Hillari Klinton and içdi

 

Mərasimdə Monika Levinski xatırlanıb

 

Vaşinqtonda Dövlət Departamentinin binasında ABŞ-ın yeni dövlət katibi Hillari Klintonun andiçmə mərasimi gerçəkləşib. O, Amerika Birləşmiş Ştatlarının Konstitusiyasına əməl edəcəyinə, ölkəni daxili xarici düşmənlərdən qoruyacağına and içib. Hillari Klintonun andını ABŞ-ın vitse-prezidenti Cozef Bayden qəbul edib. İnterfaksxəbər verir ki, mərasimdə Amerikanın eks-prezidenti dövlət katibinin həyat yoldaşı Bill Klinton da iştirak edib.

Əslində Hillari Klinton hələ yanvarın 21-də Senat onun namizədliyini təsdiq etdikdən dərhal sonra and içmişdi. Bu, onun vaxt itirmədən öz vəzifəsinin icrasına başlaması üçün idi. Andiçmə Klintonun ofisində keçirilmişdi. Yanvarın 22-də Klinton artıq dövlət katibi kimi öz yerində idi. Növbəti andiçmə mərasimi isə geniş kütlə üçün təşkil edilib. Mərasim iştirakçıları arasında ABŞ Dövlət Departamentinin yüzlərlə əməkdaşı, Hollivudun komik aktyoru Çevi Çeyza da daxil olmaqla Klintonun dostları olub. Bundan başqa, tədbirdə keçmiş dövlət katibləri Ceyms Beyker, Madlen Olbrayt, Henri Kissincer, beynəlxalq məsələlər üzrə Senat Komitəsinin sədri Con Kerri, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kimi məşhur Amerika siyasətçiləri iştirak ediblər. Sol əlini Bill Klintonun tutdugu Bibliyanın üzərinə qoyan Hillari Klinton vitse-prezident Cozef Baydenin ardınca andın sözlərini təkrarlayıb. Mən heç vaxt düşünməzdim ki, sizdən and qəbul edəcəyəm”- deyə, andiçmədən sonra özü dövlət katibi vəzifəsinə əsas namizədlərdən olan Bayden Klintonla zarafat edib. Sonra isə əlavə edib ki, özünün vitse-prezident kimi and içəcəyini ağlına gətirməyib. Hillari Klinton ölkənin çətin durumda olduğu bir dövrdə ona etimad göstərdiyi üçün prezident Barak Obamaya, namizədliyini tez bir zamanda təsdiqləyən konqresmenlerə senatorlara təşəkkürünü bildirib. Yeni dövlət katibi həyat yoldaşı, keçmiş ABŞ prezidenti Bill Klintona da təşəkkür etməyi unutmayıb. Onun ərinə ünvanlanmış incə atmacası zalda gülüş doğurub: “Mən müxtəlif təcrübələrdən xali olmayan mənim ömrümə rəng qatan birgə ailə həyatına görə ona minnətdaram”.

 

 

Aida AYSA

 

Xalq qəzeti.-2009.-5 fevral.-S.6.