Beynəlxalq standartların tətbiqi vacib şərtdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004 - cü il fevral tarixli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikası regionlarının sosial - iqtisadi inkişafı Dövlət Proqramı ” nın ( 2004 - 2008 - ci illər ) həyata keçirilməsi bütün infrastruktur sahələrinin bərpası və inkişafı ilə bərabər, resurslardan səmərəli istifadə edilərək ümumi inkişafımıza şərait yaratmışdır. Məqsəd yeni istehsal və emal müəssisələri açıldıqca, yeni xidmət sahələri yarandıqca, sahibkarlığın inkişafına şərait təmin olunduqca ölkə iqtisadiyyatının dinamik inkişafı və nəticə etibarilə xalqımızın həyat səviyyəsinin daha da yüksəldilməsinə nail olmaqdır. Əhalinin həyat səviyyəsini yüksəltmək üçün cəmiyyətdəki hər bir qurumun idarəetmə keyfiyyətini artırmalı, mənbələrimizdən səmərəli istifadə etməli və beynəlxalq səviyyədə yenilikçi və yaradıcı olduğumuzu göstərməliyik. Hər bir fəaliyyət göstərən və yeni yaradılan müəssisənin meyarı, əsasən, əldə edəcəyi mənfəət və uzun ömürlülük götürülür ki, bu da təbiidir.

Elə bir dövrdə yaşayırıq ki, məhsulun qiyməti bazarda tənzimlənir tələbatın təmin edilib edilməməsi qərarını söz sahibi olan müştəri verir. Fəaliyyət sahəsindən asılı olmayaraq, imkanlı müəssisələr yeni texnika texnologiyaların tətbiqi ilə daim inkişaf etmək, təkcə daxili bazarda deyil, eyni zamanda dünya bazarında da rəqabət qabiliyyətinə malik olmaq istiqamətində daim yollar arayırlar. Məhsulun keyfiyyətinin idarə edilməsinin təşkil təmin edilməsində məşhur Amerika alimi Edvard Deminq təliminin zərurətinin yapon adamları tərəfindən tam dərk edilərək tətbiqi nəticəsində XX əsrin 60 - illərinin əvvəllərində Yaponiyanın dünyada ön sıraya çıxması Qərbi Avropa Amerika adamlarını bu istiqamətdə düşünməyə vadar etmişdir. Beləliklə, artıq bütün dünyada bazara çıxarılan məhsulun qiyməti buradan yaranan mənfəət birbaşa məhsulun keyfiyyət göstəriciləri ilə bağlı olub rəqabət qabiliyyətini tənzimləyir. Qalib bazara keyfiyyətli nisbətən ucuz məhsul çıxaran tərəf olmaqla yanaşı gələcəkdə özünə daha çox müştəri yığmaq şansını da təmin edir. Onu da qeyd edim ki, respublikamız 2003 - il iyunun 1 - dən dünyanın ən nüfuzlu təşkilatlarından biri olan Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tam hüquqlu üzvü seçilmişdir.

Beynəlxalq standartların tətbiqi Azərbaycanı Avropaya bir az da yaxınlaşdırır və Beynəlxalq Standartlaşdırma Təşkilatı Azərbaycanda beynəlxalq standartların tətbiqinə yardım göstərir.

İstər daxili bazarda, istərsə dünya bazarında rəqabətlik qabiliyyətinə davam gətirmək üçün ilk versiyası Beynəlxalq Standartlaşdırma Təşkilatı ( ISO - International Organization for Standardization ) tərəfindən işlənib hazırlanmış 1987 - ci ilin mart ayinda işıq üzü görmüş, dünyanın qabaqcıl ölkələrində tətbiq edilən ən nüfuzlu standart kimi qəbul edilən ISO seriyalı idarəetmə sistemlərinin müəssisədə tətbiqi müvafiq sertifikatların alınması vacib şərtdir.

Belə ki, beynəlxalq standartların tətbiqi ilə:

- daxili xarici bazarda müəssisənin imicinin müsbət mənada formalaşması;

- idarəetmədə daha müasir metodların tətbiq edilməsi;

- sifarişçilər üçün etibarlı tərəf müqabili olmaq;

- daha böyük məsuliyyətli işlərin həyata keçirilməsinə əminlik;

-sifarişçilərin tələblərinə uyğun sənədləşdirmə işlərinin aparılması;

- işləri təhlükəsiz, ətraf mühitə ziyan vurmadan keyfiyyətlə yerinə yetirmək;

- bütün fəaliyyətə tam nəzarət etmək imkanı;

- bütün işçi personalının öz bacarıq qabiliyyətini nümayiş etdirməsi;

- uyğunsuzluqların vaxtında aşkar edilməsi aradan qaldırılması;

-komanda şəklində işləmək bacarığı;

- vaxta qənaət;

- sifarişçi məmnuniyyətinin qazanılması s. kimi məsələlər öz həllini tapa bilər.

