Rusiya enerji ehtiyatları uğrunda mübarizəyə qoşulur

 

Yaxın vaxtlarda dünyada enerji ehtiyatları uğrunda rəqabət güclənəcək, hətta hərbi mübarizə də qaçılmaz olacaq. Bu fikir Rusiya Federal Təhlükəsizlik Xidmətinin sabiq şefi Nikolay Patruşevin rəhbərliyi ilə ölkənin Təhlükəsizlik Şurası tərəfindən hazırlanmış “2020-ci ilə qədər Rusiyanın milli təhlükəsizlik strategiyası"nın əsasını təşkil edir.

Sənədin müəlliflərinin fikrincə, göstərilən müddət ərzində Rusiyada ciddi daxili problemlər olmayacaq, əsas diqqət təhlükəsizliyin xarici aspektlərinə yönəldilməlidir. Rusiya Təhlükəsizlik Şurasının ekspertləri potensial münaqişə regionları sırasında ilk növbədə Xəzər hövzəsinin, Mərkəzi Asiyanın və Arktikanın adlarını çəkirlər və hesab edirlər ki, qarşıya cıxacaq problemlərin həllində hərbi gücdən istifadə də istisna deyil.

Strategiyanın yaradıcıları Rusiyanın təhlükəsizliyi üçün qorxu törədən dövlətlərin adlarını konkretləşdirməsələr də, sənədin antiqərb, antiamerika istiqaməti aydın nəzərə çarpır.

Sənəddəbir sıra aparıcı Qərb ölkələrinin hərbi üstünlüyü, ilk növbədə strateji nüvə silahları, qlobal raketdən müdafiə sistemləri kosmosun militaristləşdirilməsi sahəsində üstünlüyü ələ almaq”, eləcə Rusiya üçün qəbuledilməz olan NATO-nu şərqə doğru genişləndirmək alyansa qlobal funksiyalar qazandırmaq cəhdləri haqqında danışılır. Təhlükəsizlik Şurası Rusiya rəhbərliyinə məsləhət görür ki, ”kütləvi xərclər tələb edən sürətlə silahlanmaya" qoşulmasın, ancaq strateji nüvə silahları sahəsində ABŞ-la pariteti gözləsin. Bütün bunlarla yanaşı, strategiyada qeyd olunur ki, Rusiya ABŞ-lakəsişən maraqlar əsasında Rusiya-Amerika münasibətlərinin bütövlükdə beynəlxalq vəziyyətə təsirini nəzərə alaraq bərabərhüquqlu strateji tərəfdaşlıq qurmağaçalışır. Sənədi hazırlayanlar əsas diqqəti hərbi-siyasi hərbi-strateji xarakterli təhlükələrə çağırışlara cavab vermək üçün əsas alət hesab etdikləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yönəldirlər.

Bir çox müşahidəçilər son zamanlar Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan Ermənistanın daxil olduğu bu təşkilatıanti-NATOqurumu kimi gördükləri barədə fikirlər söyləyirlər. Strategiyada eyni zamandaBMT-nin nizamnaməsinə zidd olan halda hərbi gücə əl atmaqdan çəkinmək”, Rusiya ordusu üçün kifayət edəcək qədər maliyyə, maddi digər ehtiyatlar yaratmaq, daimi döyüş hazırlığına malik hərbi hissələrin sayını artırmaq RF xüsusi xidmətlərinin yüksək peşəkarlığa malik cəmiyyətini formalaşdırmaq niyyətləri əks olunur. Bildirilir ki, Rusiyaiyirminci əsrin sonlarındakı sistemli siyasi sosial-iqtisadi böhranın nəticələrini tam aradan qaldırıb özünəçoxqütblü beynəlxalq münasibətlərin vacib subyektistatusunu qaytarıb. Sənəd müəlliflərinin fikrincə, Rusiya 2020-ci ilə ÜDM-in həcminə görə dünyanın ilk beşillikdə dayanan ölkələri sırasında daxil olmaq gücündədir.

Strategiyada ölkənin iqtisadi təhlükəsizliyi üçün əsas qorxu mənbəyi kimi iqtisadiyyatın inkişafının xammal modeli, xüsusən onun xarici kapital üçün əlçatan olması korrupsiya sxemlərinə meyllik göstərilir. Eyni zamanda, milli maraqlar sırasında demokratiyanın vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi nəzərdə tutulur, ancaq əsas dayaq nöqtəsi kimi ordu xüsusi xidmətlərin möhkəmləndirilməsi onların xarici rəqiblərlə mübarizəyə hazırlığı qeyd edilir.

Xatırladaq ki, belə bir strategiya layihəsinin hazırlanması barədə Təhlükəsizlik Şurasına tapşırığı Prezident Dmitri Medvedev bu ilin iyununda vermişdi. Sənədin gələn ilin fevralında ölkə başçısının da iştirak edəcəyi iclasda müzakirəyə çıxarılacağı gözlənilir.

       

        Paşa ƏMİRCANOV

 

        Xalq qəzeti .-2008.-27 dekabr.- S.7.