İstilik enerjisini artırmaq mümkündür

 

“Azərenerji” ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, ötən ay ərzində Bakı İstilik Elektrik Mərkəzindən “Azərneftyağ” Neft emalı zavoduna 51,3 min heka-kalori, “Azəristiliktəchizat” ASC-yə isə 4659 heka-kalori istilik enerjisi və kimyəvi təmizlənmiş 44,4 min tondan çox əlavə bəsləmə suyu nəql olunub. Onu da qeyd edək ki, müəssisə istilik enerji istehsalını 2-3 dəfə artırmaq imkanına malikdir. Bu ilin 11 ayı ərzində isə müəssisədə 416,9 milyon kilovatt-saatdan çox elektrik enerjisi istehsal edilib.

Bütün bunlarla yanaşı, bu il ərzində burada qrafik üzrə nəzərdə tutulan təmir və tikinti-abadlıq işləri də yerinə yetirilib.

Xatırladaq ki, “Bakı istilik elektrik mərkəzi”ndə hər birinin gücü 53,5 meqovat olan iki ədəd qaz turbin qurğusu fəaliyyət göstərir.

        

         Q. QASIMOV

 

Xalq qəzeti.-2008.-27 dekabr.- S.8.