Zaqatalada bayram tədbirləri

 

“Gənclər günü” ilə əlaqədar rayonda geniş tədbirlər keçirilib

 

Mərasim iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidə kompleksini ziyarət edərək, önünə əklil və tər çiçəklər düzüblər.

Sonra isə Dombabinə kəndində daxili imkanlar hesabına yeni inşa olunan güləş zalının açılışı mərasimi olub. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə yaxından tanış olublar. Qısa müddət ərzində müasir standartlara uyğun tikilib istifadəyə verilən güləş zalında 150 oturacaq yeri və yeni avadanlıqlar quraşdırılıb.

Daha sonra rayon Olimpiya idman kompleksində ümumrayon tədbiri keçirildi. İlk öncə tədbir iştirakçıları rayon gənclərinin əl işləri rəsm əsərlərindən ibarət sərgiyə baxdılar.

Bayram tədbirinin əvvəlində Azərbaycan Respublikasının dövlət bayrağı təntənəli şəkildə salona gətirildi. Rəqs kollektivlərinin təqdim etdikləri maraqlı kompozisiyalar, habelə gənc əsgər idmançıların əlbəyaxa döyüş, güləş, karate digər növlər üzrə nümunəvi çıxışları buraya toplaşanlarda xoş ovqat yaratdı.

Sonra tədbirdə Zaqatala idmançılarının 2008-ci ildə qazandıqları uğurlardan, rayonda bu sahənin inkişafına yönələn tədbirlərdən bəhs edən film nümayiş etdirildi.

Əlamətdar gün münasibəti ilə gəncləri təbrik edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov XX əsrin sonunda dövlət müstəqiliyini bərpa etmiş Azərbaycan Respublikasında gənclərlə sahəsində yaranmış boşluğun ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyə qayıdışından sonra aradan qaldırıldığını, düz 10 il əvvəl ulu öndərimizin imzaladığı sərəncamla fevral ayının 2-nin Azərbaycanda Gənclər Günü kimi təqvimə salındığını, müstəqil Azərbaycan cənclərinin ilk dəfə 1996- ilin həmin günü Heydər Əliyevin təşəbbüsü ilə keçirilən forumda bir araya gəldikləri xüsusi vurğulamışdır. Daha sonra natiq bu gün gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyətcə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, dövlət başçısının gəncləri aparıcı qüvvəyə çevirmək onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə təsdiq etdiyi 2005-2009-cu illəri əhatə edənAzərbaycan Gəncliyi Dövlət Proqramının bunun bariz nümunəsi olduğunu qeyd etdi.

Tədbirdə çıxış edən gənclər idman nazirinin müavini İsmayıl İsmayılov digər natiqlər gəncləri respublikamızda, o cümlədən Zaqatala rayonunda təhsil, səhiyyə, mədəniyyət, idman digər sahələrin inkişafı üçün görülmüş bütün işlə görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban zanım Əliyevaya öz təşəkkürlərini bildirdilər respublikamızın parlaq gələcəyi naminə fəaliyyətində möhtərəm Prezidentimizi daim dəstəkləyəcəklərini xüsusi qeyd etdilər.

Sonra 2008-ci ildə təhsil, səhiyyə, dövlət qulluğu, idman, mədəniyyət digər sahələrdə cəmi 30 nominasiya üzrə yüksək nailiyyətlər qazanmış rayon gənclərinə qiymətli hədiyyələr, gənclər arasında dünya Avropa çempionatlarının bürünc mükafatçısı Sərxan Əhmədov gənclər arasında dünya çempionatının bürünc mükafatçısı Ramin Qurbanova isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hədiyyəsi olan VAZ-2107 markalı avtomobil təqdim edildi. Onların məşqçilərinəSamsunqplazma ekranlı televizorlar verildi.

Cüdo üzrə Pekin Yay Olimpiadasının qəhrəmanı, “Şöhrətordenli Elnur Məmmədli, Pekin Yay Olimpiadasının bürünc mükafatçısı Mövlüd Mirəliyev, cüdo üzrə yığma komandanın baş məşqçisi, “Şöhrətordenli Ağayar Axundzadə müxtəlif mükafatlara layiq görüldülər.

Bayram şənliyi respublikamızın incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatdı.

 

 

İ. MUSAOĞLU

 

Xalq qəzeti.-2009.-1 fevral.-S.6.