Azərbaycanın qüdrətli
ordusu var
Xəbər verildiyi kimi, Milli Məclisin
deputatlarından Həvva Məmmədova, Baba Tağıyev,
Aydın Həsənov, Fuad Muradov, Rövşən Rzayev və
bir qrup mətbuat nümayəndəsi Füzuli rayonundakı
“N” saylı hərbi hissədə olmuş, əsgər və
zabitlərlə görüşmüş, onların şəraitləri
ilə yaxından tanış olmuş, birgə nahar etmişlər.
Əməkdaşımız
deputatlardan Həvva Məmmədova və Baba Tağıyevlə
görüşüb səfər təəssüratları
barədə ətraflı məlumat vermələrini
xahiş etmişdir.
Həvva MƏMMƏDOVA, Milli Məclisin deputatı:
— Bildiyiniz
kimi, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır.
Ermənistanın Azərbaycana təcavüzü
bu gün də davam edir.
Bir milyondan artıq soydaşımız qaçqın
və məcburi köçkün kimi ağır şəraitdə
yaşayır. Buna baxmayaraq, Azərbaycanın
çox güclü,
qüdrətli Milli Ordusu var. Bu ordu işğal altında olan torpaqlarımızı
hər an azad etməyə qadirdir.
Lakin biz münaqişənin sülh
yolu ilə nizamlanmasını istəyirik.
Bu, dövlət başçımızın yeritdiyi
siyasətin prioritetini
təşkil edir.
Möhtərəm Prezidentimiz,
Azərbaycan Silahlı
Qüvvələrinin Ali Baş
Komandanı cənab İlham Əliyev dəfələrlə bəyan
edib ki, bizim siyasətimiz sülh siyasətidir. Əgər bu, bir səmərə
verməsə, biz o zaman
işğal altında
olan ərazilərimizi
Milli Ordumuzun gücü ilə azad edəcəyik. Biz buna qadirik.
Milli Ordumuzun şəraiti, əsgər
və zabitlərin əhval-ruhiyyəsi ilə
yaxından
Bilirsinizmi, hərbin
öz qanunları, tələbləri var. Heç
kim bu
qanunlardan, tələblərdən
kənara çıxa
bilməz. Hər bir əsgər
və zabitin ən birinci borcu qanunlara riayət etməkdir.
Biz bu qayda-qanunlara
ciddi əməl olunmasının, yüksək
əhval-ruhiyyəli hərbçilərimizin
döyüş hazırlığının
şahidi olduq. Çox sevindik və bir daha
əmin olduq ki, etibarlı, inamlı, qüdrətli ordumuz var. Dövlətimizin
yeritdiyi uğurlu daxili və xarici siyasətdən qısqanclıq hissi keçirən bəzi bədxahlar, həmçinin
düşmənlərimiz Milli
Ordumuzu gözdən salmaq üçün müxtəlif yalanlar, şayiələr uydurur, valideynlər arasında çaşqınlıq yaratmağa
cəhd edirlər. Onlar orduda neqativ halların baş verməsi, əsgərlərlə
zabitlər arasında
münaqişələr yaranması,
guya əsgərlərə
işgəncələr verilməsi
barədə yalan məlumatlar yayırlar.
Təbii
ki, bu, əks
təbliğatların heç
bir təsiri olmur. Çünki bunlar yalan üzərində qurulub.
Görünür, həmin qüvvələrin
Ermənistan ordusundan xəbərləri yoxdur.
Ermənistanda gənclər açıq
şəkildə həqiqi
hərbi xidmətdən
boyun qaçırırlar.
Yerli əhalinin əksəriyyəti
xarici ölkələrə
köçür. Valideynlər də öz uşaqlarını hərbi
xidmətə göndərməkdən
imtina edirlər.
Çünki Ermənistanın hərbi hissələrində
aclıq hökm sürür. Əsgərlər soyuqdan yoluxucu xəstəliklərə tutulublar.
Orduda ölüm halları ildən-ilə çoxalır.
Ona görə də hakimiyyət muzdlu döyüşçülər tapır. Hazırda Ermənistan ordusunun
əsasını muzdlu
döyüşçülər təşkil edir. Azərbaycanın bütün sərhəd
xəttində yerləşdirilmiş
erməni əsgərlərinin
hamısı xarici ölkələrdən gəlmiş
muzdlu döyüşçülərdir.
