Dövlət Sosial Müdafiə Fondunun internet saytında keçirilən növbəti interaktiv sorğu yekunlaşıb

 

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.ssrf.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Sorğu zamanı respondentlərə “Hansı məsələlər barədə daha ətraflı məlumatlandırılmağa ehtiyac görürsünüz” sualı ünvanlanıb.

Suala verilən cavablar nəticəsində məlum olub ki, əhali daha çox pensiya artımları və sosial sığorta yenilikləri ilə bağlı məsələlər barədə məlumatlandırılmağa ehtiyac duyur. Belə ki, sorğuda iştirak edənlərin 52,3 faizi pensiya artımları, 20,5 faizi isə sosial sığorta yenilikləri ilə bağlı ətraflı məlumatların verilməsinə ehtiyac hiss edildiyini bildiriblər. Respondentlərin 17,9 faizi isə fərdi uçot sistemi haqqında geniş məlumatların verilməsinin zəruriliyini ifadə ediblər. Sorğuda iştirak edənlərin 9,3 faizi sığorta-pensiya sisteminin digər istiqamətləri barədə məlumatlandırılmanın vacibliyini nəzərə çatdırıblar.

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumata görə, DSMF özünün internet saytında ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək üçün interaktiv sorğular keçirilməsini davam etdirir. Mütəmadi olaraq keçirilməsi planlaşdırılan sorğular zamanı əhaliyə sığortapensiya sistemi ilə bağlı müxtəlif suallar ünvanlanır. Sorğuların keçirilməsində başlıca məqsəd əhalinin ölkədə keçirilən sığorta-pensiya islahatları barədə dərəcədə məlumattlı olmasını öyrənmək vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirməkdir.

Onu da bildirək ki, DSMF ictimaiyyətlə əlaqələrin mühüm həlqəsi kimi özünün internet saytı vasitəsilə həm əhalini maraqlandıran sualları cavablandırır. 2008-ci il ərzində saytın info@sspf.gov.az elektron ünvanına 2 mindən artıq elektron məktub daxil olub. Elektron poçt vasitəsilə göndərilən suallar arasında üstünlük əmək pensiyaları, məcburi dövlət sosial sığortası ilə bağlı qaldırılan məsələlər üstünlük təşkil edib. Ümumilikdə suallarda toxunulan məsələlər maarifləndirici xarakter daşıyıb. Göndərilən hər bir sual fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb həmin cavablar saytınSual-cavabbölümünə yerləşdirilib.

 

 

Qəzənfər QASIMOV

 

Xalq qəzeti.-2009.-5 fevral.-S.7.