Tacikistan Prezidenti Moskva səfərini təxirə
salıb
Tacikistan Prezidenti İmaməli Rəhman Moskvaya nəzərdə tutulmuş
rəsmi səfərini
nümayişkaranə şəkildə
təxirə salıb. Əvvəldən müəyyənləşdirilmiş plana görə, Tacikistanın dövlət
başçısı dünən
Moskvada Rusiya Prezidenti Dmitri Medvedevlə
görüşməliydi. Bundan başqa, İmaməli Rəhman Avrasiya İqtisadi Təşkilatının
və Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının cümə
axşamına təyin
edilmiş sammitində
iştirak etməkdən
də imtina edib. Rəsmi Düşənbə bu addımı ölkədəki enerji böhranı ilə izah edib. Xarici İşlər Nazirliyinin
informasiya departamentinin
rəhbəri Dövlət
Nəzri bəyan edib ki, prezidentin
sammitlərdə iştirak
etməməsinin səbəbi
ölkədə enerjiylə
bağlı çox çətin vəziyyətin
yaranmasıdır."Fevralın ilk ongünlüyünə planlaşdırılmış
bütün səfərlər
təxirə salınıb"-deyə
XİN sözçüsü əlavə edib.
“Kommersant” qəzeti isə yazır ki, İmaməli Rəhmanın bu addımı Rusiya Prezidenti Medvedevin Özbəkistanda olarkən
Roqunsk Su Elektrik Stansiyasıyla bağlı
dediklərinə cavabdır. Qəzetin yazdığına
görə, Rusiya tərəfi son anadək Tacikistan Prezidentinə qərarını dəyişdirmək
baxımından təsir
göstərməyə çalışıb.
Lakin Moskvanın bütün cəhdləri səmərəsiz
olub.
Qeyd edək ki, 16 ildə ilk dəfədir ki, Tacikistanın dövlət başçısı
adıçəkilən sammitlərdə
iştirak etməyəcək. Ekspertlərin mülahizəsinə görə,
Rusiya Federasiyası və Tacikistan arasında münasibətlər
son bir neçə ay
ərzində getdikcə
pisləşir. Əsasən də tərəflər Roqunsk SES-in birgə tikintisi və Rusiya hərbi bazalarının Tacikistan ərazisində yerləşdirilməsinin
detalları ilə bağlı razılığa
gələ bilmirlər.
Analitiklərin fikrinə görə,
Düşənbə Tacikistanın
başı uzərindən
Qırğızıstan və
Özbəkistanla danışıqlar
aparan Rusiyanın saymazlığından narazıdır.
Xatırladaq ki, Rusiyanın dövlət başçısı Özbəkistan
səfəri zamanı
yerli KİV-in suallarını
cavablandırarkən bəyan
etmişdi ki, ölkəsi Mərkəzi
Asiyada nəhəng su enerjisi layihələrində
iştirak etməyi nəzərdə tutsa da, 3-cü ölkənin-yəni
Özbəkistanın da
maraqlarına etinasız
yanaşmayacaq. Bu məsələylə əlaqədar
Düşənbədə Rusiya səfirinə nota verilmiş, Moskvada da buna cavab
olaraq, Tacikistan səfiri XİN-ə çagrılmışdı.
SES-lə bağlı mübahisənin kökü
isə ondan qaynaqlanır ki, Daşkənd suvarma üçün kifayət
qədər suyunun olmayacağından ehtiyat edərək Roqunsk SES-in onun razılığı
olmadan inşa edilməsinə etiraz edir. Tacikistansa qışda elektrik
enerjisindən korluq çəkdiyi üçün
bu stansiyaya böyük ehtiyac duyur.
Rusiyada nəşr olunan “Vremya novostey” qəzetinin yazdığına
görə isə İmaməli Rəhmanın
Moskva səfərindən
imtina etməsi enerji problemiylə yox, siyasi motivlərlə
bağlıdır. Belə ki,
XİN sözçüsünün bəyanatına görə,
prezident ölkəni yalnız fevralın 10-unadək
tərk etməyəcək.
Bu vaxt ərzində
ölkədə enerji
böhranının çözüləcəyi
bildirilir. Bu müddət bitdikdən sonra isə Rəhmanın Brüssel səfəri başlayacaq.
O, burada Avropa Birliyi yetkililəri ilə görüşəcək.Daha
sonra prezidentin Xorvatiyaya və Baltik ölkələrinə
səfəri planlaşdırılıb.
Bununla da Tacikistanın dövlət başçısı
Rusiyanın nəzəri
üzərində olmadan
Qərblə əməkdaşlığın
yeni mərhələsinə
keçməyə hazır
olduğunu nümayiş
etdirmiş olacaq.
Mütəxəssislər hesab edirlər
ki, rəsmi Düşənbə onun uğrunda hələ xeyli mübarizə aparmalı olduğunu Moskvanın nəzərinə
çatdırmaq istəyir.
Aida AYSA
Xalq qəzeti.-2009.-3 fevral.-S.6.