Provayderlər internet xidmətlərinin tariflərini endirmişlər

 

Fevral ayının 1-dən etibarən bir sıra internet-provayderlər internet xidmətləri üçün tarifləri endirilmişdir. Bu barədə RİTN-nin mətbuat xidmətindən bildirmişlər. Qeyd etdiyimiz kimi Azərbaycanın dövlət internet provayder şirkətləri – Aztelekom.net Bakinternet ADSL ayrılmış xətlər üzərindən internet xidmətlərinin qiymətlərini aşağı salıblar. Yeni tariflərlə provayderlərin saytlarındamüvafiq olaraq www.aztelekom.net www.bakinter.net – tanış olmaq mümkündür. Bundan əlavə bir sıra özəl provayder şirkətləri internet xidmətlərinə görə tariflərində endirimlər edirlər.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının qərarına əsasən yanvar ayının 15-dən etibarən, 2 Mbit/san şəhərdaxili rəqəmsal kanalların (portların) istifadəyə verilməsi tarifləri digər abonentlər (büdcə təşkilatları istisna olmaqla) üçün 1200 manatdan 600 manata (50%), onlardan aylıq istifadə tarifləri isə 320 manatdan 300 manata (6,3%), rəqəmsal rabitə kanallarının qoşulma aylıq istifadə (Bakı şəhəri istisna olmaqla) tarifləri 240 manatdan 200 manata, hər tam natamam 50 km məsafəyə görə 2 Mbit/san tutumundan istifadə tarifləri isə 180 manatdan 150 manata (16,7%) endirilmişdir.

Bundan əlavə, yanvar ayının sonlarında Azərbaycan Rabitə İnformasiya Texnologiyaları NazirliyininAztelekomBakı Telefon Rabitəsiİstehsalat Birlikləri tərəfindən internet provayderlərin ADSL xəttinə qoşulma haqqı 10 manatdan 5 manata, aylıq istifadə haqqı isə 4 manatdan 2 manata endirilib.

Bütün bu addımlar internet provayderlərin xidmətlərinin maya dəyərinin azalmasına, nəticə etibarilə son istifadəçilər üçün internet xidməti tariflərinin azalmasına imkan yaradır.

 

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2009.-4 fevral.-S.6.