Dünya Azərbaycanlılarının Həmrəylik

Gününə həsr edilmiş tədbir

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 31 dekabr - Həmrəylik Günü münasibətilə Yasamal rayonundakı XXI əsr liseyində ədəbi-bədii gecə keçirmişdir. Tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, şair, yazıçı, publisist Teyyub Qurban, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Giriş sözü ilə çıxış edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Z.Dadaşova 31 dekabr tarixinin 1993-cü ildən etibarən ilk dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının həmrəylik milli birlik günü elan edildiyini bildirdi. O, dilimizin, mədəniyyətimizin, adət ənənələrimizin, tariximizin yaşadılması gələcək nəsillərə ötürülməsində, dünya azərbaycanlılıarı ilə əlaqələrin möhkəmləndirilməsinin qarşımızda duran mühüm vəzifələrdən biri olduğunu qeyd etdi.

Tədbirdə iştirak edən şair, yazıçı, publisist Teyyub Qurban öz çıxışında Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsinin bütün dünya azərbaycanlıları tərəfindən zərurətə mənəvi ehtiyaca çevrildiyini bildirmiş uşaqları bayram münasibətilə təbrik etmişdir. O, balaca göyərçinləri həmrəyliyə, birliyə, dostluğa çağırmışdır.

Böyük sevinclə qeyd edilən ümummilli bayramda uşaqlar öz gözəl çıxışları ilə yadda qaldılar. Tədbirdə məktəbin rəqs kollektivlərinin maraqlı çıxışları, “Dostluq, Birlik, Həmrəylik”, “Azərbaycan-yurdum mənim”, “Həqiqət carçısıadlı şeirləri iştirakçıların marağına səbəb oldu.

Liseydə uşaqların əl işlərindən ibarət sərgi təşkil olunmuşHəmrəylik- yeganə nicatımız”, “Dünya azərbaycanlıları birləşin!” səyyar kitab sərgiləri nümayiş etdirildi.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2008.-27 dekabr.- S.8.