İsrail HƏMAS-a xəbərdarlıq edib

 

Misirdə səfərdə olan İsrailin xarici işlər naziri Tsipi Livni burada bəyan edib ki, onun ölkəsi HƏMAS yaraqlılarının raket zərbələrini cavabsız qoymayacaq. Xanım T.Livni deyib: HƏMAS başa düşməlidir ki, bizim sülh şəraitində yaşamaq arzumuz İsrailin bu vəziyyətlə barışması demək deyildir. Bəsdir, deməli, bəsdir.

İsrailin xarici siyasət idarəsinin başçısı Misirdə rəsmi danışıqlar aparır. Bəzi analitiklər bu görüşün rəsmi Təl-Əvivin Qəzzə bölgəsində HƏMAS yaraqlılarına qarşı hərbi əməliyyatlara başlamaq ərəfəsində ilk diplomatik addımlarından biri olduğunu güman edirlər.

Bu günlərdə İsrailin Baş naziri Ehud OlmertƏl-Ərəbiyəteleviziya kanalının müxbirinə müsahibə verərkən Qəzza sakinlərini yaraqlıları dayanmağa məcbur etməyə çağırıb. Baş nazir deyib: “İslam dəyərlərinə zidd olaraq hərəkət edən HƏMAS üzvlərinə sizi növbəti təhlükəli addımlara cəlb etməyə imkan verməyin”.

Xanım Tsipi Livninin Misirə səfəri bir cəhəti ilə müşahidəçilərin diqqətini cəlb edib. Belə ki, İsrailin xarici işlər naziri Misirə bu ölkənin Prezidenti Hüsnü Mübarəkin dəvəti ilə gəlib. Adətən, Misirin dövlət başçısı İsrail rəsmiləri ilə Sinay adasındakı məşhurŞarm-əl-Şeyxkurortunda görüşür. Bu dəfə danışıqlar Misirin paytaxtında baş tutur. Görüşün gündəmindəki əsas məsələ, təbii ki, İsrail-Fələstin münaqişəsinin nizamlanmasıdır. Misirin vasitəçiliyi ilə İsraillə HƏMAS arasında imzalanmış 6 aylıq atəşkəs başa çatıb. Son 1 həftədə isə HƏMAS yaraqlıları İsrail ərazisinə 50 -dən çox raket atıblar. HƏMAS liderləri bu addımı İsrail əsgərlərinin 3 fələstinlini öldürdüklərinə görə atdıqlarını bildiriblər.

 

M.ABDULLAYEV,

 

Xalq qəzeti.-2008.-27 dekabr.- S.7.