Azərbaycanlıların Ermənistandan sonuncu deportasiyasından 20 il keçir

 

Ulu öndər Heydər Əliyev erməni vandalizminin bütün dünyaya çatdırılması üçün mühüm addımlar atmışdı

Azərbaycan tarixini tədqiq edən dünya alimləri bu xalqın əsrlərdən bəri erməni vandalizminə nankorluğuna məruz qalması barədə yüzlərlə, minlərlə mühüm əhəmiyyətli faktlar, sənədlər aşkar etmiş, həmin faktların dünya ictimaiyyətinə çatdırılmasına nail olmuşlar. Region xalqlarının alimləri ilə yanaşı (rus, gürcü, türk hətta, erməni) Avropa ABŞ alimləri bu istiqamətdə əhatəli tədqiqatlar aparmış böyük tarixi əhəmiyyət kəsb edən kitablar ərsəyə gətirmişlər. Ancaq bütün bunlara baxmayaraq, ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təməlində duran əsas səbəblərin, əsrlərdən bəri ermənilərin türk xalqlarına, xüsusən, azərbaycanlılara qarşı qurduğu fitnə-fəsad torunun dünya ictimaiyyətinə çatdırılmasında ən böyük fəaliyyət ulu öndərimiz Heydər Əliyevə məxsusdur.

Erməni xəyanətinə məkrinə daha yaxından bələd olan Heydər Əliyev hələ Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində rəhbər vəzifələrdə çalışarkən bu mühüm dövlət orqanına milli kadrların daha çox cəlb edilməsiylə on illərdən bəri burada at oynadan erməni qaniçənlərini bir növ cilovlamışdı. Böyük dövlət xadiminin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə isə məkrli ermənilər ondan daha böyük zərbə almışdılar. Belə ki, Sov. İKP-nin yazılmamış, ancaq qeyd-şərtsiz əməl edilən qanunlarından biri şəhər partiya rəhbərlərinin seçilməsi zamanı gündəliyə gətirilirdi. Şəhərdəki kommunistlərin milli tərkibi nəzərə alınır, hansı millətin nümayəndəsi daha çoxdursa, partiya komitəsinin rəhbəri həmin millətin nümayəndəsindən seçilirdi. Rusiya Qazaxıstanda belə faktlar mövcud idi. Bakıda isə 30-cu illərdən başlayaraq qərəzli şəkildə azərbaycanlılar partiyaya qəbul edilmir, ya da qəbul edilir, erməni kommunistlərin sayı artırılırdı. Nəticədə süni şəkildə yaradılmış say fərqi Bakı Komitəsinə hansısa erməninin rəhbərlik etməsi təhlükəsini ortaya qoymuşdu. Heydər Əliyev həmişə olduğu kimi bu məsələdə misilsiz bir uzaqgörənlik nümayiş etdirərək 70-ci illərin əvvəllərində Bakıətrafı kənd qəsəbələrin paytaxtın tabeçiliyinə verilməsini təmin etdi azərbaycanlı kommunistlərin sayı qat-qat artmış oldu.

Ulu öndər sonralar SSRİ rəhbərliyində çalışarkən ermənilərin çoxsaylı məkr fitnə-fəsad torunu darmadağın etmişdi. Bütün bunlar ümummilli liderimizin bədnam qonşularımızın xislətinə daha dərindən bələd olmasının təzahürü idi. Böyük siyasətçi Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik edəndə isə artıq ermənilər uzun illərdən bəri xəyanət riyakarlıqla əldə etdikləri bir çoxüstünlükləriəldən verməli oldular. Çünki artıq Heydər Əliyev müstəqil dövlətin rəhbəri böyük bir siyasi-azadlıq yolu keçmiş xalqın lideri kimi daha konkret kəsərli addımlar atırdı: “Bəli, həmin bu 70 il müddətində bizim xalqımızın böyük itkiləri olubdur. Biz bunları bilməliyik, gələcək nəsillər bunları bilməlidirlər. Bilməliyik gələcək nəsillər bilməlidirlər ki, Azərbaycana qarşı bir daha törədilə biləcək belə xəyanətlərin, tədbirlərin, belə təcavüzlərin qarşısı alına bilsin” (“Xalq qəzeti”, 28 may, 1997-ci il). Xalqın böyük oğlunun əsas məqsədi elə bugələcəkdə törədilə biləcək bütün erməni həyasızlıqlarının qarşısını almaq üçün hüquqi bazanın yaradılması idi.

