Ənənəyə söykənən, sabaha boylanan poeziya

 

Sumqayıt Şəhər Mədəniyyət Turizm İdarəsinin Əli Kərim adına poeziya klubu ilə 11 saylı orta məktəbin birgə keçirdikləri poeziya gecəsində şair Zirəddin QafarlınınHardasan, ömrüm-günüm?” kitabı oxuculara təqdim olunub.

Şairin qələm dostu, məktəbin direktoru Ofeliya Babayeva, məruzə ilə çıxış edən müəllim Elmira Allahverdiyeva, tənqidçi Vaqif Yusifli, ünlü şairimiz Məmməd Aslan, poeziya klubunun direktoru, şair İbrahim İlyaslı başqaları yeni kitabın məziyyətləri, şairin poetik imkanları yaradıcılıq uğurları barədə ürək sözlərini söylədikcə mənim xəyalım 30 il əvvələ, Zirəddinlə tanışlığımızın ilk dövrlərinə qanadlanırdı. Qızqaytaran boy-buxunu, el aşıqları sayağı qalın bığları, yanıqlı səsi, isti ürəyi olan gənc şair Sumqayıtın ədəbi mühitində ab-hava yaradanlardan idi. Dərnəkdə, görüşlərdə oxuduğu gözəl-göyçək şeirləri ilə hamını ovsunlayırdı. Ədəbiyyata gül ətrində, bal dilində, dəli-dolu duyğuların tərkində əsl bir istedadın gəldiyi göz qabağında idi.

Sözü uca tutan, oxşayıb-əzizləyən Zirəddin QafarlınınDünya ilə üz-üzəadlı ilk kitabı çıxanda da, o, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirəndə sonrakı davamlı uğurlarını qazananda da yüksəlişinə sevinənlərdən biri idim. Sənətə sədaqəti, səmimiyyəti, çalışqanlığı onu tay-tuşlarından fərqləndirirdi. Elə indi elədir.

...Sinəsini İsaq-Musaq quşlarına vətən verən şairin xətrini dərd əziz tutur. Onun şeirlərində bu dərd adi qəza-qədər, ovqat, hal deyil, poetik bir obraz kimi, millətin tarixi tale yaddaşının bir parçası kimi canlanır. Həsrətinin dağına gün düşməyənşair qardaşımız qələminə sarılıbsaxta bazarların ağzını açdığı, dəyirman yollarının itdiyidünya ilə öcəşir, “pis gününü zəhmətilə pis günəqoya bilir.

Çəkib aparmağa çatacaq gücüm, Bu dərdin mən boyda arabası var”...

Təqdimat mərasimində səslənən çıxışları, şagirdlərin əzbər söylədiyi şeirləri dinləyən kimi olsam da, əslində eşitmirdim. Öz aləmimdə idim, “yaddaş maşasıilə öz xatirələrimin odunu-közünü eşirdim. Onsuz da natiqlər Zirəddin Qafarlının haqqında mənim bildiklərimdən artıq heç deyə bilməzdilər. Çünki onun poetik təkamülü illərcə gözlərim önündə baş verib. Yetkin-bitkin bir şairə çevrilməsini, tanınmasını, sayılıb-seçilməsini ilbəil, günbəgün özüm görmüşəm. “Hardasan, ömrüm-günüm?” kitabında xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun şair haqqında yazdıqları ön sözlərə yer verilib. Onlar çağdaş şeirimizin tanınan, sevilən yaradıcılarından biri kimi Zirəddinin yüksək poetik ovqat səmimiyyətini onun ədəbi taleyinin ən mühüm əlaməti sayır, müəllifin adi şeirdən fəlsəfəyə doğru getdiyini çəkinmədən dilə gətirirlər.

 

“Hisslər taleyimə yağan ətirdi,

Yolum misra-misra, sətir-sətirdi”,

 

deyərək sözə bələnən şairkağızlardan qabaq ürəyini yazıb-pozur”, onun duyğu çələngi tükənməz xalq yaradıcılığının, folklorumuzun örnək çiçəklərindən hörülüb. Ona görə qəlbə yatır, yadda qalır, oxucu ilə tez doğmalaşdırır şairi.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2008.-27 dekabr.- S.8.