Onlar gələcəyimizin qurucularıdır

 

Son illər ölkəmizdə gənclərin həyat şəraitinin yaxşılaşdırılması, onların ictimai proseslərə daha fəal qoşulmasının təmin edilməsi istiqamətində ciddi iş aparılır. Ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinə dövlət qayğısının artırılması ilə bağlı bütün imkanların səfərbər edilməsinin zəruriliyini öz çıxış və məruzələrində xüsusi olaraq diqqətə çatdırmışdır. 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” fərman imzalayan ümummilli liderimiz Heydər Əliyev müvafiq tədbirlər planını da təsdiq etmişdir. Həmin fərmanda deyilirdi ki, dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində həllini gözləyən bir sıra problem məsələlər hələ də mövcuddur. Gənclərin daha geniş təbəqəsinin dövlət idarəetmə işlərinə cəlb olunması sahəsində əlavə tədbirlər görülməsinə ehtiyac vardır. Həmin fərmanda Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin yaradılması nəzərdə tutulurdu.

Onu da qeyd edək ki, artıq Azərbaycanda gənclərin təşkilatlanması istiqamətində xeyli iş aparılmışdı. 1994-cü il iyulun 26-da ulu öndərin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I Forumu keçirildi. 1997-ci il fevralın 1-də gənclərlə görüşən ümummilli lider elə həmin gün fevralın 2-nin ölkədə Gənclər Günü kimi bayram edilməsi barədə sərəncam imzaladı. Artıq neçə ildir ki, Azərbaycan gəncləri bu günü özlərinin əziz bayramı kimi qeyd edirlər.

Ötən dövr ərzində Azərbaycan gəncləri dövlət qayğısını aydın şəkildə hiss etmiş, onların həyat şəraiti ilbəil yaxşılaşmış, təhsildə, idman sahəsində, dövlət idarəçiliyi sahəsində əsaslı nailiyyətlər qazanmışlar.

Ulu öndərin gənclər siyasətini uğurla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyev də son illər bu sahədə bir sıra fərman və sərəncamlar imzalamış, gənclərin ictimai fəallığının artırılmasına, sosial vəziyyətlərinin yaxşılaşmasına xüsusi diqqət yetirmişdir. Məhz cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan gəncləri idman sahəsində, təhsildə böyük uğurlar qazanmış, ölkəmizin daha da qüdrətlənməsində əhəmiyyətli xidmətlər göstərmişlər. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan gəncləri olimpiya çempionları kimi medallarla təltif olunur, xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır, müxtəlif qurumlarda Azərbaycan dövlətinin siyasətinin reallaşması istiqamətində iş aparırlar.

Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə aspirantların, ali və orta ixtisas, texniki peşə təhsili məktəblərinin tələbə və şagirdlərinin təqaüdləri bir neçə dəfə artırılmış, istedadlı gənclərə Prezident təqaüdü verilməsi barədə sərəncamlar imzalanmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət gənclər siyasəti uğurla həyata keçirilir və bu siyasət davam etdirilməkdədir. 2007- ci il iyunun 16-da cənab Prezident “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncam Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində çalışan yaradıcı gənclərə dövlət tərəfindən dəstəkdir.

Ötən il Azərbaycan gənclərinin həyatı əlamətdar hadisələrlə daha çox zəngin olmuşdur. Gənclər və İdman Nazirliyi dövlətin bu sahədə siyasətinin həyata keçirilməsi üçün bir sıra əhəmiyyətli tədbirlərin reallaşmasını təmin etmişdir. Gənclər təşkilatları ilə əlaqələr genişlənmiş, onların fəaliyyətinə dəstək verilmişdir. Ötən ilin yanvar ayında Avropa İttifaqının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində Azərbaycan Könüllülər İctimai Birliyi və Böyük Britaniyanın Milli Gənclər Agentliyi ilə birgə “Gənclərin əməkdaşlığının yeni modeli” adlı beynəlxalq təlim kursu təşkil edilmişdir. Mart ayında isə “Avropa Tələbələr Forumu — Bakı” İctimai Birliyi ilə birgə Gənclər və İdman Nazirliyi Bakı şəhərində “Beynəlxalq Novruz Festivalı Azərbaycanda — 2008" adlı xüsusi tədbir hazırlayıb həyata keçirilmişdir. Bu festivala 26 əcnəbi gənc qatılmışdır. Həmçinin ötən il martın 24-dən 31-dək ”İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatı və gənclər təşkilatları ilə birgə “Soyqırım həftəliyi” keçirmişdi.

Ötən il nazirlik “İrəli” Ümumrespublika Gənclər Hərəkatı və gənclər təşkilatları ilə birgə “Soyqırım həftəliyi” keçirmişdir. Martın 24-dən 31-dək keçirilən bu tədbir üçün 5 dildə “Danışır erməni elitası” adlı kitab və eyni adlı film hazırlanmışdır. Eyni zamanda “Erməni terrorizminə yox de!” internet aksiyası keçirilmişdir.

