Təbiət gözəllik, sağlamlıq, xoşbəxtlik
qaynağıdır
İnsan təbiətin
şah əsəridir. Onun sağlamlığı, xoşbəxtliyi
təbiətin pozulmaz qanunlarına uyğun yaşamaqdadır.
Ekoloji problemlərin kəskinləşməsi ilə artan xəstəliklərdən,
bəlalardan yaxa qurtarmağın yolu min illərdən bəri
sınaqdan çıxmış təbii həyat tərzini
qorumaq, təbiətlə sıx təmasda bədəni
möhkəmləndirməkdir. Xəstələnəndə
isə təbii üsullarla müalicəyə
üstünlük verilməlidir. Təəssüf ki,
bütün bunlara o qədər də məhəl qoymur,
alternativ müalicə üsullarına çox da
inanmırıq.
Qeyri-adi duyumu və güclü zəkası olan insanlar kainatın görunən və görünməyən qaynaqları ilə rabitə yaratmaqla özlərində başqalarında olmayan qabiliyyətlər formalaşdıra bilirlər. Belə insanlar zaman və məkan ölçülərini aşa bilir, gücsüz və xəstələrin həyat funksiyalarını bərpa edə bilirlər. Xalqımızın bu gün də “türkəçarə”, “xalq təbabəti” adı ilə tanıdığı bu cür şəfa, müalicə üsulları çağdaş elmi səhiyyə çevrəsinə daxil edilərək, “alternativ müalicə üsulları” adlandırılaraq öyrənilir, xəstəliklərin sağaldılmasında geniş istifadə olunur.
Azərbaycanda da tarixən belə şəfalı insanlar olub, xalqın xidmətində dayanıblar. Heç bir diaqnoz qoyan aparatdaxili göstərən cihaz olmadığı dövrdə xalq təbibləri sınıqları, çıxıqları, candakı və ruhdakı fəsadları əllərin təması və xüsusi duyumla aşkar edib asanlıqla sağaldıblar. Belə qabiliyyət sahibləri barədə bu gün də el-obadan soraqlar gəlir, hətta kütləvi informasiya vasitələrində məlumatlar eşidilir.
Onlardan biri, ixtisasca geoloq olan , qeyri-adi duyumu və təcrübəsi ilə illərdən bəri insanlara şəfa bəxş edən Faiq Allahyarov son vaxtlar qəzet və jurnallarda, teleradioda tez-tez çıxışlar edir, elm adamlarını birgə səmərəli əməkdaşlığa dəvət edir. Soydaşımız qəti əmindir ki, təbabətdə hələ də carəsiz sayılan bir sıra xəstəlikləri onun təklif etdiyi müalicə üsullarını öyrənib elmin inkişafına tətbiq etməklə milyonlarla insanı vaxtsız ölümün caynağından xilas etmək olar. Faiq bu yaxınlarda “ATV” və “ANS” telekanalları vasitəsilə alimləri, həkimləri birgə əməkdaşlığa dəvət etmişdir. Bizimlə söhbətində də o, təbii üsullarla müalicəyə geniş meydan açılmasının zəruriliyini vurğuladı.
— Siz özünüzdəki qeyri-adi bacarığı ilk dəfə necə hiss etmisiniz?
— Dəqiq yadımda deyil, amma onu
bilirəm ki, mən hazırkı təcrübəni damla-damla
yığmışam, çətinliklərdən
qorxmamışam. Əldə
etdiyim nailiyyətin dərinliyinə qədər
mənasını anlamağa
çalışmışam. Hər halda Allah-taalanın mənə verdiyi duyum, bilik, səbr
və həvəs bir yerə cəmləşib
insanlara sağlamlıq,
gümrahlıq gətirməyə
səsləyib. Sirr deyil ki, bəzi
insanlar anadangəlmə
xüsusi istedada, bacarığa malikdir. Bunu bəxş
edən varlıq isə Allahdır. Mən, sadəcə, ötürücüyəm.
Sonsuz şəfa qaynağı Ulu Yaradandır, onun yaratdığı təbiətdir.
— Siz çətin sağalan, bəzən də çarəsiz görünən
xəstəliklərin müalicəsi
ilə məşğulsunuz.
Bu böyük risk, məsuliyyət deyilmi?
— Mən,
əsasən, qadın
döş şiş
xəstəlikləri, əsəblə
bağlı fəsadlar,
onurğa sütunu ətrafında yaranmış
problemlər, daxili orqanlarda baş vermiş pozuntular, xroniki baş ağrıları, yorğunluq
və s. kimi xəstəliklərin müalicəsi
ilə məşğul
oluram. Mən xəstəyə dəqiq diaqnoz qoya bilir və
etdiyim müalicəyə
zəmanət verirəm.
Hərdən elə xəstəliklər
də var ki, mən onların
elmi adını bilmirəm, lakin təcrübədə onların
səmərəli müalicəsinə
nail oluram. Nəzərə alın ki, mən
müalicə zamanı
nəinki dərman tətbiq etmirəm, əksinə, onların istifadəsini orqanizm üçün təhlükəli
hesab edərək qadağan edirəm. Lakin bəzi xəstəliklərin
müalicəsində nadir dərman
bitkilərinin kökündən,
baldan, çiçəklərdən
istifadə edirəm.
— Sizin kimi xalq bilicilərini
ekstrasens kimi də qələmə verənlər var.
— Mən
məşğul olduğum
sahənin adının
nə olduğunu deyə bilmərəm. Məncə,
bu barədə fikir yürütmək alimlərin işidir.
Qoy onlar ayırd etsinlər. Qədim zamanlardan belə
fəaliyyət xalq təbabəti adlanıb.