Ulu öndərin 1997-ci il dekabr ayının 18-də imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqındafərmanla məhz dövlət başçısının sədrlik etdiyi Dövlət Komissiyası yaradılmışdı.Komissiyanın yaradılması zərurəti fərmanın 1-ci bəndində bu şəkildə əsaslandırılırdı: “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyanın hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə...” Qeyd edək ki, adı çəkilən komissiya qarşıya qoyulmuş vəzifəni həm ölkə miqyasında, həm beynəlxalq aləmdə yüksək səviyyədə yerinə yetirmişdi. Ölkənin bütün şəhər rayonlarında, əksər elm-təhsil müəssisələrində əmək kollektivlərində çoxlu sayda, müxtəlif formalarda tədbirlər keçirilmişdi. Xarici ölkələrdəki səfirliklərimiz diaspor təşkilatlarımız isə fərmanın məhz onların üzərinə qoyduğu vəzifələri yerinə yetirərək özünü dünya ictimaiyyətinə fağır, məzlum zərərdidə kimi təqdim etmək istəyən ermənilərin üzünü açmağa nail olmuşdular. Azərbaycan EnsiklopediyasıNəşriyyat -Poliqrafiya Birliyi isə fərmanın imzalanmasından cəmi 8 ay sonra fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin rəhbərliyi iləDeportasiya. Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyasıadlı 440 səhifəlik, mühüm tarixi faktlarla zəngin kitab nəşr etmişdi. KitabdakıTarixin harayı” , “Tarixi həqiqətlər, gerçəkliklər”, “Tarix susmur, tarix yaşayır”, “Tarixi harayın əks-sədası”, “Deportasiya bədii ədəbiyyatda tarixi sənədlərdəadlı beş fəsildə çox mühüm tarixi sənədlər faktlar toplanmışdır. Ekspertlərin fikrincə, bu kitab müstəqil Azərbaycan dövlətinin erməni xəyanətinin riyakarlığının dünya ictimaiyyətinə çatdırılması üçün əldə etdiyi ən böyük nailiyyətlərdən biri idi. Yeri gəlmişkən, fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin kitaba yazdığı ön sözdə Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər gələcəkdə görüləcək işlər barədə ətraflı söz açılırdı.

Sonrakı il - 1998-ci il mart ayının 16-da Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığıAzərbaycanlıların soyqırımı haqqındafərmanın preambulasında da 1813-cü ildən başlayaraq Qafqazda gedən ictimai-siyasi proseslər təhlil edilir. Böyük Ermənistanyaratmaq xülyasından ruhlanan ermənilərin 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdiyi xatırlanır. 1918-ci ilin mart ayında xalqımıza qarşı törədilmiş soyqırımı, 1947-ci ildə SSRİ Nazirlər Sovetinin qərəzçilik milli ayrı-seçkilik məqsədiylə qəbul etdiyi qərarın 1948-53-cü illərdə icra edilməsi, Mixail Qorbaçovunyenidənqurmanağılından sonra — 1988-ci ildən etibarən xalqımıza qarşı edilən növbəti deportasiya siyasəti qanlı hadisələr bu tarixi sənəddə öz əksini tapır. Qeyd edilir ki, 1988-ci ildən sonra ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSRİ-in tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqlarla qarşıladı mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Bu günxalqımızın XX əsrdə üçüncü dəfə öz tarixi torpaqlarından qovulmasının, 1988-ci il deportasiyasının növbəti ildönümü günlərində qələmə aldığımız bu yazının əsas məqsədi elə indicə başa çatmış abzasın son cümləsində ifadə edilmiş fikri bir daha xatırlatmaqdır. Xalqımız da, dünya ictimaiyyəti çox yaxşı bilir ki, azərbaycanlılara qarşı 1990-cı ildə törədilmiş 20 Yanvar 1992-ci ilin fevralındakı Xocalı faciələri kimi soyqırımı deportasiya məsələləri bilavasitə Heydər Əliyevin siyasi qətiyyəti, tarixə dərindən bələd olması liderlik keyfiyyətləri nəticəsində öz hüquqi siyasi qiymətini almışdır. qədər ki, Azərbaycanda Heydər Əliyev siyasi kursu varbu kurs isə əbədidirbir daha xalqımız həmin təhlükə faciələrlə üzləşməyəcəkdir.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2008.-31 dekabr.- S.6.