Obama iqtisadi böhranın baha başa gələcəyini etiraf etdi

 

ABŞ Prezidenti Barak Obama NBC telekanalının jurnalistləri ilə söhbəti zamanı dünya maliyyə böhranı, ölkə iqtisadiyyatı, Amerikanın İraq və Əfqanıstandakı gələcək siyasəti ilə bağlı bir sıra sualları cavablandırıb.

Onun sözlərinə görə yaxın bir neçə ay ABŞ dövləti üçün çətin olacaq. Prezident etiraf edib ki, ölkənin iqtisadi inkişafını əvvəlki səviyyəyə çatdırmaq elə asan olmayacaq. evin yeni sahibi qeyd edib ki, iqtisadiyyatı tənəzzüldən xilas etmək məqsədilə irəli sürülən yeni təkliflər planı aparıcı rol oynaya bilər. Xatırladaq ki, həmin plan ABŞ iqtisadiyyatını düşdüyü mövcud böhrandan xilas etmək üçün 825 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutur. Artıq Obamanın təklif etdiyi adıçəkilən yardım paketi Konqres tərəfindən dəstəklənib. Onu da deyək ki, demokrat konqresmenlər yeni planın lehinə səs versələr , respublikaçı konqresmenlər layihənin olduqca baha olmasını əsas gətirərək onun qəbulunu məqbul saymayıblar. Sənəddə göstərilir ki, Amerika hökuməti tərəfindən ölkə vətəndaşlarına biznes sahələrinə ümumilikdə 275 milyard dollar həcmində vergi güzəştləri tətbiq ediləcək. Bundan başqa, müxtəlif layihələrə, o cümlədən yeni yolların körpülərin salınmasına, məktəb binalarının təmir olunmasına işsizliyin azaldılması məsələlərinə 540 milyard dollar vəsait sərf olunacaq.

Məlumat üçün bildirək ki, 2008-ci ildə Konqres tərəfindən ölkə iqtisadiyyatına əlavə yardım məqsədilə 700 milyard dollar vəsait ayrılmışdı. Artıq həmin vəsaitin əksər hissəsi xərclənib. Belə ki, nəzərdə tutulduğu kimi həmin pullar ipoteka böhranından zərər çəkmiş maliyyə sektoruna yatırılıb. Diqqətçəkən məqamlardan biri odur ki, 2008-ci ildə ABŞ-da ümumi daxili məhsul istehsalı 3,8 faiz azalıb. Bu, ölkədə 1982-ci ildən indiyədək qeydə alınan ən aşağı göstəricidir.

Söhbət zamanı Barak Omaba ABŞ-ın İraq Əfqanıstanda apardığı hərbi əməliyyatlar mövzusuna da toxunub. O deyib ki, ABŞ hökuməti İraqdakı hərbi kontingentini yaxın bir il ərzində çıxarmağı planlaşdırır. Lakin Əfqanıstandakı Amerika qoşunları hələ bir müddət bu ölkədə qalacaq.

ABŞ-ın müdafiə naziri Robert Qeyts amerikalı əsgərlərinin artıq İraqdakı missiyasını başa vurduğunu tezliklə bu ölkəni tərk edəcəyini bəyan edib.

Xatırladaq ki, ABŞ qoşunları 2003-cü ilin martında İraqa daxil olublar. Hazırda İraq ərazisindəki hərbi əməliyyatlarda 20-dən çox ölkənin qoşunları iştirak edir. Rəsmi məlumatlara görə İraqdakı müharibə zamanı 4216 amerikalı əsgər həlak olub.

 

 

Mahmud QƏZƏNFƏROĞLU

 

Xalq qəzeti.-2009.-3 fevral.-S.6.