Hər bir şəxsin seçmək seçilmək hüququ var

 

Rəhbərlik etdiyim Gənc Vətənpərvərlər Birliyi özündə 30 qeyri-hökumət təşkilatını birləşdirir, ali məktəblərdə, idman cəmiyyətlərində, məktəbəqədər tərbiyə müəssisələrində və digər təşkilatlarda birliyimizin dayaq mərkəzləri, 24 rayonda yerli şöbələri fəaliyyət göstərir.

Gənc Vətənpərvərlər Birliyi olaraq ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdə fəal iştirak edir, müxtəlif tədbirlər keçirir, dövlət və dövlətçiliyə xidmətdə daim ön sıralarda oluruq. 2008-ci ilin yadda qalan siyasi hadisələrindən biri də prezident seçkiləri oldu. Birliyimizin 200 nəfərdən çox üzvü prezident seçkilərində ölkənin müxtəlif regionlarında müşahidə aparmış, obyektivliyin, mütəşəkkilliyin və şəffaflığın təmin olunması üçün bütün imkanlardan istifadə etmişlər. Seçkidən sonra yaydığımız bəyanatda da bir daha bildirdik ki, Azərbaycanda demokratik və şəffaf seçki keçirilməsi sahəsində irəliyə doğru daha bir inamlı addım atıldı. Beynəlxalq müşahidəçilərin də yekun rəyləri bizim rəyimizlə üst-üstə düşdü.

Son illər ölkəmizdə aparılan uğurlu islahatlar, qəbul olunan qanunların beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq konvensiyalara qoşulmağımız müstəqil dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırmışdır. İndi Azərbaycan dünyada inkişaf etmiş demokratik ölkə kimi tanınmaqdadır. Müstəqil dövlətimizin sürətli inkişaf yoluna qədəm qoyması bir sıra qanunlarda, o cümlədən Konstitusiyada dəyişikliklər zərurəti yaratmışdır.

Məlum olduğu kimi, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ilin noyabrında qəbul olunub. O vaxtdan 13 il keçib. Bu müddət ərzində ölkəmizdə bütün sahələr üzrə aparılan islahatlar, digər ölkələrlə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müxtəlif sazişlərin imzalanması, birgə bəyannamələrin qəbul olunması, demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, həmçinin insan hüquq azadlıqlarının qorunması istiqamətində mühüm əhəmiyyət kəsb edən qanunvericilik aktlarının qəbul edilməsi Konstitusiyaya əlavə dəyişikliklər zərurətini yaratmışdır. Bu, həm ictimaiyyətin istəyindən irəli gəlmişdir. İctimaiyyətin istəyi tələbi ilə bu məsələ Milli Məclisin daimi komissiyalarının birgə iclasında müzakirə olunduqdan sonra plenar iclasda baxılması tövsiyə edilmişdir. Ümumilikdə, Konstitusiyanın 29 maddəsinə əlavə dəyişikliklər təklif olunub. Bunların əksəriyyəti insan hüquq azadlıqlarının daha geniş şəraitdə müdafiə olunmasına xidmət edir. Konstitusiyaya əlavə dəyişikliklər referendum yolu ilə təsdiqləndikdən sonra insan hüquq azadlıqlarının təminatı daha da möhkəmləndiriləcək, xalqın öz iradəsini ifadə etməsinə daha geniş imkanlar yaradılacaq. Məsələn, təklif olunan əlavə dəyişikliklərdən biri seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanının verilməsinin nəzərdə tutulmasıdır. Bunun heç bir qorxusu yoxdur. Yaxud bu gün bəzi qüvvələrin narahatçılığına səbəb olmuş 101-ci maddənin V bəndinin çıxarılmasıdır. Həmin bənddə deyilir: “Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz”. Bu maddənin Konstitusiyadan çıxarılması insanların seçmək seçilmək hüququna daha əlverişli şəraitin yaradılması deməkdir. Bu, heç bəzi qüvvələrinkimlərinsə ömürlük prezident seçilməsinə şərait yaratmaqkimi fikrə düşməsinə haqq qazandıra bilməz. Burada konkret bir şəxsin iki dəfədən artıq prezident seçilməsindən söhbət getmir. Ümumilikdə Azərbaycan vətəndaşlarının prezident seçkilərində iki dəfə yox, daha çox iştirakına şərait yaradılmasından söhbət gedir. Referendum Aktı layihəsində əsas Qanunun 101-ci maddəsinin V hissəsinə belə bir əlavə təklif olunub: “Müdafiə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir”. Hesab edirəm ki, müasir dövrün qloballaşan dünyanın tələbləri üçün çox aktual, vacib zəruri dəyişiklikdir.Xalq bunları dəstəkləyib qəbul edirsə, bu, insan hüquq azadlıqlarına ziddi ola bilməz.

2009-cu il martın 18- keçiriləcək referendum haqqında qərarın ölkə ictimaiyyəti tərəfindən mütəşəkkilliklə dəstəklənəcəyinə şübhə ola bilməz. Gənc Vətənpərvərlər Birliyinin bütün üzvləri, həmçinin rayonlarda fəaliyyət göstərən yerli şöbələrimiz Referendum Aktı layihəsini çox yüksək qiymətləndirir. Hazırda müstəqil dövlətimizin Avropaya dünya birliyinə inteqrasiya olunduğu bir dövrdə belə bir demokratik addımın atılması yüksək qiymətləndirilməlidir. Birliyimizin üzvləri referendum keçiriləcək günə qədər əhali arasında maarifləndirmə işinin aparılması, əlavə dəyişikliklərin insan hüquq azadlıqlarının daha geniş şəraitdə qorunmasına xidmət etməsinin təbliği üçün təşkilat komitəsi yaratmağı qərara alıb. Hesab edirik ki, xalq referendumda yüksək fəallıq göstərəcək, layihənin böyük səs çoxluğu ilə qəbul edilməsinə nail olacaq.Bununla da insanların seçmək seçilmək hüququ ilə əlaqədar məhdudiyyətlər aradan qaldırılacaq.

 

Müqamət ƏLİYEV,

Gənc Vətənpərvərlər Birliyinin sədri,

Azərbaycan Respublikası fəxri bədən

tərbiyəçisi və idman işçisi

 

Xalq qəzeti.-2008.- 31 dekabr.- S.9.