“Gənclərin tolerantlıq modeli” adlı beynəlxalq təlim kursu isə aprel ayında təşkil edilmişdir. Bu kursda dünyanın 30-dan çox ölkəsindən gənclər iştirak etmişlər.

Ötən il keçirilən tədbirlər sırasında Bakı İdman Sarayında “Gənclər təşkilatlarının II Respublika Sərgisi” keçirilmişdir ki, burada da 73 gənclər təşkilatı iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu tədbirdə iştirak və çıxış etmişdir.

Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsi sahəsində də ciddi iş aparılmışdır. Gənc rəssamların S. Bəhlulzadə adına Sərgi Salonunda keçirilən sərgisi Xocalı faciəsinə həsr olunmuşdur. Burada onlarla rəssamın bu mövzuda ürəkağrıdan rəsmləri nümayiş olunmuşdur.

Hərbi xidmətə çağırılan gənclərlə iş sahəsində də müəyyən işlər görülmüşdür. Şamaxı, Masallı, Qusar və Bərdə rayonlarında mədəni-kütləvi və təbliğat xarakterli tədbirlər keçirilmiş, gənclərə əyani vəsaitlər paylanmış və konsert proqramları təşkil edilmişdir.

Məktəblilərin ordu sıralarında xidmətə hazırlanması istiqamətində aparılan işlər daha sistemli şəkildə həyata keçirilmişdir. Belə ki, “Şahin” və “Cəsurlar” hərbi idman oyunlarının kütləviliyi artırılmışdır.

2005-ci il avqustun 30-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009)” adlı mühüm bir sənəd imzalanmışdır. Həmin Proqramda bu il Azərbaycan gənclərinin V Forumunun keçirilməsi nəzərdə tutulur. Artıq forumun keçirilməsi üçün Təşkilat Komitəsi və İşçi Qrupu yaradılmışdır. Söz yox ki, bu forum Azərbaycan gənclərinin həyatında çox əhəmiyyətli hadisə olacaq.

Azərbaycan gənclərinin asudə vaxtının təşkili və yaradıcılığının inkişafı üçün əhəmiyyətli şərait yaradılması üçün mühüm tədbirlər həyata keçirilir.

2008-ci il mayın 30-da “Tələbələr azad sahibkarlıq fəaliyyətində” oyunu üzrə keçirilən respublika çempionatında 11 tələbə komandası tərəfindən 40-dan çox layihə icra olunmuşdur.

Hazırda Gənclər üçün Karyera Mərkəzinin yaradılması istiqamətində işlər aparılır. Onun yaradılmasında əsas məqsəd Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin iştirakı ilə müxtəlif tədbirlər keçirmək, onların qabiliyyətlərinin inkişafına köməklik göstərməkdir.

Azərbaycan gənclərinin böyük hissəsini tələbələr təşkil edir. Onların təhsildə uğur qazanmaları üçün ciddi aparılır. “Tələbə-baharıtələbələrin festivalı ötən il ikinci dəfə keçirilmişdir. Festivalda 20-dən artıq ali orta ixtisas təhsili müəssisələrinin yaradıcı istedadlı tələbələri iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları məqsədi ilə xüsusi sərəncam imzalamışdır. Bu sərəncam imkan verəcək ki, hər il onlarla azərbaycanlı gənc dünyanın nüfuzlu universitetlərində təhsil ala bilsinlər.

Azərbaycan Gəncliyi Dövlət Proqramında şagird, tələbə gənc alimlərin beynəlxalq müsabiqələrdə, elmi konfranslarda, simpozium seminarlarda iştirakının təmin edilməsi, istedadlı gənclərin xarici ölkələrdə öz təhsilini davam etdirməsi məsələlərinə xüsusi yer verilmişdir. Bu gün artıq bunlar reallıqdır. Almaniyada, İsraildə, Ukraynada, Rusiyada, Avstriyada, Yunanıstanda, Bolqarıstanda s. ölkələrdəki elmi mərkəzlərdə, eləcə ali təhsil ocaqlarında bizim gənclərin elmi işlərdə iştirakı artıq reallığa çevrilmişdir. Onlar bu ölkələrin elmi ictimaiyyəti ilə səmərəli əlaqələr qurur, birgə elmi axtarışlar aparır s.

Göründüyü kimi, ölkəmizdə gənclərin sərbəst fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. İnanırıq ki, Azərbaycan gəncləri müstəqil Azərbaycanın gələcəyinin təminatçısı kimi bütün qüvvələrini ölkəmizin daha da çiçəklənməsinə xidmət edəcəklər.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-1 fevral.-S.7.