Vaan Papazyan: Avropa Ermənistanda totalitar rejimin hökm sürdüyünü qəbul etməlidir

 

Ermənistanın keçmiş xarici işlər naziri hakimiyyətin zülmkar üsul-idarəsinə beynəlxalq təşkilatların göz yummasına təəccübünü bildirib.

Ermənistanda on ildən artıqdır ki, totalitar rejim hökmranlıq edir. Robert Koçaryan hakimiyyəti ələ aldıqdan sonra ölkə vətəndaşlarının acınacaqlı günləri başlanıb. İnsanların hər addımbaşı təhqir olunmaları, döyülmələri, işgəncələrə məruz qalmaları, hüquq azadlıqlarının kobud surətdə pozulması getdikcə adi hala çevrildi. Hazırda totalitar rejim öz zülmkarlığını davam etdirir. Bu fikirləri Ermənistanın sabiq xarici işlər naziri Vaan Papazyan kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü zamanı deyib.

Diplomatın sözlərinə görə, özlərini beynəlxalq hüquq müdafiəçisi, habelə insan hüquq azadlıqlarının qorunmasında əsas qüvvə hesab edən qurumların Ermənistandakı özbaşınalığı, diktatorluğu, korrupsiyasını insanlara zülm verilməsini görməməzliyə vurmaları təəccüb doğurur. V.Papazyan Avropa Şurası bu qurumun Parlament Assambleyasının ünvanına daha ciddi kəskin iradlar bildirərək deyib ki, Avropa Şurası birbaşa insan hüquq azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatdır. Ermənistan bu quruma üzvlüyə qəbul olunarkən bir sıra öhdəliklər götürüb. Lakin üstündən 8 il ötsə hələ bu öhdəlikləri yerinə yetirməyib. Bu hörmətsizlik saymamazlıq Avropa Şurasının nüfuzuna təsir edir, qurumun imicini aşağı salır. Avropa Şurasının üzvü olan digər ölkələr Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirmədiyini dəfələrlə diqqətə çatdırsalar da buna reaksiya verilməməsinin səbəbi müəyyən şübhələr oyatmağa əsas verir. Politoloq deyib ki, görəsən Avropa Şurasının rəhbərliyi digər ölkələr qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməsi tələbini irəli sürəndə heç Ermənistan barəsində fikirləşmirmi? Birdən həmin ölkələrin nümayəndələri qurumun rəhbərliyindən soruşsalar ki, bəs niyə Ermənistanın götürdüyü öhdəliklərin yerinə yetirilməməsinin səbəbi ilə maraqlanmırsınız, görəsən o zaman cavab verərdi?

Erməni diplomatı deyib ki, hər dəfə Avropa Şurası Parlament Assambleyasının yaz qış sessiyası başlayan ərəfədə qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Ermənistana gəlir, guya insan hüquq azadlıqlarının pozulması faktını araşdırırlar. Sonra da məlumat yayırlar ki, AŞPA-nın sessiyasında Ermənistana ciddi sanksiyalar tətbiq olunacaq. Çünki ölkədə insanların hüquq azadlıqları kobud şəkildə pozulur, müstəqil mətbuatın inkişafına süni əngəllər yaradılır, sərbəst toplaşmaq azadlığına qadağa qoyulur, vətəndaşlar siyasi əqidələrinə görə təqib olunur, işgəncələrə məruz qalırlar. AŞPA nümayəndələri dəfələrlə bildiriblər ki, Ermənistanda hazırda çoxlu sayda siyasi məhbus var onların sayı getdikcə artır. Ancaq sessiya başa çatdıqdan sonra məlum olur ki, AŞPA Ermənistana yenə güzəştə getdi heç bir sanksiya tətbiq olunmadı. Onun fikrincə, artıq Ermənistandakı siyasi qüvvələr AŞPA-nın güzəştlərinin üzgörənlik etməsinin arxasında başqa səbəblərin dayandığını bildirirlər. Məsələn, indi çoxları düşünür ki, AŞPA nümayəndələri Ermənistan rəhbərliyi iləəl əli yuyar, əl üzüoyunu oynayırlar.