Ermənilərin hücumlarının qarşısını alarkən
öldürülmüş əsgərin muzdlu döyüşçü olduğu
bəlli olub. Biz cəbhə bölgəsində
olarkən bunu gördük. Onlara qondarma
erməni adları qoyulur və sərhəd bölgələrində
yerləşdirilir. Bu gün Azərbaycan Ordusunda fərari yoxdur. Hamı həqiqi hərbi
xidmətə könüllü
olaraq gedir. Valideynlər
öz övladlarını
hərbi xidmətə
göndərməkdən qürur
hissi keçirirlər.
Gənclərimizdə Vətənə məhəbbət, hərbi
və vətənpərvərlik
hissləri getdikcə
güclənir. Bu inam dövlət başçımızın uğurlu
xarici siyasətinin, Milli Orduya, hərbi
sahənin inkişafına,
nizam-intizamın möhkəmləndirilməsinə
göstərdiyi diqqət
və qayğının
nəticəsidir. Biz cəbhə bölgəsində
olarkən bunun daha yaxından şahidi olduq.
Baba TAĞIYEV, Milli Məclisin
deputatı:
— Biz cəbhə
bölgəsində olarkən
ümumi rəyimiz belə oldu ki, əsgərlərimizin
hərbi hazırlıq
səviyyəsi kifayət
qədər yüksəkdir.
Əsgər və zabitlərin
hərbi hazırlıqlarından
başqa, Milli Ordumuzun kifayət qədər müasir hərbi texnika, avadanlıqlarla tam təmin
olunduğunu gördük.
Mən çox əminliklə deyirəm ki, Azərbaycan Ordusunun bugünkü maddi-texniki təchizat bazasının
güclü olması,
əsgərlərimizin milli
və hərbi ruhunun düşmən əsarətindəki ərazilərimizin
azad olunması üçün yüksək
olması xalqımıza
çox böyük ümidlər verir. Əgər sülh danışıqları
nəticəsiz qalarsa,
Azərbaycan Ordusu öz torpaqlarını azad etməyə qadirdir. Biz cəbhə
bölgəsində olarkən
əsasən nəyi müşahidə etdik?
Bu, təkcə bizim bir günlük
səfərimizdən sonra
gəldiyimiz qənaət
deyil, uzun müddət apardığımız
araşdırmaların nəticəsidir.
Qətiyyətlə deyə bilərəm
ki, Azərbaycan torpaqları işğal altında qalmayacaq. Azərbaycan xalqı, Azərbaycan dövləti gec-tez bu işğala son qoyacaq, torpaqlarımızı
düşmən əsarətindən
mütləq azad edəcəkdir. Xalqımız sülhsevər olduğuna
görə nahaq qan tökülməsini istəmir və işğalçıların könüllü
olaraq çıxıb
getmələrini tələb
edir. Əgər onlar ərazilərimizi
tərk etməsələr,
biz qüdrətli ordumuzun
gücü ilə buna nail olacağıq.
Mən əminəm ki, Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin göstərişindən sonra
48 saat ərzində bütün erməni ordu birləşmələrinin
istehkamlarını, qurğularını
darmadağın edərək,
onları düz Ermənistan sərhədlərinə
qədər qovmağa
qadirdir. Mən buna tam əminəm
və inanıram.
Cəbhədə olarkən, Milli
Ordumuzun əsgər və zabitlərinin döyüş hazırlığını
görərkən buna
bir daha əmin oldum.
Cəbhə bölgəsindəki əsgər
və zabitlərlə
xeyli söhbət etdim. Kimsə şəraitdən, yeməkdən, geyimdən,
əsgərlər arasında
ayrı-seçkilik qoyulmasından
gileylənmədi. Kimsə deyirsə
ki, qabaqcadan hərbi xidmətə gələn əsgərlər
yeni gələnlərə
əzab-əziyyət verir,
zabitlər sıravi əsgərləri incidir,
bunlar uydurmadır, qazanılan uğurlara kölgə salmaq istəyənlərin böhtanlarıdır.
Bu yalanlar bəzi
xəstə təxəyyüllü
qəzet müxbirlərinin
və araqarışdıranların
“məhsuludur”. Onlar əsası
olmayan yalanlarla, şantajlarla ordumuzu gözdən salmağa çalışırlar. Belə xəbisliyə heç kim
inanmır. Çünki
valideynlərin özləri
də tez-tez əsgərlərlə görüşür,
onların vəziyyətləri
ilə
Bir daha qətiyyətlə deyirəm ki, düşmənə layiqli
müqavimət göstərməyə,
işğal altında
olan ərazilərimizi
qısa vaxt ərzində azad etməyə güclü,
qüdrətli ordumuz
var.
Söhbəti yazdı:
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.-2009.-5 fevral.-S.4.