Könül duyğuları
Bu sətirləri “Könlünə ”Ruhani” havası düşən kitab” cümləsiylə başlayırıq. Kitabdakı şeirlərin biri belə adlanır. Əslində kitabın könlü yoxdur və olsa da kağız “Ruhani” havasını necə sevər, arzulayar, gözləyər? Amma bizim gözümüzdə Zaməddin Ziyadoğlunun özü gündən-günə, vərəq-vərəq oxunan kitabdır. Üstəlik, bu “kitabın” bütün səhifələrində bir qorumaq missiyası var.
Lap erkən yaşlarından “Qazax şairlər diyarıdır” — ifadəsindəki həqiqəti qorumağa çalışıb. Qazaxdan Bakıya gələndən sonra 25 il “neftçi peşəsi ən şərəfli peşədir” — kəlamının mükəmməlliyini qoruyub. Neft və Qaz Sənayesi İşçiləri Respublika Həmkarlar Komitəsində adi hüquqşünasdan komitə sədrinədək müxtəlif vəzifələrdə işlədiyi illərdə neftçilərin hüquqlarını qoruyub. Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsi rəisinin ekologiya üzrə müavini işlədiyi dövrdə ətraf mühitin təmizliyini qoruyur. “Neftçi Ədəbi Məclisi”ni yaradıb sözə-şeirə meylli mədən işçilərini başına toplayandan bəri bu zümrədən olan insanların öz səsini oxuculara çatdırmaq hüququnu qoruyur. Ən başlıcası isə, özünü tanıdığı gündən sözün saflğını, şeirin ülviliyini, sənətin ecazkarlığını qorumağa çalışıb. Nə yaxşı ki, bu sahədə də arzularının böyük əksəriyyətini reallaşdıra bilir.
Bu yaxınlarda “Şirvannəşr”də
işıq üzü
görmüş “İzim,
sorağım” kitabı
neftçi şair Zaməddin Ziyadoğlunun doqquzuncu kitabıdır. Professor Nizaməddin Şəmsizadənin yazdığı
“Torpaq ətri, səma aydınlığı”
adlı ön sözdə də qeyd edildiyi kimi
“Zaməddin Ziyadoğlu
öz varlığı
ilə yerlə göy arasında körpü salan bir insandır, o, yerdən neft, göydən söz çıxarır.
Bəlkə elə buna görə də onun şeirlərində
torpaq ətri və səma aydınlığı var”.
Hörmətli professor
şair dostumuzun kitabı haqqında bu fikirləri söyləsə də öz qənaətini konkret olaraq “faktlarla” sübut eləməyə tələsmir.
Daha doğrusu bu addımı qəsdən atmır ki, oxucunun özü
təqdim edilən şeirlərdəki torpaq
ətrini, səma aydınlığını tapsın,
duysun. Ancaq qəzetin əsas vəzifələrindən biri
də məhz “faktları”, “sübutları”
ortaya çıxarmaq,
oxuculara təqdim etməkdir. Ona görə də...
“Çoban”
“Vəli Baba” ocağım
— burda,
Ziyası nur saçır mahala,yurda.
Qədim “Babadərviş”
tarixdir burda
Yadigar ocaqdı,
yada salan var,
Hara yurd yerimdi —
orda qalam var”.
Maraqlıdır, “Mən kəndli övladıyam” — deyən
şair gözünü
dünyaya açanda gördüyü, uşaqlıq
illərini yaşadığı
Qazaxdakı hər daşı, qayanı, dağı özü üçün qala hesab edir. Bu, sadəcə yurda bağlılıq, torpağa
sədaqət deyil, həm də insanın Vətən adlı torpağın ətrini duymasıdır.
Eləcə də “Atamın ocağında tənha yaşayır anam” — ifadəsiylə başlanan şeirdə torpağın ətri də var, səsi
də: “Nə o kənddən əl çəkir, nə də ki, mən
şəhərdən”. Dünya görmüş
ağsaqqallar, ağbirçəklər
vərdiş etdikləri,
on illər boyu yaşadıqları torpaqdan,
bu torpağın ətrindən əl çəkə bilməzlər.
Səma aydınlığı məsələsinə
gəlincə isə qeyd edək ki, bu ifadə
bütün dövrlərdə
bütün xalqlarda sülh, əmin-amanlıq,
firavanlıq kimi qəbul edilib. İndi də
belədir. Səmanın tutqunluğu buludlardan olanda, bu, yağmura,
ruziyə doğrudur.
Səmalar tüstüdən tutulursa, bu, fəlakətdən xəbər
verir. Qeyd edim ki, bu
fikirlərin Zaməddinin
son 10 ildə xidmət
etdiyi ekologiya məsələsinə də
dəxli olsa da, əsas məqsədimiz
onun şeirlərindəki
aydınlıq arzusunu
dilə gətirməkdir:
“Şairin
azaddır ilham karvanı,
Aşıb sərhədləri ellərdən
keçər.
Könül duyğuları,
səyyar sarvanı,
Qəlbini titrədən tellərdən
keçər”.
Təki keçilməli ellər olsun, şair qəlbini titrədən tellər olsun təki, səma aydın, arzular böyük, şair ömrü uzun olsun. Bütün bunları vəsf
eləməyə qələmin
qüdrəti çatacaq.
İ. MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.-3 fevral.-S.7.