Əlil döyüşçülərə
qayğı
Beynəlmiləlçi
Əlil Döyüşçülər — Fondu Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə həyata keçirdiyi “Səhiyyəyə ictimai nəzarət”
layihəsinin başa çatması ilə əlaqədar “Dəyirmi
masa” keçirdi.
Tədbiri giriş
sözü ilə açan Beynəlmiləlçi Əlil
Döyüşçülər Fondunun sədri Sərraf
Orucov layihə çərçivəsində görülən
işlər barədə məlumat verərək dedi ki, əhalinin
həssas təbəqəsi hesab olunan fiziki cəhətdən
qüsurlu insanlara qayğı göstərilməsi həm cəmiyyətin,
həm də dövlətin başlıca vəzifəsidir.
Vurğuladı ki, müstəqil Azərbaycan dövləti tərəfindən
əlillərin sağlamlığının bərpa
olunması, onların cəmiyyətə inteqrasiyası istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir.
Natiq həmçinin
qeyd etdi ki, bir sıra hallarda əlillər müəyyən
problemlərlə üzləşirlər. S.Orucovun sözlərinə
görə, bu problemlər ilk növbədə, əlil vətəndaşlarımızın
öz hüquq və vəzifələri barədə az məlumatı
olmalarından qaynaqlanır. Bütün bunları nəzərə
alaraq Beynəlmiləlçi Əlil
Döyüşçülər Fondu layihə çərçivəsində
“Əlillərin səhiyyə hüquqları” məlumat
kitabçası nəşr etdirərək pulsuz olaraq əlillərə
paylanmışdır.
Tədbirdə Azərbaycan
Respublikası Prezidenti Aparatının ictimai-siyasi şöbəsinin
baş məsləhətçisi Rasim Mirzəyev, Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının üzvləri Vüqar Qədirov və
Gülnarə Hüseynova, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi insan hüquqları üzrə Əlillərin
Sosial Müdafiəsi Baş İdarəsinin bölmə
müdiri Ömər Abdullayev, Azərbaycan Respublikası
müvəkkili (Ombudsman ) Aparatının ahıllarla iş
şöbəsinin müdiri Yeganə Cəfərova və
başqaları çıxış edərək “Səhiyyəyə
ictimai nəzarət” layihəsinin uğurla icra
olunmasının ölkəmizdə vətəndaş cəmiyyəti
quruculuğuna müəyyən fayda verdiyini qeyd etməklə
bərabər, layihə çərçivəsində
işləri gələcəkdə də davam etdirməyi,
xüsusilə bu sahədə regionları da əhatə etməyi
tövsiyə etdilər.
“Dəyirmi masa”da Beynəlmiləlçi
Əlil Döyüşçülər Fondunun təşəbbüsü
ilə daha 7 ictimai birliyin fəal iştirakı ilə “Səhiyyədə
İctimai Nəzarət Komissiyasının yaradılması
faktı tədbir iştirakçıları tərəfindən
razılıqla qarşılandı. Məlumat
üçün bildirək ki, artıq komissiyanın qaynar xətti
və VEB saytı yaradılaraq əlil vətəndaşlara
xidmət göstərir.
M.ABDULLAYEV
Xalq qəzeti.-2008.-26
dekabr.- S.6.