AlmanAzərbaycan Mədəniyyət Birliyinin xətti, Türkiyə səfirliyinin dəstəyi ilə...

 

“Kapellhaus”da keçirilən “Musiqi gecəsi” bu sözlərlə başlandı

 

Bakıdakı “Kapellhaus” Mədəniyyət Mərkəzi indiyədək çoxsaylı musiqi tədbirlərinin şahidi olub. Ancaq bir musiqi gecəsində beş-altı ünvana təqdiredici fikirlərin söylənilməsi o qədər də tez-tez ələ düşmür. Bu fikri məclisdə çıxış edən görkəmli ziyalılar da təsdiq etdilər, mahir sənət ustaları da.

 

Respublikanın xalq artisti, professor Tofiq Bakıxanovun 50 illik dostu, xalq yazıçısı, son bir əsrlik tariximizin canlı şahidi kimi 96 il ömür sürmüş Qılman İlkinin əziz xatirəsinə həsr etdiyi “Musiqi gecəsin”ə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin nümayəndələri, respublikanın elm ictimaiyyətini təmsil edən görkəmli ziyalılar, musiqi xadimləri, Qılman İlkinin ailə üzvləri və çoxsaylı KİV təmsilçiləri toplaşmışdılar. Öncə səfirliyin mədəniyyət və təbliğat müşaviri Melda Araz Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin bəstəkar Tofiq Bakıxanovun ünvanına göndərdiyi məktubu oxudu. Məktubda göstərilirdi ki, bir neçə ay əvvəl Türkiyə Cümhuriyyətinin 86-cı ildönümü münasibətilə Bakıda keçirilmiş çoxsaylı tədbirlərin yekununda ifa edilən “Dünya durduqca yaşa” adlı marş Türkiyədə maraqla qarşılanmış və öz müəllifinə böyük hörmət qazandırmışdır. Nazirlik fürsətdən istifadə edərək Mustafa Kamal Atatürkə həsr edilmiş bu marşın və türk musiqisi mövzusunda qələmə alınmış bir neçə əsərin müəllifi olan Tofiq Bakıxanovu anadan olmasının 80 illiyi münasibətiylə təbrik edirdi. Xanım Melda Araz əlavə etdi ki, Tofiq Bakıxanov Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının inkişafına hələ yeni-yeni töhfələr verəcəkdir.

Sonra musiqi gecəsi bəstəkarın özünün tərtib etdiyi düzümlə davam etdirildi. Bakı Dövlət Universitetinin professoru, akademik Vasim Məmmədəliyev, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, Azərbaycan Rusiya Yazıçılar birliklərinin, eləcə Avrasiya Yazıçılar Liqasının üzvü Hacı Fərhad Mirzə, Bakı Musiqi Akademiyasının professoru Telman Hacıyev, həmin akademiyanın dosentləri Zakir Mirzəyev, Kəmalə Mirbabayeva, Qılman İlkinin oğlu, Bakı Dövlət Universitetinin müəllimi Ayaz Musayev digər natiqlər öz çıxışlarında Qılman İlkinin Azərbaycan ədəbiyyatındakı, Tofiq Bakıxanovun isə musiqi mədəniyyətimizdəki xidmətlərindən söz açdılar. Qeyd edildi ki, milli ədəbiyyata mədəniyyətə xidmət etmək yaradıcı ziyalının vəzifəsinin birinci mərhələsidir. İkinci mərhələdə isə sənətkar öz xalqının mədəniyyətini ədəbiyyatını beynəlxalq aləmdə yetərincə təbliğ etməlidir. Akademik Vasim Məmmədəliyev qeyd etdi ki, Qılman İlkin, Tofiq Bakıxanov Zakir Mirzəyev, sözün həqiqi mənasında, mədəniyyətimizi ədəbiyyatımızı dünya miqyasında təbliğ edən sənət adamlarıdır. Professor Tofiq Bakıxanovun fikrincə, isə son illər mədəniyyətimizin ictimai fikrimizin dünya miqyasında təbliğində Hacı Fərhad Mirzənin xüsusi xidmətləri vardır. Professor qeyd etdi ki, bu tədbirin sonunda qonaqların hamısına HacınınKəlamlarkitabı hədiyyə ediləcək. Bu kitab üç dəfə Azərbaycanda, bir dəfə Türkiyədə, bir dəfə isə Moskvada çap edilib. Ancaq bütün kitablar (6 min tiraja yaxın) oxuculara tamamilə təmənnasız, hədiyyə olaraq verilib.

Musiqili Komediya Teatrının solisti Ramil Qasımovun, Dövlət Kapellasının solisti Leyla Dadaşovanın, məşhur musiqiçilər Nizami Allahverdiyev Elşən Qasımovun ifaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Sonda ədibin oğlu Ayaz Musayev tədbirin təşkilatçılarına iştirakçılarına ailəsi adından minnətdarlıq ifadə etdi.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 31 dekabr.- S. 12.