Cari ildə dünya mobil telefon bazarı zəifləyə
bilər
Bu barədə
RİTN-nin mətbuat xidmətindən bildirmişlər. Məlumatda
deyilir ki, dünya miqyasında mobil telefon bazarının həcmi
2009-cu ildə 9 faiz azalacaq.
Həmçinin
bildirilir ki, bu proqnozları Strategy Analytics təşkilatı
hazırlayıb. Belə ki, həmin proqnozlara əsasən,
mobil bazarın həcminin azalması 2001-ci ildən sonrakı
dövrdə ilk dəfə qeydə alınacaq. Bu ilin birinci
yarısının sənaye sektoru üçün əsasən
çətin olacağı gözlənilir ki, bu da ilk növbədə
maliyyə böhranı nəticəsində ümumi
istehlakçı tələbatının azalması ilə
bağlıdır. İnkişaf etmiş bazarlarda da bu vaxt
üçün adi olan satış həcminin enməsi
müşahidə olunacaq.
Proqnozlara əsasən
2009-cu ildə dünya üzrə ümumilikdə 1,08 mlrd. ədəd
mobil telefonun satılacağı gözlənilir. Ötən
il isə bu rəqəm 1,18 mlrd. olub. 1983-cü ildə mobil sənaye
yaranandan isə ümumilikdə satış həcminin
azalması yalnız bir dəfə müşahidə olunub.
2001-ci ildə bazar həcminin ötən illə müqayisədə
6% azalması qeydə alınıb.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.-2009.-5 fevral.- S.7.