Mədəniyyət sahəsinin uğurları layiqincə
qiymətləndirilib
Sumqayıtdakı Səməd Vurğun adına mərkəzi kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin bu günlərdə keçirilmiş kollegiya iclasında müzakirə
olunan məsələlərlə
bağlı tədbir
keçirilib.
Şəhər icra hakimiyyətinin
başçısı Vaqif Əliyev Mədəniyyət və
Turizm Nazirliyinin kollegiya iclasında Sumqayıtın mədəni
həyatında qazanılan uğurların yüksək qiymətləndirildiyini
qeyd etdi. Ulu öndər Heydər Əliyevin 2003-cü ilin
aprelində Sumqayıta tarixi səfəri, qarşıya
qoyduğu vəzifələrin icrası ilə bağlı ətraflı
məlumat verdi. Natiq dedi ki, gənclik şəhərindəki
bir çox mədəniyyət ocaqlarının əsaslı
təmiri və yenidən qurulması mədəni həyatın
daha da canlanmasına, klub və mədəniyyət evlərinin,
istirahət və mədəniyyət parklarının fəaliyyətinin
gücləndirilməsinə təkan verib. Nazirliyin kollegiya
iclasındakı müzakirələrdə görülən
işlərə obyektiv, ədalətli, yüksək qiymət
verildiyi xüsusi vurğulandı. Ölkə rəhbərliyinin
Sumqayıta daim xüsusi diqqət göstərdiyini söyləyən
Vaqif Əliyev son illərdə şəhərdəki mədəniyyət
obyektlərinin çox böyük qisminin tamamilə yenidən
qurulduğunu, maddi-texniki bazanın gücləndirilməsini və
işgüzar yaradıcılıq mühitinin
formalaşmasını konkret faktlarlarla diqqətə
çatdırdı. Nümunəvi fəaliyyətinə
görə şəhər mədəniyyət və turizm
idarəsinin kollektivinə təşəkkürünü
bildirən icra hakimiyyətinin başçısı
mühüm sahənin işçilərinə yeni-yeni
uğurlar arzuladı.
Tədbirdə
Sumqayıtın 60 illiyi münasibətilə keçirilən
silsilə tədbirlərdə şəhər mədəniyyət
və turizm idarəsinin fəallığı xüsusi qeyd
olundu.
Sonra məhsuldar fəaliyyəti
və xidmətləri ilə fərqlənən mədəniyyət
işçilərinin böyük bir qrupuna nazirliyin fəxri-fərmanları
və pul mükafatları təqdim edildi.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
idarəsinin işçiləri onların uğur
qazanmasına əlverişli şərait
yaradıldığına görə nazirliyin və
Sumqayıt şəhərinin rəhbərliyinə minnətdarlıqlarını
çatdırdılar və qarşıda duran vəzifələri
layiqincə yerinə yetirəcəklərini bildirdilər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 9 dekabr.- S. 8.