Layiqli gənc nəslin yetişdirilməsi Azərbaycan dövlətinin diqqət mərkəzində olan əsas vəzifələrdəndir

 

2013-cü ilədək Bakıda “Cənclər sarayı”, bütün bölgələrdə isə “Gənclər evi” inşa ediləcəkdir

 

İki il qabaq qəzetlərimizdən biri yazmışdı ki, Azərbaycan gənclərinin müstəqillik dövründə, xüsusən, son beş ildə əldə etdiyi nailiyyətlər region ölkələrindəki həmyaşıdlarının uğurlarına nisbətən qat-qat böyükdür. Həmin yazıdan iki gün sonra başqa bir qəzetdə verilmiş analitik materialda göstərilirdi ki, Azərbaycan dövlətinin gənc nəslə göstərdiyi qayğı və diqqət bizimlə eyni vaxtda dövlət müstəqilliyi əldə etmiş ölkələrin gəncləri üçün tamamilə əlçatmazdır. Yəni bu fikirlər bir-birini tamamlamış olurdu. Dövlət öz gənclərinin elmi, intellektual və fiziki potensialını daha da inkişaf etdirmək üçün çoxsaylı proqram və layihələr həyata keçirir, gənclərimiz isə bu qayğı və diqqətin cavabı olaraq bütün sahələrdə Azərbaycana üzağlığı gətirirlər.

Tarixçi mütəxəssislərin fikrincə, Azərbaycanda gənc nəslə göstərilən qayğı və etimadın ilk təzahürü ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də — Azərbaycan parlamentinin sədri seçildiyi gündən dərhal sonra gənclərin bir qrupunu qəbul etməsi idi. Xaos və anarxiya içərisində boğulan, vətəndaş müharibəsinin bir addımlığında olan ölkənin qanunverici orqanına sədr seçilən liderin fəaliyyətinin ilk günlərində gənclər təşkilatlarının rəhbərlərini qəbul etməsi, onlarla əhatəli müzakirələr aparması bu zümrəyə göstərilən etimaddan xəbər verirdi. Bu, tarixçilərin fikri idi. Politoloqlar isə belə düşünürlər ki, Azərbaycan gəncliyini daha mütəşəkkil və mütərəqqi bir zümrəyə çevirmək üçün atılan ən böyük addım regionun ən perspektivli siyasətçilərindən olan İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci il), Yeni Azərbaycan Partiyası sədrinin müavini (1999-cu il) və sədrin birinci müavini (2001-ci il) vəzifələrinə seçilməsi idi. Yəni gənclərimiz bu liderin ətrafında daha sıx birləşərək müstəqil Azərbaycanın qüdrətlənməsi üçün möhtəşəm uğurlara imza atdılar.

Ölkədə Gənclər İdman Nazirliyinin yaradılması (1994-cü ilin iyulu), Azərbaycan Respublikası Gənclərinin I Forumunun keçirilməsi (1996- ilin fevralı), Gənclərin II Forumu (1999-cu ilin martı), dövlət başçısınınGənclər siyasəti haqqındafərman imzalaması (1999-cu ilin iyulu), eləcə bu sahəyə aid çoxsaylı qanunların qəbul edilməsi ulu öndər Heydər Əliyevin gənc nəslə göstərdiyi qayğının nəticəsi idi. Elə fevral ayının 2-nin hər il Gənclər Günü kimi qeyd edilməsi ümummilli liderimizin bu zümrəyə ayırdığı diqqətin təzahürlərindən idi.

2003-cü ilin oktyabrından sonra da bu siyasət davam etdirildi üstəlik yeni istiqamətlərlə, variantlarla daha da genişləndirildi. Ölkə əhalisinin 31 faizini təşkil edən gənclər Prezident İlham Əliyevin qayğısını hər gün, hər an hiss etdilər. Gənclər siyasəti haqqındaAzərbaycan Respublikasının Qanununun qəbul edilməsi, 2005-ci ildəAzərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi, gənclərin ümumrespublika forumlarının keçirilməsi, 2007-ci ilinGənclər ilielan edilməsi, gənclər siyasətinin həyata keçirilməsi üçün 2008-ci ilin dövlət büdcəsində 3 milyon manata yaxın vəsaitin nəzərdə tutulması son 5 ildə bu zümrəyə göstərilən qayğının bəzi məqamlarıdır.

2007-2008-ci tədris ilinin əvvəlində ölkənin 42 ali məktəbində 130 min gənc təhsil almışdır. Bu rəqəm 2003-cü ilin göstəriciləri ilə müqayisədə 7,3 faiz çoxdur. Prezident İlham Əliyevin xüsusi tövsiyə tapşırıqları əsasında xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün göndərilən gənclərin sayı ildən-ilə artırılır. Son 5 ildə xaricdə oxuyan azərbaycanlı gənclərin sayı 56 faiz artmışdır. Bu zaman bir məqamı xüsusilə qeyd etmək zərurəti var. Belə ki, dünyanın müxtəlif ölkələrində dövlət xətti ilə təhsil alan tələbələrin 41 faizi Azərbaycanın regionlarını təmsil edən gənclərdir. Xarici ölkələrdə təhsil almaq üçün göndərilən gənclərin sayı 2003-cü ildə 885 nəfər idisə, 2008-ci ildə bu göstərici 1256 nəfərə çatdırılmışdır. Dövlət başçısının imzaladığı xüsusi proqramın icrası nəticəsində 2013-cü ildə bu rəqəm hər il üçün 1500 nəfərə çatdırılacaqdır.

Yeri gəlmişkən, layiqli gənc nəslin yetişdirilməsi üçün 2008- 2013-cü illərdə həyata keçiriləcək tədbirlərin siyahısı daha böyükdür. Dövlət rəhbərinin icrasını gənclər idman, iqtisadi inkişaf maliyyə nazirliklərinə tapşırdığı həmin layihələrdən bəzilərinin adını çəkməklə görüləcək işlərin miqyası barədə təsəvvür yaratmaq istəyirik. Məsələn, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hazırladığıAzərbaycan Respublikası hökumətinin fəaliyyətinin əsas nəticələri prioritet istiqamətləriadlı statistik icmalda 2003-cü ildən sonrakı nəticələr 2013-cü ilə qədərki perspektivlər göstərilir.Perspektivlərbölməsində oxuyuruq:

Bakı şəhərindəGənclər sarayının inşa edilməsi;

regionlardaGənclər evisosial xidmət müəssisələri şəbəkəsinin yaradılması;

gənclər üçün Milli Tədris Təlim Mərkəzinin yaradılması;

Gənclər İdman Nazirliyi nəzdindəGənclər siyasətinin inkişafına dəstək Fondunun yaradılması;

DövlətCənclər Mükafatının təsis edilməsi;

Gənclərin intellektual inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi sairə.

Ümumilikdə 20-dən çox olan layihələrdən 6-sının adını çəkməklə növbəti 5 ildə bu istiqamətdə görüləcək işlərin miqyası barədə təsəvvür yaratmağa çalışdıq.

Beləliklə, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənc nəslə dövlət qayğısı göstərilməsi sahəsində həyata keçirilən siyasət 2003-cü ildən sonra daha uğurlu şəkildə davam etdirilmişdir. Gələcəkdə isə bu siyasətin xalqımıza dövlətimizə verdiyi sərmayənin indikindən qat-qat artıq olacağı gözlənilir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2009.-1 fevral.-S.3.