Gənclər onlara göstərilən etimadı
doğruldurlar
Əzizbəyov Rayon Gənclər
və İdman İdarəsi Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq
olunmuş 2005-2009-cu illər üçün “Azərbaycan Gəncliyi
Dövlət Proqramı”nın 2006-cı il 17 aprel tarixli
“Xüsusi istedada malik uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı”nın, 2007-ci il 28 iyun tarixli sərəncamı
ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekurslarının dövriyyəsi
və narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqramı (2007-2012-ci illər)”nın
icrasını təmin etmək məqsədilə geniş tədbirlər
planı işləyib hazırlamış və həyata
keçirmişdir.
Bu tədbirlər sırasında gənclərin hərbi-vətənpərvəplik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması məqsədilə 2008-ci ilin fevral-mart aylarında rayon məktəbliləri arasında “Cəsurlar” və “Şahin” hərbi-idman oyunları 3 mərhələ üzrə keçirilmiş və rayonun komandalarının Bakı şəhər yarışlarında iştirakı təmin olunmuşdur. Bu hərbi-idman oyunlarında rayonun 870 nəfər məktəblisi iştirak etmişdir.
İdarə tərəfindən gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dilinə və rəmzlərinə, milli və mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə mart ayında “Tarixin qara səhifəsi” mövzusunda yeniyetmələrlə “dəyirmi masa”, may ayında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Ölməz şəxsiyyət” mövzusunda seminar, aprel ayında “Heydər Əliyevin irsi uğurlarımızın tükənməz mənbəyidir” mövzusunda inşa yaxı müsabiqəsi keçirilmişdir.
İdarə tərəfindən gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsi üzrə fevral ayında narkomaniya, QİÇS və digər neqativ hallara qarşı mübarizəyə həsr olunmuş tədbir, mart ayında Milli Aviasiya Akademiyasında gənclərlə diskussiya, aprel ayında Nizami Mədəniyyət Mərkəzində cinayətkarlıq və narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “dəyirmi masa”, noyabr ayında “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda rayonun yeniyetmələri arasında rəsm və inşa yazı müsabiqəsi, “Mərdəkan” mədəniyyət sarayında “QİÇS-ə və narkomaniyaya qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda gənclərlə seminar, rəsm sərgisi keçirilmişdir.
Gənc ailələrin problemlərinin həllinə köməklik göstərilməsi sahəsində may ayında “Beynəlxalq Ailə Günü” münasibətilə “Erkən nikahlar və mövcud problemlər” mövzusunda gənclərlə görüş və istirahət gecəsi keçirilmişdir. Gənclərin məşğulluq problemləri sahəsi üzrə gənclər arasında sosioloji sorğu, iyun ayında “Gənc sahibkar” mövzusunda ordudan tərxis olunmuş gənclərlə seminar, avqust ayında “İşsizlikdən ən yaxşı müdafiə” mövzusunda gənclərlə diskussiya keçirilmişdir.
Sentyabr ayında Azərbaycan gənclərinin V forumu ilə əlaqədar Mərdəkan mədəniyyət sarayında Əzizbəyov rayon gənclərinin toplantısı keçirilmişdir. Toplantıda 160 gənc iştirak etmişdir. Oktyabr ayında prezident seçkilərində ilk dəfə səs verən gənc seçicilərlə hüquqi maarifləndirmə işinin aparılması məqsədilə “Biz gələcəyimizə səs veririk” mövzusunda görüş keçirilmişdir. Görüşlərdə 230 gənc iştirak etmişdir.
“12 noyabr — Konstitusiya Günü” münasibətilə gənclərlə “Biz hüquqlarımızı öyrənirik” mövzusunda “dəyirmi masa”, orta məktəblərin yuxarı sinif şagirdləri arasında “Mən Konstitusiyanı öyrənirəm” adlı test üsulu ilə bilik olimpiadası keçirilmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin “15 iyun — Milli Qurtuluş Günü”nə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirdiyi qısametrajlı həvəskar sənədli videofilm müsabiqəsində rayonumuzdan Rəşad Rəhimov II yeri tutmuşdur.
“12 noyabr — Konstitusiya Günü” münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən test üsulu ilə keçirilən bilik olimpiadasında Əzizbəyov rayonunun 156 saylı orta məktəbinin şagirdi I yeri, Bakı şəhər internat məktəbləri arasında keçirilən bədii yaradıcılıq festivalında 3 saylı internat məktəbi I yeri qazanmışlar.
