən gələn quşların qışlama yeridir. Burada Avropadan, Asiyadan, Sibirdən, İraqdan, Yeni Zelandiyadan, tundradan digər regionlardan uçub gələn qırmızıdöş qaz, durna, qu quşu, qızıl quş, Misir vağı, qızıl qaz s. növ nadir quşlara tez-tez rast gəlmək mümkündür. Tərəfimizdən ilk dəfə olaraq 2500 baş quş milli sırğalarla nişanlanmışdır. Onların arasında Böyük qarabatdağ, Kiçik qarabatdağ, qaranaz, Böyük vağ, Kiçik vağ, Misir vağı, həmçinin İtaliyadan, Rusiyadan, ərəb ölkələrindən gələn quşlar da vardır. Gələcəkdə sırğalanmanın sayının 10 minə çatdırılmasını nəzərdə tutmuşuq.

Qoruqda qanunsuz ov edilməsi, balıq tutulması s. hallarla necə mübarizə aparılır?

Bəzi yaşayış məntəqələrinin qoruğa yaxın olması müəyyən problemlər yaradır. Son vaxtlar 42 mühafizə rejiminin pozulması faktı aşkara çıxarılmışdır. Qanunsuz balıq quş ovuna görə 13, qoruq rejimini pozduğuna görə 27, meşə qırıntısına görə 2 nəfər haqqında akt protokol tərtib edilmişdir. Təbiətə balta çalanlar dərk etməlidirlər ki, onlar təbiətin nemətləri üçün cavabdehlik daşıyırlar. Belələri qanun məsuliyyətindən yaxalarını qurtara bilməyəcəklər.

Ekoloji maarifləndirmə sahəsində işlər necə gedir? “Quş qripiilə bağlı həyata keçirdiyiniz tədbirlər barədə deyə bilərsiniz?

Əvvəla onu deyim ki, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi istiqamətində çoxsaylı görüşlər keçirilmiş mühazirələr oxunmuşdur. Xidməti ərazidə ətraf mühitin ekoloji vəziyyəti, bu sahədə aşkar olunmuş çatışmazlıqlar müəyyənləşdirilərək görülmüş tədbirlər barədə KİV-in köməyi ilə qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun olaraq ictimaiyyət məlumatlandırılmışdır.

Quş qripinin törədə biləcəyi fəsadlar haqqında əməkdaşlarımız fövqəladə hal kimi bir sıra qabaqlayıcı tədbirlər həyata keçirmişlər. Təhsil müəssisələrində, ictimai birliklərdə, özəl qurumlarda müxtəlif ekoloji mövzularda çıxışlar edilmişdir. Azərbaycan təbiətinin qorunması, sərvətlərimizdən düzgün istifadə edilməsi haqqında tövsiyələr vermişik. Orta yaşlı nəslin, o cümlədən şagirdlərin, tələbələrin diqqətini təbiətin mühafizəsinə, ekologiyanın qorunub saxlanılmasına yönəltmişik.

Qoruq direktoru, təbiət vurğunu ilə söhbətimizdə istər-istəməz Qarabağ mövzusuna da toxunduq. Məlum olduğu kimi, ətraf mühitə davamlı inkişafa dair Beynəlxalq bəyannaməyə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməli, ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət edilməlidir. Lakin Ermənistan nəinki bu prinsipləri gözləmir, əksinə, onları kobud surətdə pozaraq işğal etdiyi ərazilərin təbiətini viran qoyur.

Ətraf mühiti təkcə qanunvericilik aktlarının tələbləri ilə mühafizə etmək olmaz. Təbiət bizim evimizdir. Onu gözəlləşdirən varlıqları, təbii komponentləri qorumaq, təbii sərvətlərdən səmərəli istifadə etmək hamının borcudur. Azərbaycanın 261 min hektar meşə ərazisi ermənilər tərəfindən işğal edilmişdir. İşğal olunmuş ərazilərdə 800 il yaşı olan, təbiət adidələri kimi qorunan məşhur çinar ağacları, çox saylı iri diametrli qoz ağacları ermənilər tərəfindən qırılıb məhv edilmiş, Ermənistana daşınmışdır. İşğal olunmuş ərazilərin təbii sərvətləri qəddarcasına, vəhşicəsinə talan edilir. Bədxah qonşular tərəfindən Araz çayı radioaktiv tullantılarla çirkləndirilir. Azərbaycan hökuməti beynəlxalq təşkilatlara müraciətlər etsə , heç bir ciddi tədbir görülməmişdir. Əminik ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ermənilərin Azərbaycan ərazisində törətdikləri ekoloji terrorla bağlıhəyəcan təbiliçalan ekoloqlarıımızın haqlı səsinə səs verəcəklər.

...Quşlar havada azad-asudə uçuşurdular. Bir daha hiss etdik ki, onlar burada qayğı ilə əhatə olunmuşlar. Bu qayğını hiss edən quşlar buranın təbiətinə möhkəm bağlanır, qoruğun daimi sakininə çevrilirlər. Quş səsi olmasa, təbiət lal-kar olar. Təbiətə məhəbbət həyata, insanlara məhəbbətdir. Təbiət anamız, torpağımız, Vətənimiz qədər əzizdir, müqəddəsdir... İnsan təbiətlə nəfəs alır, təbiətin bütün gözəllikləri insan üçündür. Azərbaycan ekoloji baxımdan təbiət muzeyi adlanır. Bu gözəlliyi qorumaq, inkişaf etdirmək müqəddəs vətəndaşlıq borcumuzdur.

 

Bəxtiyar HÜSEYNOV,

Ekologiya Təbii Sərvətlər

 Nazirliyi 1 saylı ərazi ekologiya

şöbəsinin təbliğat

sektorunun müdiri

 

Xalq qəzeti.-2008.-26 dekabr.- S.6.