Eltac xal ehtiyatını artırır
Moskvada keçirilən
və yeddi turniri özündə birləşdirən beynəlxalq
şahmat festivalının “A” turnirinin dördüncü
turunda bu yarışdakı təmsilçilərimiz
arasında daha uğurla çıxış edən Eltac Səfərli
qələbə sevinci yaşamışdır. Rusiyalı
Aleksandr Çudinovski ilə görüşdə müvəffəqiyyət
ona xal ehtiyatını 3-ə çatdırmağa imkan
vermişdir.
Qədir Hüseynov isə
hesabat turunda Aleksandr Damimlə (Rusiya) heç-heçə
oynamışdır. Dörd turdan sonra qrossmeysterimizin 2,5
xalı var. Turnirdə ilk dörd yeri keçirdikləri
görüşlərin hamısından qalib ayrılan Ernesto
İnarkiyev, Pavel Smirnov, Yan Nepomnyaşi (hər
üçü Rusiya) və moldovalı Dmitri Svetuşkin
tuturlar.
Dünən beşinci
turda Səfərli rusiyalı Artyom Timofeyevlə
görüşmüş, Hüseynov isə Rusiya şahmat məktəbinin
digər yetirməsi — Mixail Demidovla
qarşılaşmışdır.
Oqtay BAYRAMOV
Xalq qəzeti.-2009.-5
fevral.-S.7.