Rayonda keçirilən çempionatlarda, birinciliklərdə, kubok yarışlarında bədən tərbiyəsi kollektivləri komandalarının, məhəllələrarası komandaların iştirakı təmin olunmuşdur. Bunlardan futbol üzrə rayon kubokunu, məhəllələrarası komandaların rayon birinciliklərini, voleybol üzrə rayon çempionatı, çimərlik voleybolu rayon kubokunu, güllə atıcılığı üzrə rayon çempionatı, müxtəlif yaş qrupları üzrə futbol, şahmat, sambo, sərbəst güləş, kikboksinq və s. idman növləri üzrə birincilikləri göstərmək olar.
“2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2008-ci il ərzində rayonda müxtəlif yarışlar keçirmişdir. Belə ki, mart-aprel aylarında 1997-98-ci il təvəllüdlü oğlanlar, həmçinin qızlar arasında mini-futbol üzrə rayon birinciliyi, may-iyun aylarında 9-10, 11-12 yaşlı uşaqlar arasında “Sevinc” kuboku uğrunda futbol və məktəb komandaları arasında rayon birincilikləri, iyun ayında bədən tərbiyəsi kollektivləri arasında futbol üzrə rayon kuboku, avqust ayında mini-futbol üzrə 1996-97-ci il təvəllüdlü məhəllələrarası komandaların rayon birinciliyi, oktyabr ayında futbol üzrə həvəskar komandalar arasında rayon çempionatı keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş idman bayramı və “Mahir nişançı turniri, ”5 mart — Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş “Sağlam gənclik — sağlam gələcək” devizi altında kütləvi sağlamlıq yürüşü, “15 iyun — Milli Qurtuluş Günü”nə həsr olunmuş kikboksinq üzrə “Qala-Şüvəlan” açıq kuboku, 14 iyun — ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi günə həsr olunmuş məhəllələrarası komandalar arasında mini-futbol üzrə turnir keçirilmişdir və s.. İdarə tərəfindən rayonun qalib komandaların Bakı şəhər və respublika yarışlarında iştirakı təmin olunmuş və yüksək nailiyyətlər əldə olunmuşdur.
Hazırda rayonda 5690 nəfər idmançı 30 idman növü üzrə təhsil müəssisələrindəki dərnəklərdə, Uşaq Gənclər və İdman Məktəbində, Azərbaycan Sorincryu Kenkokan karate - do Kosiki Karate Federasiyasında, “Azal” idman klubu, “Boz Oğuz” Cui-Citsu fərdi idman klubu, “Qladiator” idman klubu, “Qala-Şüvəlan” vətənpərvərlik idman klubunda, respublika şahmat məktəbinin Əzizbəyov rayon dərnəyində, Türkan Təhsil Tədris Mərkəziin şahmat dərnəyində məşğul olurlar. İdarəmiz 2008-ci il ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə 60 tədbir keçirmiş və bu tədbirlərdə 5487 nəfər iştirak etmişdir.
Gənclər Günü ərəfəsində — yanvarın 28-29-da Şüvəlan qəsəbəsindəki 156 saylı məktəbdə “Breynq-Rinq” intellektual oyun keçirilmişdir. Bu oyunun keçirilməsində məqsəd “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”nın icrasını təmin etmək, istedadlı gənclərin aşkar olunması, onların intellektual səviyyəsinin inkişafının təmin edilməsi idi. I yeri 26 saylı orta məktəbin “Turan” komandası, II yeri 206 saylı orta məktəbin “Simruq” komandası, III yeri 92 saylı orta məktəbin “Qala” komandası tutublar.
Yanvarın 31-də isə yenə həmin məktəbdə şahmat seansı keçirdik. Məqsəd yeniyetmə və gənclərin şahmat idman növünə olan marağını daha da artırmaq, istedadlı şahmatçıların aşkar olunması, onların asudə vaxtlarının səmərəli təşkili və bu idman növünü rayonda inkişaf etdirmək idi.
Ümumiyyətlə, tədbirlərimiz çoxdur və həmişə çalışırıq ki, onlar səmərəli olsun, dövlətimizin gənclər siyasətinin həyata keçirilməsinə xidmət etsin. Əminliklə deyərdim ki, Əzizbəyov rayonunun gəncləri həmişə dövlətçiliyimizə sədaqət nümunəsi göstəriblər, ümummilli liderimiz Heydər Əliyevin ideyaları ətrafında birləşiblər. Sözsüz ki, bu birlik getdikcə daha da möhkəmlənəcək.
Vüqar ƏLİYEV,
Əzizbəyov Rayon Gənclər
və İdman İdarəsinin rəisi
Xalq qəzeti.-2009.-4 fevral.-S.4.