Avstraliya da anti-böhran
planını açıqladı
Avstraliya hökuməti hazırda maliyyə böhranı nəticəsində böyük
çətinliklərlə üzləşən ölkə
iqtisadiyyatına yardım
məqsədilə 26 milyard
dollar həcmində vəsait
ayırmaq qərarına
gəlib.
Verilən xəbərlərə görə,
iqtisadiyyatın stimullaşdırılmasını
nəzərdə tutan
vəsaitin müəyyən
hissəsi ölkədə
yeni infrastruktur layihələrinin yaradılması
və aztəminatlı
ailələrin həyat
səviyyəsinin yüksəldilməsinə
sərf ediləcək.
Ölkə xəzinədarlığının rəhbəri Ueyn Svon deyib ki,
dövlət tərəfindən
ayrılan maliyyə yardımının bir qismi yeni körpülərin,
yolların salınmasına,
həmçinin yaşayış
binalarının təmirinə
xərclənəcək. Baş xəzinədar onu da vurğulayıb ki, ayrılan vəsait bu ilin martına
qədər təyinatı
üzrə istifadə
olunacaq. Bundan əlavə, bu ölkənin mərkəzi
bankı uçot dərəcələrini 3,25
faiz azaltmağı planlaşdırır. Bu son 45 ildə Avstraliya maliyyə sistemində ən aşağı faiz göstəricisi olacaq.
Mütəxəssislərin fikrincə,
dövlətin bu addımı nəticəsində
doxsan mindən çox adam
öz iş yerində qala biləcək. Avstraliyanın baş naziri
Kevin Ruud isə bildirib ki, hökumət
iqtisadi böhranın
qarşısını almaqdan
ötrü gələcəkdə
də lazım olan bütün tədbirləri həyata keçirəcək.
Aida AYSA
Xalq qəzeti.-2009.-5 fevral.-S.6.