“Aztelekom” internet xidmətlərinin
tariflərini endirib
İnformasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsi, internetdən
istifadəyə daha yaxşı şəraitin
yaradılması məqsədilə
ADSL avadanlıqları vasitəsilə
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi tərəfindən göstərilən
internet xidmətlərinin yeni
tarifləri təsdiq olunub.
2009-cu il
yanvarın 1-dən qüvvəyə
minəcək yeni tariflərə əsasən,
ötürülən 1024/1024 kbit/s tutuma görə
aylıq istifadə haqqı 30 faiz aşağı salınaraq
350 manat təşkil edəcək. “Aztelekom”İB
həmçinin İP-TV xidmətlərinin
tariflərində də
dəyişiklik edib.
Belə ki, əgər bu xidmətə qoşulmaya görə 20 manat, 1 aylıq istifadəyə görə 9 manat xidmət haqqı müəyyən olunmuşdusa,
yeni tariflərə əsasən, rayon TKQ-lərdə
göstərilən İP-TV xidmətlərinə yeni ildən qoşulmaya görə 5 manat, 7 manat aylıq istifadə tarifləri tətbiq olunacaq.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti .-2008.-30 dekabr.- S.15.