Yığmamız finalda
Qarşıdakı məsul
yarışlara, o cümlədən mayda keçiriləcək
dünya çempionatının seçmə oyunlarına
hazırlaşan Azərbaycanın qadınlardan ibarət milli
komandasının voleybolçuları bu günlər
Dubayın qonağıdırlar. Faiq Qarayevin yetirmələri
orada təşkil edilən beynəlxalq turnirin finalında
oynayacaqlar.
Voleybolçularımız
həlledici görüşdə turnirin qalibi adı
uğrunda mübarizə aparmaq hüququnu italiyalı rəqibləri
ilə oyunda qələbədən (3:1) sonra
qazanmışlar.
Elə buradaca qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının “Çelenc kuboku” turnirində mübarizəni davam etdirən Bakının qadınlardan ibarət “Rabitə” klubunun dörddəbir finalda İspaniyanın Albasete şəhərinin eyniadlı komandasına qarşı keçirəcəyi ilk oyunun başlanma vaxtı da məlum olmuşdur. Rəqiblər fevralın 11-də Quba Olimpiya İdman Kompleksində meydana saat 17-də çıxacaqlar.
Oqtay BAYRAMOV
Xalq qəzeti.-2009.-4 fevral.-S.6.