Lənkəranda seminar-müşavirə

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 dekabr tarixli fərmanının icrası ilə əlaqədar olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəranda torpaq hərrac və müsabiqələri mövzusunda zona-seminar müşavirəsi keçirmişdir.

Müşavirə iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, ümummilli liderin həyat və fəaliyyətinin geniş əks olunduğu muzeylə tanış olmuşlar.

Tədbiri Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Tofiq Rzayev açmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aparat rəhbəri, hərrac komissiyasının sədri Rafiq Süleymanov məruzə ilə çıxış etmişdir.

Müşavirədə bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında iqtisadi siyasi əhəmiyyət kəsb edən torpaq islahatının qarşıya qoyduğu vəzifələrə müvafiq olaraq Dövlət Torpaq Xəritəçəkmə Komitəsi qanunvericiliklə ona verilmiş səlahiyyətləri çərçivəsində təxirəsalınmaz tədbirləri həyata keçirməkdədir.

Torpaq icarəsi haqqındaTorpaq bazarı haqqındaAzərbaycan Respublikasının qanunlarında torpaqların bilavasitə icarəyə mülkiyyətə verilməsi ilə yanaşı, hərraclar müsabiqələr vasitəsi ilə ayrılması nəzərdə tutulsa da, icra hakimiyyətləri bələdiyyələr indiyədək yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük vermişlər. Nəticədə icra hakimiyyətləri bələdiyyələr Azərbaycan Prezidentinin 2003-cü il 23 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişDövlət bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin hərraclarının keçirilməsi Qaydalarına müvafiq olaraq torpaqların hərrac ya müsabiqəyə çıxarılması üçün Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə müraciət etməmişlər. Məhz bu kimi halların aradan qaldırılmasını təmin etmək məqsədilə torpaq bazarının təşkili sahəsində dövlətin siyasətinin əsas prinsiplərinə müvafiq olaraq Azərbaycan Prezidenti 23 noyabr 2007-ci il tarixdə sərəncam imzalamışdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında 2007-ci ilin dekabrından bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə icarə hüquqları yalnız torpaq hərracları ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu fərman onunla tətbiq olunan qanundan irəli gələn Prezident fərmanı imzalanmışdır Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə dövlət bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin hərraclarının təşkilatçısı səlahiyyəti verilmişdir.

Azərbaycan Prezidentinin 2008-ci il 10 dekabr tarixli fərmanı ilə edilmiş dəyişikliklər əlavələrlə birlikdə qüvvədə olan əvvəlki fərmanla təsdiq edilmişDövlət bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin hərraclarının keçirilməsi Qaydalarının 3-cü bəndi ilə özəlləşdirilən dövlət müəssisə obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla, digər torpaq sahələrinin hərraclar ya müsabiqələr vasitəsilə icarəyə verilməsi qaydasını tənzimləyən sənədlərin komitə tərəfindən hazırlanaraq təsdiq edildiyi bildirilmişdir.

Prezidentin 10 dekabr 2008-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin yerli qurumlarına yeni səlahiyyətlər verildiyini önə çəkən natiq bildirmişdir ki, müsabiqə ya hərrac komissiyası tərəfindən verilən şəhadətnamə əsasında hərrac ya müsabiqədə qalib gəlmiş hüquqi ya fiziki şəxslərlə dövlət torpaqlarına dair münasibətdə komitənin yerli qurumları arasında 20 gündən gec olmayaraq qanuvericiliyə uyğun şəkildə müvafiq müqavilə bağlanır.

İştirakçıların nəzərinə çatdırıldı ki, “Hərbi qulluqçuların statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqındaqanunlarda edilmiş dəyişikliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün hərbi qulluqçulara bir dəfə pulsuz torpaq sahəsinin verilməsi, icarəyə torpaq ayrılmasına dair münasibətdə isə yalnız hərrac müsabiqə zamanı onlara üstün hüququn verilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin qanunlarla bələdiyyə ərazisində daimi yaşamaqla ən azı 5 il yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnu yalnız açıq torpaq hərracları ya müsabiqələri vasitəsilə əldə edə bilərlər.

Semiar-müşavirənin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2009.-1 fevral.-S.6.