“Xalq qəzeti”nin əməkdaşı
“İlin jurnalisti” elan edildi
Azərbaycanın sosial-iqtisadi inkişafı
bölgələrin həyatında
xüsusi canlanma yaradır. Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının
icrası nəticəsində
daha da inkişaf
edən Zaqatalada isə tərəqqi ilə yanaşı yeni ənənələr
də yaranır.
Müxtəlif bayram və
əlamətdar günlər
münasibətilə keçirilən
təntənəli tədbirlərdə
rayonun ictimai həyatında fərqlənən
çoxsaylı peşə
sahiblərinin fəaliyyətinin
qiymətləndirilməsi bu
qəbildən olan ənənələrdəndir.
“Gənclər günü”
münasibətilə keçirilən
toplantı ötən
ilin yekunlarının
tamamilə hazır olduğu bir dövrə düşdüyünə
görə bu tədbirdə müxtəlif
nominasiyalar üzrə
ilin qalibləri də elan edilmişdir. Dövlət qulluğu, təhsil, səhiyyə, mədəniyyət,
idman və başqa sahələrlə
yanaşı rayonun ictimai həyatında daha fəal iştirak edən digər sənət və peşə sahibləri də öz layiqli qiymətlərini almışlar.
Maraqlıdır ki, bu il 30
nominasiya üzrə ilin qalibi olan
zaqatalalıların sırasında
(ilin əsgəri, ilin idmançısı, ilin gənc həkimi, ilin bələdiyyəsi, hətta,
ilin ağsaqqalı və sairə) “Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov da vardır. Rayon icra hakimiyyətinin başçısı Asif
Əsgərov qalibləri
təbrik edərkən
bir məsələni
xüsusilə qeyd etmişdir: “Bizim uğurlarımız böyükdür.
Ancaq bu uğurların ölkə mətbuatında
işıqlandırılmasını təmin edən kütləvi informasiya vasitələrinin xidməti
də yüksək qiymətləndiirlməlidir. Bu baxımdan 2008-ci ildə Zaqatalanın ictimai-siyasi və sosial həyatını ən yaxşı işıqlandıran
mətbuat vasitəsi ”Xalq qəzeti"
olmuşdur. Ona görə də
bu qəzetin bölgə müxbiri İlqar Həsənov “İlin jurnalisti” elan edilir.”
İcra başçısı qalibləri
diplom və qiymətli hədiyyələrlə
təltif etmişdir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.-2009.-4 fevral.-S.6.