Ölkə ictimaiyyəti mart ayında keçiriləcək referendum haqqında qərarı mütəşəkkilliklə dəstəkləyir

 

Başa çatmaqda olan 2008-ci il müstəqil Azərbaycanın tarixində bir neçə mühüm hadisə ilə yadda qaldı. Ölkənin sosial-iqtisadi inkişafında yeni nailiyyətlərə imza atıldı, xarici siyasətdə, xüsusən, Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyünün bərpası çərçivəsində həll edilməsi üçün daha obyektiv zəmin yarandı, respublikamız beynəlxalq aləmdə ən islahatçı ölkə kimi tanındı və sairə. Ancaq daha iki mühüm siyasi hadisə də baş verdi ki, bunlar müstəqillik tariximizin ən əlamətdar səhifələri kimi hamı tərəfindən dəstəklənərək ümumxalq sevincinə çevrildi. Birinci, Heydər Əliyev siyasətinin davam etdirilməsini arzulayan Azərbaycan xalqı oktyabr ayında Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçdi. İkinci, ölkədə 2003-cü ildən başlanan genişmiqyaslı inkişafın daha uzaq perspektivə qədər davam etdirilməsi məqsədilə dekabr ayında Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi haqqında qərar qəbul etdi.

Oktyabr ayında keçirilmiş prezident seçkilərinə hazırlıq dövründə və bilavasitə seçki günü möhtəşəm bir mütəşəkkillik nümayiş etdirən ölkə ictimaiyyəti mart ayında keçiriləcək referendumu da çox böyük mütəşəkkilliklə dəstəkləyir. Siyasi partiya və ictimai təşkilatlar Yeni Azərbaycan Partiyasının irəli sürdüyü bu təşəbbüsün xalqımız və dövlətimiz üçün gərəkli olan bir addım kimi başa çatması üçün indidən çalışacaqlarını bildirirlər.

Məmməd Əlizadə, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri:

Bu gün Azərbaycan ölkə daxilindəki sosial-iqtisadi inkişafa, infrastruktur yeniləşməsinə, cəmiyyətin daha da demokratikləşdirilməsinə, islahatların miqyasının genişləndirilməsinə, neft diplomatiyasının ölkəmizə gətirdiyi səmərəyə, ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atdığımız bütün addımlarda beynəlxalq hüququn normalarına istinad edilməsinə görə özünəməxsus beynəlxalq nüfuz qazanmışdır. Bütün bunların iki səbəbi var: mükəmməl hərtərəfli şəkildə işlənib hazırlanmış siyasi kurs həmin kursu qətiyyətlə davam etdirən, ölkəni ən müasir şəkildə idarə edən siyasi lider. Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun təkcə respublikamız üçün deyil, eləcə region bütün dünya üçün qədər səmərəli olduğunu çox yaxşı bilir.

Ona görə ölkə əhalisi həm oktyabrın 15-, həm ondan sonrakı proseslərdə Heydər Əliyev siyasi kursunun uzaq gələcəkdə davam etdirilməsi üçün öz sözünü dedi. Əslində bir nəfərin dövlət başçısı seçkilərində iki dəfədən çox iştirak edə bilməməsi barədə Konstitusiya maddəsinin ləğv edilməsi cəmiyyətdən gələn sifariş idi. Bu təkliflə əvvəlcə Yeni Azərbaycan Partiyası çıxış etsə , insan hüquq azadlıqlarının qorunmasını öz vəzifələrindən biri kimi qəbul etmiş bütün siyasi partiya ictimai təşkilatlar belə addım ata bilərdilər. Atılmış bu addımı hamı, Azərbaycanın sabahını düşünən hər kəs dəstəkləyir. Bizim partiya yeni ilin ilk günlərindən referenduma hazırlıq məsələsində hansı şəkildə iştirak edəcəyimizi müəyyənləşdirəcəkdir.

O ki qaldı ümumilikdə Konstitusiyaya ediləcək dəyişikliklər layihəsinə (onlar 29 madədə 41 dəyişiklikdən ibarətdir), Demokratik Azərbaycan Dünyası Partiyası belə hesab edir ki, bu dəyişikliklər Azərbaycanın Əsas Qanununu daha da müasirləşdirəcək, daha da mükəmməl edəcəkdir. Layihədə göstərilən bütün dəyişiklik mətnləri ilə yaxından tanış olduğuma görə əminəm ki, Azərbaycan xalqı mart ayında bu referendumu sözün həqiqi mənasında ümumxalq səsverməsinə çevirəcəkdir.

Leyla Gərayzadə, Əsgər Anaları Şurasının sədri, BDU-nun dosenti:

Mən əvvəlcə onu deyim ki, Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərin mahiyyətinin cəmi bir məsələ ilə bağlanması barədə fikirlər qətiyyən hüquqi prinsiplərə, elmi əsaslara söykənir. üçün? Çünki Konstitusiyaya ediləcək dəyişikliklərin ən kiçik detalları belə ölkədə əsas insan hüquq azadlıqlarının qorunmasına xidmət edir. Məsələn, məni bir qadın, ana, ən nəhayət, müəllim kimi narahat edən məsələlərdən biri ölkədə sahibkarlar tərəfindən azyaşlı uşaqların işə qəbul edilməsi, onların böyüklər kimi ağır fiziki əməyə cəlb edilməsi idi. Konstitusiya Məhkəməsi Plenumunun Əsas Qanunumuza dəyişikliklər edilməsi haqqında təklifə rəy verməkdən ötrü qəbul etdiyi Qərardan oxuyuruq: “15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər” (3-cü düzəliş, V bənd). Yəni bir ana, ziyalı kimi mənim ürəyimdən keçən hisslər bu referendumdan sonra Əsas Qanunumuzda öz əksini tapacaqdır.

Başqa bir məsələyə diqqət yetirək. 22-ci düzəliş Azərbaycan dövlətinin beynəlxalq aləmdə qazandığı nüfuzu birə beş qat artıracaqdır. Orada 108-ci maddəyə II hissə əlavə edilir: “Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir”. Yəni, Azərbaycan özünün götürdüyü sivil, demokratik dünyəvi dövlət quruculuğu prinsiplərinə sədaqət nümayiş etdirərək özünün Ana Qanununu dünya standartları səviyyəsinə qaldırır.

Konstitusiyanın 101-ci maddəsindən bir şəxsin cəmi iki dəfə dövlət başçısı vəzifəsinə seçilə bilməsi barədə məhdudiyyətin götürülməsi isə əvvəllər söylənildiyi kimi insan hüquqlarının ikitərəfli qaydada pozulmasını aradan qaldırır. Konstitusiyada göstərilir ki, hər bir vətəndaşın seçmək seçilmək hüququ vardır. Qeyd edilən məhdudiyyət bir nəfərin üçüncü dəfə seçilmək hüququnu əlindən aldığı kimi, xalqın öz istədiyi namizədi seçmək hüququnu da məhdudlaşdırırdı. Yəni dövlət başçısı iki müddətdə xalq üçün, cəmiyyət dövlət üçün bilavasitə ölkə vətəndaşlarını qane edən şəkildə çalışıbsa, üçün xalq onu yenidən öz lideri kimi seçə bilməsin? Bütün bunları nəzərə alaraq qeyd edirəm ki, mart ayında keçiriləcək referendumu Azərbaycan xalqı arzu edir, cəmiyyət istəyir. Bu referenduma hamılıqla hazırlaşacağıq Əsas Qanunumuza dəyişikliklər edilməsində fəal şəkildə iştirak edəcəyik.

 

Qələmə aldı:

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2008.-30 dekabr.- S.10.