Azərbaycanı xaricdə tanıdanlar haqqında yeni kitablar

 

31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən tədbirlərdən birində Rusiya Federasiyasında yaşayıb-yaratmış və indi də yaşayan ziyalılarımız haqqında maraqlı bir fikir eşitmişdim: Bizdə geniş dünyagörüşünə malik insanlar və ya xalqldar haqqında danışanda deyirlər ki, filankəs (və ya filan xalq) yerin altını da bilir, üstünü də. Bu ədəbi ifadəni SSRİ dövründə Rusiyada yaşamış soydaşlarımız haqqında fəxrlə işlədə bilərik. Çünki yerin altını bilən elm geologiyadır ki, onun Rusiyadakı ən görkəmli nümayəndəsi Fərman Salmanov idi.

Yerin “üstü” ilə isə astronomiya və kosmos elmləri məşğul olur ki, onun da ən görkəmli bilicisi uzun illər SSRİ elmində bu sahəyə rəhbərlik edənlərdən biri olmuş Kərim Kərimov idi. Yəni qonşu və dost ölkədə yaşayıb, işləyən soydaşlarımız xalqımıza çox böyük üz ağlığı gətirmişlər. Nə yaxşı ki, həmin ənənə bu gün də davam edir və nə yaxşı ki, həmin ənənəni yaşadanlar haqqında maraqlı kitablar yazılır, radio-televiziya verilişləri hazırlanır".

Bu söhbətin müəllifi əlavə etdi ki, uzun müddət Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarında çalışmış həmyerlimiz, yazıçı-publisist Ramin Məmmədov 2008-ci ildə AzərbaycanRusiya dostluğu, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti, yeni nəsil ziyalılarımızın qardaş ölkənin ictimai-siyasi elmi-mədəni həyatında oynadığı roldan bəhs edən üç mükəmməl kitab ərsəyə gətirmişdir. Həmin məlumatı eşidəndən sonra Ramin Məmmədovla əlaqə saxladıq o, adı çəkilən kitabların hərəsindən bir nüsxə redaksiyamıza göndərdi. Sooteçestvenniki” (“Həmvətənlər”), “Naşi sooteçestvenniki v Tyumenskoy oblasti” (“Tümen vilayətindəki həmvətənlərimiz”) nəhayət, “Lyudi odnoy zemli” (“Bir torpağın insanları”) kitablarının hər üçü ulu öndər Heydər Əliyevin AzərbaycanRusiya dostluq münasibətləri haqqında söylədiyi müdrik kəlamlarla Dövlət Himnimizin sözləri ilə başlanır. Abasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Kazım bəy, generallar Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov Həzi Aslanovdan başlayaraq Rusiya həyatında Azərbaycan xalqını layiqincə təmsil etmiş soydaşlarımız barədə əhatəli söz açan müəllif özünün müasir qəhrəmanlarına ayrıca bir kitab həsr edir.

Ramin Məmmədovun axtarışları tədqiqatları təkcə məşhur simalar barədə deyil (onların sayı kifayət qədərdir), həm nisbətən unudulmuş, mətbuatda kitablarda adına az təsadüf edilən şəxslər barədə yaxşı nəticələr verir. Məsələn, Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki daimi nümayəndəsi olmuş (1922-24-cü illər 1949-51-ci illər), 1879-cu ildə Şamaxıda doğulmuş, 1953-cü ildə Moskvada vəfat etmiş Nəsirbəy Hacıməmməd oğlu Tağıyevin məzarı Novo-Deviçye məzarlığındadır. Müasir Azərbaycan oxucusu həmin şəxs haqqında o qədər məlumatlı deyil. Yaxud, mətbuatımızda kitablarımızda 1900-cü ildə Qubadlı rayonunun Balahəsənli kəndində doğulmuş, SSRİ-nin müxtəlif bölgələrində geoloji fəaliyyətlə məşğul olmuş, çoxlu elmi kəşflərin kitabların müəllifi, SSRİ-nin əksər orden medallarına layiq görülmüş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Əli Əmiraslanov haqqında az məlumata rast gəlmirik. Eləcə Azərbaycan Sovet Ensiklopediyasına düşməyən ədliyyə general-mayoru Əjdər Xaspoladov haqqında (1901-ci ildə Göyçayda doğulmuş, 1986- ildə Moskvada vəfat etmişdir) bilgilərimiz yetərincə deyil. Ramin Məmmədov öz kitablarında bu tarixi şəxsiyyətlər haqqında əhatəli söhbət açır.

Müəllifin Rusiya Federasiyasındakı Azərbaycan diasporunun fəaliyyəti barədə topladığı materiallar isə daha çox, daha zəngindir. “Tümen vilayətindəki həmvətənlərimizdünya şöhrətli geoloq Fərman Salmanovun əməllərini yaşatmaqla bərabər AzərbaycanRusiya dostluq əməkdaşlıq münasibətlərinin inkişafına da öz töhfələrini verirlər. Ulu öndər Heydər Əliyevin söylədiyiBizim tariximiz, uzun onillər, əsrlər boyu birgə yaşayışımız, tarixi əlaqələrimiz, elmi-mədəni əməkdaşlığımızın kökləri hər bir azərbaycanlı hər bir rus tərəfindən yüksək qiymətləndirilir” — ifadəsi Ramin Məmmədovun dost ölkədəki Azərbaycan diasporunun fəaliyyəti haqqında qələmə aldığı kitabların ana xəttidir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2008.-30 dekabr.- S.13.