V.Papazyan deyib ki, AŞPA-nın budəfəki qış sessiyası başlamazdan bir qədər əvvəl qurumun Ermənistan üzrə həmməruzəçiləri Con Preskott, Jorj Kolombe Monitorinq Komitəsinin katibi Bas Klayn iki gün ölkəmizdə oldular. Onlar hakimiyyətin diktatorluğunu antidemokratik siyasət yeritdiyini təsdiqləyən çoxlu faktlar topladılar. Üstəlik, AŞPA-nın Ermənistan haqqında qəbul etdiyi qətnamələrə əməl olunmamışdı. Monitorinq Komitəsinin üzvlərinə məlum oldu ki, Ermənistan rəhbərliyi AŞPA- bir qurum kimi saya salmır, qəbul etdiyi qətnaməyə əhəmiyyət vermir götürdüyü öhdəlikləri yerinə yetirmək barədə düşünmür. AŞPA nümayəndələri bu dəfə bir qədər hiddətləndilər Ermənistana AŞPA-dakı səsvermə hüququndan məhrum etmək barədə sanksiya tətbiq olunacağını dedilər. Diplomatın sözlərinə görə, AŞPA nümayəndələrinin bu dediklərinə inanan olmadı. Çünki bu, birinci dəfə deyildi. Dəfələrlə belə bir vəziyyətin şahidi olmuşdular.

V.Papazyan jurnalistlərə bildirib ki, Ermənistanın səsvermə hüququnun ləğv edilməsinin qarşısını almaq üçün parlamentin sədri Ovik Abramyanın atdığı addım ölkənin olan-qalan nüfuzunu heçə endirdi. O bildirib ki, O.Abramyan AŞPA üzvü olan dövlətlərə məktubla müraciət edərək yalvarıb-yaxarıb ki, Parlament Assambleyasının qış sessiyasında Ermənistanın səsvermə hüququndan məhrum olunması ilə əlaqədar qərar qəbul olunarsa, bunun əleyhinə səs versinlər. V.Papazyan parlament sədrinin bu məktubundan sonra Ermənistanı yetim uşağa bənzədib. O deyib ki, təsəvvür edin ki, bir uşağın atası rəhmətə gedib, anası onu saxlaya bilmir yoldan ötən kişilərə yalvarır ki, uşağı saxlamaq üçün ona yardım etsinlər. Parlamentin sədri O.Abramyanın müxtəlif ölkələrə göndərdiyi yalvarışla dolu məktubu da buna bənzəyir. Onun fikrincə, AŞPA-nın Ermənistana aprel ayına qədər yenidən vaxt verməsi həmyetim uşağa yardım etməsinə”, həm üzgörənlikdən irəli gəlib. Diplomat deyib ki, görünür, hakimiyyət rəhbərliyi Monitorinq Komitəsinin üzvlərinin əsəblərini müxtəlif vasitələrlə sakitləşdirə bilib. Onun deməsinə görə, hətta sessiyada bu məsələ müzakirə olunan zaman müxtəlif ölkələrin nümayəndələri Ermənistanın ərköyünlüyünə son qoymağı tələb etsələr , AŞPA rəhbərliyi bu dəfə yumşaq mövqe seçərəkərköyünüzvünün başını sığallayıb. V.Papazyan bildirib ki, Ermənistan əhalisi bundan sonra AŞPA- hansı yaxşı işinə görə insan hüquq azadlıqlarının müdafiəçisi demokratiyanın inkişafı üçün çalışan qurum kimi tanısın. Bu təşkilat qış sessiyasında Ermənistana sanksiya tətbiq etməməsi ilə özünü tamamilə nüfuzdan saldı ona qarşı olan inamı heçə endirdi. Görəsən, AŞPA Ermənistana daha neçə il vaxt vermək fikrindədir.

Ölkə parlamentinin siyasi xəttini kəskin tənqid edən V.Papazyan, heç olmasa, qonşu ölkələrin, xüsusilə Azərbaycan Türkiyə parlamentlərinin diplomatiyalarından yararlanmağı tövsiyə edib. O deyib ki, bu ölkələrin yeritdiyi siyasət nəticəsində artıq nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləyir. Beynəlxalq tədbirlərdə Azərbaycan Türkiyə nümayəndələrinin səsləri daha yüksəkliklərdən gəlir. Bunun nəticəsidir ki, dahaerməni soyqırımıbarəsində danışan yoxdur. Sabiq nazirin qənaətinə görə, artıq Rusiya da bu sahədə Ermənistanı dəstəkləmir. Azərbaycan diplomatiyasının xeyli fəallaşması Ermənistanı tamamilə zəiflədib. O, bunu səriştəsiz siyasi cəhətdən savadsız adamların ölkəyə rəhbərlik etməsi ilə əlaqələndirib. Diplomat AŞPA kimi beynəlxalq təşkilatların Ermənistan haqqında yumşaq mövqe tutmalarını heç hakimiyyətin yeritdiyi siyasətin uğurlu olmasında yox, çirkli yollarla ələ almalarında görüb. O, bu yolla hakimiyyəti uzun müddət əllərində saxlamaq kimi qiymətləndirib.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.-2009.-5 fevral.-S.6.