225 meqavatlıq yük məhdudiyyəti aradan qaldırılıb

 

Respublika enerji sisteminin bütün müəssisələrində olduğu kimi, Azərbaycan İstilik Elektrik Stansiyasında da tərtib edilmiş iş qrafikinə uyğun olaraq tədbirlər planı davam etdirilir. 2008-ci ildə aparılan planlı təmir işləri nəticəsində enerji bloklarının texniki vəziyyəti xeyli yaxşılaşdırılıb, texniki iqtisadi göstəricilər yüksəlib, 4 saylı enerji bloku istisna olmaqla, digər enerji blokları üzrə ümumilikdə 225 meqavat yük məhdudiyyəti aradan qaldırılıb.

Enerji müəssisələrinin payız-qış mövsümünə hazırlığının qiymətləndirilməsi üzrə komissiyanın qərarına uyğun olaraq müəssisəyə “hazırlıq pasportu” verilib.

AzərenerjiASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, ötən il ərzində qış mövsümünə hazırlıq tədbirləri əsasən yerinə yetirilib. O cümlədən 1,3 7 saylı enerji bloklarının orta təmiri, 8 saylı enerji blokunun əsaslı təmiri, 330 kilovoltluq açıq paylayıcı quruluşda Abşeron hava xətlərinin zədələnmə yerinə qədər olan məsafəni təyin edən qurğunun quraşdırılması, işə qoşulması digər işlər həyata keçirilib.

Bundan əlavə, stansiyanın əsas yardımçı binalarında təmir işləri aparılıb.

Xatırladaq ki, elektrik stansiyası hər birinin gücü 300 meqavat olan səkkiz enerji blokundan ibarətdir. Daxili imkanlar hesabına 5-ci enerji blokunda aparılan yenidənqurma işlərinin uğurla başa çatdırılması nəticəsində blokun gücü 330 meqavata qaldırılıb. Stansiyanın 7 blokunun yenidənqurulması layihəsi üzrə işlər həyata keçirilir. Blokların tamamilə yenidənqurulması nəticəsində energetika sistemi 600 meqavata yaxın əlavə güc əldə edəcəkdir.

 

 

Qəzənfər QASIMOV

 

Xalq qəzeti.-2009.-3 fevral.-S.5.