Xaçmazda səhiyyə sistemi yenidən qurulur

 

Respublikamızın hər yerində olduğu kimi, Xaçmazda da geniş miqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılmaqdadır. Son bir-iki il ərzində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əksəriyyəti üçün yeni inzibati binalar tikilib, əraziləri başdan-başa abadlaşdırılıb. İstifadə üçün yararlı olan binalar isə əsaslı şəkildə təmir olunaraq, fasad hissələri şəhərin ümumi memarlıq görkəminə uyğunlaşdırılaraq onlara, sözün əsl mənasında, ikinci həyat bəxş edilmişdir.

Doğrusu, son vaxtlaradək mənə elə gəlirdi ki, rayonun səhiyyə müəssisələri xaçmazlıların doğma diyarı daha da abadlaşdırmaq, gözəlləşdirmək, insanların yaşaması, işləməsi müxtəlif xidmət sahələrindən rahatcasına istifadə etməsi naminə qeyri-adi sevgi coşqu ilə qoşulduğu bu kompaniyaya bir qədər gecikibdir. Doğrudur, rayonların bir çoxundan daha öncə Xaçmazda yeni özəl tibb müəssisələri fəaliyyətə başlayıb. Yeni yaraşıqlı binalarda yerləşən, müasir tibbi avadanlıqla təchiz edilmişTofiqoğlu Özəl Tibb Mərkəzi “NK özəl tibb müəsssiəsibuna misal ola bilər. Amma rayon sakinlərinin böyük əksəriyyəti əvvəlki kimi bu gün öz sağlamlıqlarını daha çox dövlətin tabeçiliyində olan səhiyyə müəssisələrinə etibar etməyə üstünlük verirlər. Təsəvvür edin, təkcə son üç ay ərzində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında 300-ə yaxın xəstə üzərində cərrahiyyə əməlliyatı aparılıb. Digər şöbələrdə müayinə müalicə olunanların da sayı az deyildir. Əfsuslar olsun ki, hələlik həm Xaçmaz, həm Xudat şəhər xəstəxanalarının maddi-texniki şəraiti rayon əhalisinə göstərilən səhiyyə xidmətinin günün tələbləri səviyyəsində olmasına imkan vermir. Məlumat üçün bildirək ki, Xudat Şəhər Xəstəxanasının yerləşdiyi bina keçən əsirin 30-cu illərində, Xaçmaz Rayon Mərkəzi Xəstəxanası sisteminə daxil olan binaların sonuncusu isə 1971-ci ildə tikilib. Əvvəlcə başqa məqsədlər üçün tikilən, lakin sonradan profili dəyişdirilərək xəstəxana üçün uyğunlaşdırılan bu binalardan heç birində ötən onilliklər ərzində əsaslı təmir işləri aparılmayıb. Beləliklə, Mərkəzi Rayon Xəstəxanası sisteminə daxil olan binaların bir qismi fiziki cəhətdən köhnələrək istifadə üçün tam yararsız vəziyyətə düşüb. Doğrudur, 2006-2007-ci illərdə Mərkəzi Rayon Xəstəxanasında daxili imkanlar hesabına müəyyən təmir işləri aparılıb. Binanın fasad hissəsi üzlük daşla işlənib, su istilik təchizatı qaydaya salınıb. Əlbəttə, bu kimi kosmetik mahiyyət kəsb edən cari təmir işləri, bütövlükdə 520 çarpayılıq xəstəxananın normal fəaliyyətini təmin etmək üçün yetərli hesab oluna bilməzdi. Bütün bunları nəzərə alaraq Səhiyyə Nazirliyi bu yaxınlarda Xaçmaz Rayon Xəstəxanasında əsaslı təmir işlərinə başlayıb. Cərrahiyyə, reanimasiya, travmatologiya doğum şöbələrinin yerləşdiyi üçmərtəbəli korpusda əsas təmir işləri artıq yekunlaşmaq üzrədir. Məlumat üçün bildirək ki, binanın üst örtüyü, döşəməsi, tavanı, qapı pəncərələri, su istilik təchizatı sistemləri tamamilə yeniləşdirilib. Binanın ətrafında geniş sahədə abadlıq işləri görülməsi nəzərdə tutulur.

Baş həkim Bəhram Şahverdiyevin dediyinə görə, Səhiyyə Nazirliyinin rəhbərliyi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında aparılan təmir işlərinin gedişini daim nəzarətdə saxlayır. Deyilənlərə onu da əlavə edək ki, hökumətin digər üzvləri ilə müqayisədə nazir Oqtay Şirəliyev son vaxtlar Xaçmazda daha tez-tez olur. Elə bu səbəbdən rayon səhiyyəsinin qayğı problemlərinə yaxından bələddir. Məhz onun tapşırığı əsasında bu yaxınlarda Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yeni rentgen aparatı, cərrahi əməliyyat stolu ləvazimatı, ultrasəs müayinə aparatı, 9 ədəd təcili tibbi yardım maşını verilib, doğum şöbəsi isə bütünlüklə yeni avadanlıqlarla təchiz edilib. İmtiyazlı xəstələrin dərmanla təminatı yaxşılaşdırılıb.

Bu gün Xaçmaz rayonunda şəhər xəstəxanalarından əlavə 6 kənd xəstəxanası, 22 həkim ambulatoriyası, 46 feldşer mama məntəqəsi əhalinin sağlamlığı keşiyində dayanıb. Həmin tibb ocaqlarında çalışan 260 nəfər səhiyyə işçisi mütəmadi olaraq yerlərdə zəruri tibbi profilaktik tədbirləri həyata keçirir, epidemioloji şəraitə nəzarət edir, peyvəndlər aparır s. Bütövlükdə isə rayonun səhiyyə ocaqlarında 1336 nəfər həkim tibb işçisi çalışır.

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə son vaxtlar Muxtadır qəsəbəsində Nabranda hər biri 10 otaqdan ibarət həkim ambulatoriyası tikilib istifadəyə verilib. Uzun illər ərzində şəxsi evlərdə yerləşən 10 kənd tibb məntəqəsi yeni binalara köçürülüb. Lakin görüləsi bir çox əsas işlər hələ öndədir. Bizə verilən məlumata görə hazırda tərtib olunmaqda olan 2009-2013- illər üçün Dövlət Proqramında Xaçmaz Xudat şəhər xəstəxanalarının əsaslı təmirinin başa çatdırılması daha 4 kənddə həkim ambulatoriyası uçun binalar tikilməsi nəzərdə tutulur.

Xaçmaz Azərbaycanın ən abad səfalı güşələrindən biridir. Orada çoxsaylı istirahət sağlamlıq ocaqları fəaliyyət göstərir. Rayon iqtisadiyyatı sürətlə inkişaf edir. Bu zəmində təbiidir ki, sakinlərin həyat şəraiti güzəranı da yaxşılaşır. Amma bütün bunlara baxmayaraq heç kəs xəstəliklərdən sığortalanmayıb. Ona görə hər kəs vaxtlı-vaxtında tibbi müayinədən keçməlidir. İnanın, həyatımız, güzəranımız yaxşılaşdıqca hamımız buna adət edəcəyik. Bir ki, səhiyyə ocaqlarımız qaydasında olanda, həkim tibbi personal öz yerində olanda xəstələnməyin elə bir ciddi qorxusu olmayacaq. İnanırıq ki, yaxın gələcəkdə Xaçmaz rayonunda vəziyyət məhz bu cür olacaqdır.

 

 

Q. CƏFƏROĞLU

 

Xalq qəzeti.-2009.-3 fevral.-S.5.