Mənim öz müalicə prinsipim var: orqanizmə fiziki müdaxiləyə ən son hallarda müraciət, insana ziyan gətirən kimyəvi dərmanlardan imtina, müalicəni təbiətin özündə
tapmaq.
— Siz fəaliyyətinizi elmi əsaslarla qurmaq, nəticələrinizi alimlərlə
müzakirə etmək
üçün vaxtaşırı
KİV-də çıxışlar
edirsiniz, əks-sədası
olurmu?
— Təəssüf
ki, bu məsələ
mənim yaralı yerimdir. İllərdən bəridir ki,
çalışıram alimlər
mənim əldə etdiyim nəticələri
öyrənib tibb elminin inkişafına tətbiq etsinlər.
Dəfələrlə qəzet, televiziya,
radio vasitəsilə bütün
səlahiyyətli orqanlara
müraciət etmişəm.
Onları elmi müzakirəyə dəvət
etmişəm,məndə
olan qabiliyyətin öyrənilməsini xahiş
etmişəm. Lakin indiyədək
bu arzu olaraq
qalmaqdadır. Biganəlik, sayğısızlıq
hələ də davam edir. Axı mən faktlarla müalicəmin daha səmərəli olduğunu
sübut edirəm.
Ölümə “məhkum” xəstəyə
yaşamaq ümidi verirəm, riskli əməliyyatlardan yan keçməyə nail oluram.
Bütün bunlar kimyəvi maddələrin iştirakı
olmadan baş verir. Mən məhz bu səmərəni nəzərə
alaraq, ixtisaslı həkimlərin iştirakı
ilə müalicə prosesini nəzarətdə
saxlayaraq, elmi cəhətdən əsaslandıraraq,
tibb elminə töhvə verməkdə
israrlıyam. Əlaqə
telefonumu bir daha xatırladıram:
441–75–99.
— Sizin müalicənizin müsbət
nəticəsi, bəlkə,
xəstələrin inamı
ilə bağlıdır?
— Ola bilər,
hansısa xəstə
məhz mənə inanaraq, emosional halda immun sisteminin
fəallaşması nəticəsində
sağalır. Bütün hallarda
şəfalı insanlara,
həkimlərə inam
olmalıdır. Təcrübə sübut edir ki, bu amil
çox müsbət
nəticələr verir.
Mən kortəbii, əsassız müalicə aparmağın
tam əleyhinəyəm. Xəstəyə güclü təsir
və onda inam yaratmaq çox
vacibdir. Təəssüf ki, bəzi fırıldaqçı
adamlar xəstələrin
taleyi ilə oynayır, onları müvəqqəti olaraq aldadırlar, sonrası isə faciəli olur.
— Deyirlər
isti də, soyuq da sağlamlıq
üçün təhlükəlidir.
— Ümumiyyətlə,
günəş şüası
cox olduqda insan orqanizmi üçün təhlükəlidir.
Hamı özünü günəş
şüasından, xüsusilə,
günorta vaxtı qorumalıdır. Eləcə də
davamlı soyuq insanda ciddi fəsadlar
yaradır. Təəssüf ki, bəzi insanlar
bu amillərə barmaqarası baxırlar.
Bu da mənfi
nəticələrə gətirib
çıxara bilir.
— Maraqlı
hallardan biri odur ki, siz
xəstələrinizə heç
bir qida qadağası qoymursunuz...
— Allah-taala
insanın beynini elə şəkildə proqramlaşdırmışdır ki, o özü orqanizmə lazım olan maddələri, vitaminləri dəqiq bilir və onu
istəyir. Lakin israfçılıq da orqanizmə ziyandır. Hər şeyin artığı
yaxşı nəticə
vermir. Sözsüz, təbii və
təzə qidalar olduqca faydalıdır.
Süni maddələrdən uzaq olmaq məsləhətdir.
Avropada süni ərzaq istehsal edən müəssisələr cərimə
olunur. Bu əbəs yerə deyil. Orqanizm təbiətin məhsuludur,
o, yalniz təbiətdən
güc alır, onunla hərtərəfli təmasa can atır.
— Sizcə,
təbabət niyə
bəzi xəstəlikləri
sağalda bilmir?
— Təbabət,
sanki, başqa elmlərlə müqayisədə
axır vaxtlar geri qalır. Məsələn, radiolokasiya və
ya rabitə texnoloğiyasının inkişaf
tempi ilə müqayisədə
tibb elmi xeyli geridir. Bir neçə xəstəlik üzun illərdir ki, əlacsız görünür,
hər il
milyonlarla insan vaxtsız ölür. Hesab edirəm ki, tibb elmi hərtərəfli
inkişaf etdirilmir.
İnkişaf etmiş ölkələr
— ABŞ, Çin, Yaponiya,
Almaniya, Fransa kimi dövlətlərdə
yollar axtarılır.
Bu ölkələrdə xalq təbabətinə xüsusi yer ayırırlar və sözsüz, müsbət
nəticələr əldə
edirlər.
Mən bunu alqışlayıram və istəyirəm ki, ölkəmizdə də xalq təbabətinə,
təbii üsullarla müalicəyə diqqət
göstərilsin, meydan
açılsın.
20 ildən artıq bir dövrdə çox sayda naümid xəstəni sağaltmışam. Onların əksəriyyəti bu gün də
yaşayır. Mənə inanmayanlar
və müalicəni
yarımçıq saxlayanlar
isə təəssüf
ki, mümkün olan şəfanı almayıb bəzən həyatı vaxtsız tərk edirlər. Bu isə məni
çox ağrıdır.
Axı əlacsız görünən
xəstələri sağaltmaq
mümkündür.
— Maraqlı
söhbətə görə
təşəkkür edirik.
Tahir AYDINOĞLU,
Elçin SƏFƏROV
Xalq qəzeti.-2008.-28 dekabr.- S.6.