İdarəetmədə mövcud olan bütün boşluqların aradan qaldırılması, tənzimlənməsi inkişafa nail olunmasının yeganə yollarından biri beynəlxalq standartların tətbiqidir. Söhbət müvafiq beynəlxalq sertifikatlarıəldə etməkdən yox, məhz standartların tətbiqindən gedir ki, bunun üçün ixtisaslı kadrların yetişdirilməsi onlardan düzgün istifadə edilməsinə ehtiyac vardır. Bütün beynəlxalq standartların əsasınıPlanlaşdır - İcra et - Yoxla - Tədbir görprinsipi təşkil edir. Belə ki, müəssisənin siyasətinə sifarişçi tələblərinə uyğun olaraq nəticələri əldə etmək üçün məqsədlər proseslər yaradılmalıdır. Bu proseslər planlaşdırılmış qaydalara uyğun tətbiq icra edilməlidir. Proseslərin məhsulun təşkilatın siyasətinə, məqsədlərinə məhsula olan tələblərə uyğunluğu yoxlanılmalı, ölçülməli nəticələr haqqında rəhbərliyə hesabat verilməli prosesin icrasını daim təkmilləşdirmək üçün tədbirlər görülməlidir. Yuxarıda deyilənləri respublikamızın Prezidenti İlham Əliyevin ARDNŞ rəhbərliyi qarşısında qoyduğu vəzifələri həyata keçirmək məqsədi ilə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin birbaşa göstərişi ilə ISO 9001 -keyfiyyət, OHSAS / TS 18001 - əməyin mühafizəsi təhlükəsizliyi, ISO 14001 — ətraf mühitin mühafizəsi TS EN ISO/IEC 17024 — “Personal sertifikatlaşdırmanı həyata keçirən müəssisələr üçün ümumi kreteriyalar”, həmçinin TS EN 287 - 1 — “Qaynaqçıların bacarıq sınağıstandartları üzrə beynəlxalq sertifikatlara malik olan Təlim, Tədris Sertifikatlaşdırma Departamentində beynəlxalq standartların ARDNŞ-in müvafiq strukturlarında çalışan kadrlara öyrədilməsi sistemlərin müəssisələrdə qurularaq müvafiq sertifikatlara malik olmaları istiqamətində işlər görülür. Belə ki, fəaliyyətimiz müddətində verilən sifarişlərə əsasən müxtəlif ixtisas qrupları üzrə mühəndis - texniki işçi fəhlələrin istehsalatdan ayrılmaqla ayrılmamaqla ixtisasartırma, ikinci peşəyə yiyələnmə peşə ustalığının artırılması, mühəndis texniki işçilərin öz biliklərinin artırılması üçün kompyuter texnologiyasının əsasları, ingilis dili, əməyin mühafizəsi təhlükəsizliyi üzrə ilkin təlimatlandırma, əməyin mühafizəsi təhlükəsizlik, mühasibat uçotu, kargüzarlıq, yanğın texniki minimumu kursları təşkil edilir. ISO 9000 — keyfiyyət, OHSAS / TS 18001 — əməyin mühafizəsi təhlükəsizliyi, ISO 14000 — ətraf mühitin mühafizəsi, TS EN ISO/IEC 17024 — “Personal sertifikatlaşdırmanı həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar TS EN 287 - 1 — “Qaynaqçıların bacarıq sınağıstandartları, o cümlədən TS EN ISO / IEC 17025 “Sınaq kalibirasiya laboratoriyalarının bacarıqlığı üçün ümumi şərtlərüzrə belə kurslar vardır. Bu vaxta qədər Departamentdə H. Z. Tağıyev adına NQÇİ, Ə. C. Əmirov adına NQÇİ, “Abşeronneft” NQÇİ, “Neft Daşları” NQÇİ, “Qum adası” NQÇİ, “Neft Kəmərləriidarəsi, Xəzər Dəniz Neft Donanma idarəsi, Avtomobil Yolları Xətti İstismar idarəsi, Dalma qurğuları təmiri kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi, Geofizika Geologiya İdarəsi, Elmi Tədqiqatlar İnstitutu, Maddi Texniki Təchizat İdarəsi, Bibiheybət İXTİ, İnformasiya Texnologiyaları Rabitə İdarəsi, “28 may” NQÇİ, Ekologiya idarəsi Kompleks Qazma İşləri Trestinin mütəxəssislərinə bu sistemlər üzrə kurslar təşkil edildikdən sonra həmin müəssisələrdə sistemlər qurulmuşdur nəticədə sertifikatlar alınmışdır.

ARDNŞ-in tabeçiliyində olan müəssisələrlə yanaşı, Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif müştərək xarici neft şirkətləri ilə sıx əlaqələr qurulmuşdur bu işlər davam etdirilir. Bu gün ölkəmizdə sosial islahatlar uğurla həyata keçirilir. Keçmiş fəaliyyət idarəetmə formalarını nəzərdən keçirsək, ölkəmizin hər bir sahədə yeniləşmə yenidən formalaşma mərhələsində olduğunu görərik. Bu mərhələdə qurumları daha məhsuldar çalışan, bu qurumlara inamı olan, etik dəyərləri əsas tutan təmiz bir cəmiyyət yarada bilsək beynəlxalq aləmin böyük nüfuz qazanmış güclü bir üzvünə çevrilə bilərik.

Qarşıdan bayramlar gəlir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Yeni il münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir, ölkəmizə sülh əmin-amanlıq, xoş günlər arzulayıram.

 

 

Asif BƏKİRLİ,

ARDNŞ Sosial İnkişaf

İdarəsinin Təlim, Tədris və

Sertifikatlaşdırma

 Departamentinin direktoru

 

Xalq qəzeti.-2008.- 31 dekabr.- S.8.